Icma.az
close
up
RU
Samir Abasov: Hissələri fasiləyə görə ayıraram, Abubakara görə yox

Samir Abasov: Hissələri fasiləyə görə ayıraram, Abubakara görə yox

Icma.az, sport24.az saytına istinadən bildirir.

Misli Premyer Liqasının IX turunun "Qəbələ" – "Neftçi" oyunundan (0:2) sonra qonaq komandanın baş məşqçisi Samir Abasov jurnalistlərin suallarını cavablandırdı. Sport24.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü…

– "Qəbələ" çox yaxşı komandadır. Burda oynamaq çətindir. "Qəbələ" bütün rəqiblərə qarşı yaxşı oynayır. 10 nəfərlə "Qarabağ"a qarşı mübarizə aparmışdılar. Çox yaxşı komandadırlar. Keyfiyyət baxımından bir az axsaqlıq yaşayırlar. Təcrübəyə bağlı problemdir bu. Bir az da təcrübə qazansalar, yuxarı sıralarda olacaqlar. Öz futbolçularıma minnətdaram. Ağır barıyeri aşdılar. İlk hissədə çox çətinlik çəkdik. İkinci hissədə rəqibin açılacağını bilirdik. Daha təhlükəli ola biləcəyimizi bilirdik. Bütün futbolçulara təşəkkür edirəm. Azarkeşlərimizə də minnətdaram. Yolumuza davam edirik.

– Edvin Kuç və Elvin Camalovu startda meydana buraxmaqla risk etdiyinizi düşünmürsünüz?


– Xeyr. Bu, düşünülmüş addım idi. Burda daim məşq edən komandaların üstünlüyü var. Rəqibin hücumlarının qarşısını almaq istəyirdik. Alındı, alınmadı deyə bilmərəm. Oyunun əvvəlində Metyunu düşünə bilməzdik. Çünki bu atmosferdə onu itirə bilərdik. Kənarda məşq etdi, hazırlaşdı və ikinci hissə meydana buraxdıq.

– Sessi Almeydanın oynamaması nə ilə bağlı idi?


– Buranı tanıyan uşaqlara şans vermək istədik. Hər oyunçu oynamaq üçün hazır olmalıdır.

– Hücumda 3 futbolçunu eyni anda dəyişdiniz. Bu da effektini verdi. Növbəti matçlarda bu, həlledici ola bilər?


– Bir neçə dəfədir ki, əvəzetmələr effekt verə bilir. Bu gün kiminsə yaxşı oyuna qoşulub-qoşulmaması yox, oyunçuların hər birinin əsas formada olması vacibdir.

– Oyundan sonra Metyuya hansı iradları bildirdiniz?


– İrad bildirmədim. Onun meydandakı duruşu ilə bağlı istəklərimiz var idi.

– Oyunu iki hissəyə bölsəniz, fasilələri seçərsiz, ya Abubakarın girişindən sonrakı dönəmlə əvvəlkini?


– İkinci hissədə komanda olaraq yaxşı çıxış etdik. Rəqibə imkan vermədik. Hissələri fasiləyə görə ayıraram, Abubakara görə yox.

– Son günlər müzakirə mövzusu yerli qapıçı məsələsidir. "Neftçi"də Rza Cəfərova şans verilmir. Onu icarəyə götürmək daha məqsədəuyğun deyildi?


– Qərarları klub, biz veririk. Qapı xəttində ciddi rəqabət var. Bunu yaratmaq istəyirdik. Bizimçün yerli, əcnəbi fərqi yoxdur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:91
embedMənbə:https://sport24.az
archiveBu xəbər 26 Oktyabr 2025 18:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see289

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see244

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see238

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see234

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see209

Əhali kreditlərini sığortalamağa niyə maraq göstərmir?

26 Yanvar 2026 12:56see194

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see193

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see176

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see170

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see164

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see163

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see162

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see162

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see154

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see151

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see150

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see145

Məhyəddin Aydəmirov vəfat etdi Foto KONKRET

27 Yanvar 2026 00:38see142

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see141

Generalın oğlunun təhdid etdiyi fenomen KİMDİR? FOTO

26 Yanvar 2026 17:18see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri