Icma.az
close
up
RU
Samir Abasov: “Futbolçularımın göstərdiyi oyundan razıyam”

Samir Abasov: “Futbolçularımın göstərdiyi oyundan razıyam”

Idmanxeber.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Misli Premyer Liqasının I turu çərçivəsində səfərdə “Neftçi”nin qonağı olan “Şamaxı” 1:1 hesablı heç-heçə edib.

İdmanxeber.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında “Neftçi”nin baş məşqçisi Samir Abasov jurnalistlərin suallarını cavablandırıb:

– Komandada yeni mövsümdə bəzi dəyişikliklər edilib. Ötən mövsüm demişdiz ki, komandanı mən yığmamışam. Amma deyəsən, bu dəfə iştirak etmisiz. Rza Cəfərov bu mövsümkü komandada yoxdur. Bəzi ekspertlər düşünür ki, ona qarşı haqsızlıq olub… Onun komandadan gedəcəyi də fikirlər var. Rzaya qarşı ədalətsizlik varsa, onun harasında dayanırsız?

– Rza zədəli idi. İki gün bundan qabaq zədə aldı. Sırf buna görə, bu gün heyətdə yox idi. Komandada yox idi. 

– Birinci hissədə rəqibin hücumlarının qarşısında oyunçuların çaşqınlığı hiss edildi. İkinci hissədə isə rəqibin müdafiə xəttini yara bilmədiz. “Neftçi” ötən mövsümdə qaldığı yerdən davam edir. Yanılıram, yoxsa siz sürprizlər edəcəksiz?

– Hamı üçün mövsümün birinci oyunu idi. Çox dəyişiklik edən komanda üçün çox çətindir. Futbolçularımın göstərdiyi oyundan razıyam. Sona qədər qalib gəlmək istəyirdilər. İki təhlükəli epizod buraxdıq, ikisi də standart vəziyyətdən. Digər hücumları xatırlamıram ki, komandamız çaşqınlıq yaşasın. “Şamaxı” müdafiədə idi. Rəqibin oyun üslubu budur. Biz də nələrsə edirdik. Epizodlarımız var idi. Futbolçular yaxşı oyun göstərdilər. Yeni gələn oyunçuların çətinliyini anlamalıyıq. Zaman lazımdır. Qələbələr gələ-gələ daha yaxşı olacağıq. Bugünkü oyunda udmaq istəyi çox idi. Buna görə futbolçulara təşəkkür edirəm.

– Narazı qaldığınız məqam hansı idi?

– Olmadı. Mütəxəssislər, azarkeşlər oyunu təhlil edəndə, hansısa oyunçuların oyunun içində qopğdunu deyə bilərlər. Amma işimiz, borcumuz odur ki, bunları anlayaq. Komanda təzədir. Belə şeylər olacaq. Bir az üzüldüyüm an o oldu ki, tam başqa şey düşünürdük, başqa cür hazırlaşırdıq. Oyun formatında, oyunçular baxımından… Sağ və sol vingerlərin sıradan çıxması… Məşqdə zədələnməsi bizə problemlər yaratdı. Toplanış vaxtı bir cür hazırlaşırsan, 2-3 oyunçunun heyətdə olmaması planlarımızı pozdu.

– Kenan Piriçin qol buraxdığı epizodda mövqe seçiminə narazı qaldınız?

– Piriçə fikirləşirəm ki, oyundan sonra həmin vaxtı deyil ki, irad bildirəsən. Həftə, təhlillər var. Təcrübəlidir, yaxşı və pisi bilir. 

– Bir neçə gün əvvəl demişdişdiz ki, hansı boşluqlar olduğunu desəm, menecerlər təkliflər göndərəcək. Bugünkü oyundan sonra həmin təkliflər gələcək?

– Düşünmürəm. Sözdür, deyirik. Komandadan çox razı qaldım. 

– Rza Cəfərovun gələcəyinə şübhələr yaradan səbəblər var. Kenan Piriç gəlib, kapitanlar arasında onun adı yoxdur…

– Keçən dəfə də demişdim, üç yaxşı qapıçımız var. “Neftçi” üçün yaxşıdır. Rəqabət möhkəmlənir. Kapitan məsələsi… Xatırlayırsızsa, dedim ki, bu komandaya ayaq basanda, nə qədər söz-söhbət var idi. Rzanı təyin etdim, bu söhbətlər sakitləşsin. Kapitan məsələsi bir kənara qoyulsun, futbolumuz danışılsın istəyirdim. Rzanın müvəqqəti kapitan olduğunu demişdim. “Neftçi”nin kapitanı Emindir. Vitse-kapitanları da var. Kapitanların meydanda və meydandan kənar etdiyi işlərdən çox şey asılıdır. Seçdiyimiz insanlar var, bu söhbəti bağlamaq lazımdır. Rza digər futbolçular kimi bizim üçün dəyərlidir. 

– İstədiyiniz sistemi formalaşdırmaq üçün nə qədər vaxt lazımdır? Cari mövsüm bəs edəcək?

– Allah qoysa, edəcək. Məqsəd qoymuşuq.. Avrokuboklarda oynamaq istəyirik. Bizim artıq beynimizdə sistem var. Ona görə məşq keçirik. Yaxşı toplanış keçmişik. Gözləmədiyiniz hallar baş verir ki, sıradan çıxır bəzi oyunçular. Xeyrini də görəcəyik.

– Ramil Şeydayev, Aleks Fernandes və Ohorinin adı yox idi iştirak ərizəsində. Bu, onu göstərir ki, onları gözdən çıxarmısız?

– Kimi çıxarmışıq, çıxarmamışıq, bu haqda öz saytımızda elan veriləcək. Onlarla gələcək barəsində danışmışıq. Yaxın günlərdə həmin oyunçular haqda saytımızda informasiya çıxacaq.

– “Neftçi” büdcə və heyəti baxımından “Şamaxı”dan üstündür. Amma qarşıda daha gərgin mübarizə sizi gözləyir. Favorit “Qarabağ” var. İddialıların sayı çoxalıb. Sizcə, “Şamaxı” ilə heç-heçəyə razılaşan “Neftçi” digər güclülərlə bacaracaq? Gücünüz var?

– Əlbəttə, müqavimət göstərməyə gücümüz, yaxşı komandamız var. Udmaq əzmi ilə meydana çıxırlar. Uzun marafona girmişik. Bu marafonda yenilgi də olacaq. İstər bizdə, istər dediyiniz komandalarda. Bu, normaldır. Əsas biz öz işimizi görək. 

– İlk turda ikinci hissədə topa nəzarət “Neftçi”də idi. Hücumların davamı cərimə meydançasına qədər gedirdi. Bitiricilik çatmırdı. Bu problemi necə aradan qaldıracaqsız?

– Hansısa problem üzə çıxırsa, dərhal hansısa oyunçunu gətirməliyik deyə, bir şey yoxdur. Bu probləmlər sezildi. Amma çox sıx oynayan komandaya qarşı yenə də epizod yaratdıq. Qola çevirmək lazım idi. Çalışacağıq ki, bunları da düzəldək. Biz ilk hissədə qol vursaydıq, fikrimcə, oyun tam başqa məcrada keçəcəkdi. (sortal.az)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:75
embedMənbə:https://idmanxeber.az
archiveBu xəbər 16 Avqust 2025 23:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda oynayan qapıçıya İtaliya ilə görüşdə şans verilmədi

14 Noyabr 2025 11:17see239

12 gün pəhrizi ilə 10 kilo arıqlamaq olar? Real təcrübə, menyu və gözlənilməyən nəticələr

15 Noyabr 2025 19:08see239

Neymar dərhal PSJ yə keçdiyinə peşman oldu və geri dönmək istədi

15 Noyabr 2025 01:07see226

ABŞ da termonüvə bombasını uğurlu sınaqdan keçirdiyini açıqlayıb

15 Noyabr 2025 06:53see216

Mbappe tarixə düşdü Peledən sonra ilk

14 Noyabr 2025 06:39see183

“Leş Tofiq”lər hərəkətə keçdi: Bizə eşşək əti yedizdirənlər niyə azadlıqda?

14 Noyabr 2025 18:18see175

DİN “9990” və “7770” ilə bağlı məlumat yaydı

14 Noyabr 2025 18:29see170

Ədəbiyyat və publisistikamızın unudulmaz siması

14 Noyabr 2025 12:07see162

“9990 nömrəsindən gələn zənglə bağlı yayılan iddialara DİN dən REAKSİYA FOTO

14 Noyabr 2025 17:40see156

Van der Vart: “Ronaldo şokolad olsaydı, özünü yeyərdi”

15 Noyabr 2025 03:09see150

Bu deputat danışmır, ancaq şəkil çəkdirir FOTOLAR

14 Noyabr 2025 10:58see150

Türkiyədə həlak olan jurnalist sabiq məmurun oğlu imiş FOTO

14 Noyabr 2025 09:35see149

Damarları tıxananlar bu qidalardan imtina etsin

14 Noyabr 2025 20:33see147

Rusiyadan səfirliyimizin vurulması ilə bağlı AÇIQLAMA

14 Noyabr 2025 23:10see143

Ukraynadakı müharibə 2026 cı ilin iyununda başa çata bilər Buşun köməkçisi

14 Noyabr 2025 09:44see141

“BakıKart”ın ləğvi iddiasına rəsmi cavab: “Metro və avtobuslarda...”

14 Noyabr 2025 09:09see140

Miri Yusiflə Aiseldən yeni layihə

15 Noyabr 2025 09:40see139

KİV: ABŞ Qəzzanı iki hissəyə bölmək niyyətindədir

15 Noyabr 2025 04:25see138

Yeni Azərbaycan Partiyasının 33 ili: siyasi sabitlik və ölkənin inkişafındakı rolu POLİTOLOQ ŞƏRH ETDİ

14 Noyabr 2025 15:50see136

1 milyona ev, 440 minə cip alan rektor bu xanımdan 4 min manatlıq gül aldı Fuad Hacıyevin keçmişi və biznes fəaliyyəti

15 Noyabr 2025 00:07see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri