Komandamdan və üç xaldan razıyam” Samir Abasov
Icma.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Neftçi”nin baş məşqçisi Samir Abasov Misli Premyer Liqasının 24-cü turunda “Kəpəz”ə qarşı keçirdikləri ev oyununu dəyərləndirib.
Fanat.Az xəbər verir ki, o, 1:0 hesablı qələbə qazandıqları matçla bağlı bunları söyləyib:
“Bu cür oyun haqqında danışmaq həddindən çox çətindir. Penalti epizoduna baxmamışam. Yanımda oturan köməkçilər “CBC Sport” vasitəsilə epizoda baxdılar və gördülər ki, penalti var.
Oyuna gəlincə, şərait normal deyildi. Ümumi götürsək, meydança təmiz idi, qar təmizlənmişdi. Amma topu saxlayanda, qərar verməkdə çətinlik çəkirdik. Buna görə də, oyunun nəticəsi ya heç-heçə olar, ya da rəqib əks-hücumda yaxalar, qol vurar, məğlub olarsan…
Əsas odur ki, mən öz komandamdan razıyam. Hava şəraitinə baxmadan inam var idi ki, indi vuracağıq, bu dəqiqə vuracağıq…. Əsas odur ki, komandamdan və üç xaldan razıyam”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 22 Fevral 2025 09:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















