Samir Abasov: “Əvvəllər derbidə “Qarabağ”ın qalib gələcəyi bilinirdi
Icma.az, sport24.az portalına istinadən məlumat yayır.
"Bir dönəm var idi ki, nə olursa-olsun, derbidə "Qarabağ"ın qalib gələcəyi bilinirdi. "Neftçi"nin futbolçularına nə qədər "bu oyunda mütləq qalib gəlməlisiz" söyləyib, motivasiya versən də, meydanda yenə də "Qarabağ"ın gücü və oyun keyfiyyəti sözünü deyirdi". Bunu Sport24.-a "açıqlamasında "Neftçi"nin sabiq baş məşqçisi Samir Abasov bildirib.
Təcrübəli mütəxəssis Misli Premyer Liqasının VIII turunda keçiriləcək "Qarabağ" – "Neftçi" derbisindən gözləntilərini bölüşüb:
"Həmin vaxt "Neftçi"nin qələbə qazanması üçün təkcə istək və motivasiya kifayət etmirdi. Siz jurnalistlər də derbiyə nə qədər maraq qatmağa, oyunu nə qədər gərgin və rəqabətli göstərməyə çalışsanız da, ürəyinizin bir küncündə "Qarabağ"ın qalib gələcəyini bilirdiniz. Çünki meydandakı güc fərqi bunu deməyə əsas verirdi. Burada yalnız azarkeşləri istisna etmək olar. Çünki azarkeş həmişə öz komandasının qalib gəlməsini istəyir və sonadək buna inanır. Amma bu dəfəki derbi tam fərqlidir. İndi kimin qalib gələcəyini əvvəlcədən proqnozlaşdırmaq mümkün deyil. Futbol adamı kimi mən də nəsə deyə bilmirəm. Hazırda hər iki komandanın qələbə qazanmaq üçün potensialı var".
Abasov hazırkı "Neftçi"nin "Qarabağ"la rəqabət aparmaq gücündə olduğunu da vurğulayıb:
"Hətta indiki vəziyyətdə jurnalistlərin 10-dan 6-sı "Neftçi"ni favorit hesab edir. Bu da onu göstərir ki, əvvəlki illərlə müqayisədə derbiyə yanaşma dəyişib və qarşılaşma daha çox maraq doğurur. Hazırkı "Neftçi" "Qarabağ"ı məğlub etmək gücündədir. Çempion olmaq istəyən komanda əsas rəqiblərini məğlub etməyi bacarmalıdır. "Qızıl" uğrunda belə oyunların əhəmiyyəti böyükdür. "Neftçi" bunu "Qarabağ"la yanaşı, "Sabah"la görüşdə də etməlidir. Yalnız bu cür qarşılaşmalarda öz gücünü göstərməklə komandanın çempionluq iddiasının nə qədər ciddi olduğunu sübut etmək olar".
Qeyd edək ki, "Qarabağ" – "Neftçi" qarşılaşması oktyabrın 17-si, saat 19:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 15 Oktyabr 2026 17:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















