Icma.az
close
up
RU
“Qarabağ” da bundan şikayətlənirdi” Samir Abasov

“Qarabağ” da bundan şikayətlənirdi” Samir Abasov

Footbal-plus portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“İmişli” - “Neftçi” oyununda qalib müəyyənləşmədi (0:0).

Oyunsonrası mətbuat konfransında “ağ-qaralar”ın baş məşqçisi Samir Abasov jurnalistlərin suallarını cavabladı.
- Azarkeşlərə təşəkkür edirəm ki, o boyda yol gəliblər. Onlar da oyunun içindəydilər. Təəssüf ki, azarkeşləri sevindirə bilmədik. İki oyundu qələbə qazana bilmirik. İlk oyundan sonra İdarə Heyəti yanımızda oldu. Əsas nəticədi. Gələcəkdə daha yaxşı, bir-birini anlayan, başa düşən komanda görəcəyik.
- Əsas narazı qaldığınız məqam nə oldu?
- Birinci hissədən narazı qaldım. Fasilədə paltardəyişmə otağında futbolçularla danışdıq, temp verdik. Hər iki oyunda qol imkanlarımız oldu. Sürətli futbolçularımız geniş məsafədə daha da önə çıxmalıdı. Bu, bir az zaman alacaq. Ümumi oyunda dinamika yox idi. İkinci hissədə daha istəkliydik. İkinci hissədə də top itkiləri olsa da, bu, tələskənlikdən irəli gəlirdi. Futbolçularıma minnətdaram.
- Emin Mahmudov niyə əvəz olundu?
- Özü istədi. Səhhətində problem var idi.
- “Neftçi”dən nə vaxt qələbə gözləyək? Komanda nə vaxt formalaşacaq?
- Formalaşmamaq söhbəti deyil. Formalaşmışıq. Komanda normal vəziyyətdədi. Futbolçular arasında anlaşmazlıq var. Məşqlərdə də bu sezilir. Buna vaxt lazımdı ki, bir-birini başa düşsünlər. Qaçmaları, mübarizələri yerindədi. İstək yüksək səviyyədədi. Bu reallıq var komandada.
- Komanda yeni formalaşıb. Əksəriyyət “Neftçi”nin rahat xal qazanacağını gözləyirdi. Amma belə oımadı. Belə komandalara qarşı oynamaq çətindi. Siz də belə düşünürsüz?
- Təəssüf ki, sənin kimi düşünən azdı. Müdafiəni qurmaq asandı. Komandanı müdafiədən oynatmaq asandı. Bizim işimiz, “Neftçi”nin tələbi nədi? Əsas məsələ budu. Yeni qurulmuş komandayıq. Uşaqlarla danışanda bu oyunu udmaqdan, mübarizə aparmaqdan danışırdıq. Ötən mövsüm rəqibin hər hücumunda qol olacağından qorxurduq. İndi istəyimiz başqadı. Qapalı komandaya qol vurmaq çətindi.
- Transfer məsələsi yekunlaşıb?
- Xeyr. Yekunlaşmayacaq da. İndiki məqamda əlimizdə olan futbolçuları ən yüksək performansına çıxarmaq lazımdı.
- “İmişli” ilə səfər oyunu çətindi, yoxsa “Turan Tovuz”la ev oyunu?
- Süni örtükdə oynamaq çox çətindi. “Qarabağ” da bundan şikayətlənirdi. Süni ot örtüyündə oynamaq top saxlayan komandalar üçün çətindi.
– Əvəzedici komandaya göndərilən futbolçuların taleyi necə olacaq?
- Futbolçularla danışmışıq. Hər şeyi demişik, seçimi onların öhdəsinə buraxmışıq. Futbolçular da dərk etməlidi, düşünməlidi.
MÜZƏFFƏR QULUZADƏ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:185
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 22 Avqust 2025 20:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see327

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see311

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see284

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see273

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see270

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see257

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see246

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see243

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see233

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see227

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see220

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see219

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see213

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see204

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see203

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see200

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see200

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see193

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see189

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri