Icma.az
close
up
RU
Qırılmış ümidlərə görə üzr istəyirəm Samir Abasov

Qırılmış ümidlərə görə üzr istəyirəm Samir Abasov

Qol.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"İlk dəfədir ki, səfər matçında bu qədər azarkeş yığılmışdı. Onların dəstəyini də hiss ediridk, arxamızda olduqlarını görürdük. Kubokun bütün məsuliyyəti mənim boynumdadır. Qırılmış ümidlərə görə azarkeşlərdən üzr istəyirik. Baxmayaraq ki, komandanı biz yığmamışıq".

QOL.az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Samir Abasov Azərbaycan kubokunun yarımfinalının "Sabah"la keçirilən cavab matçından sonra mətbuat konfransında deyib. 

İlk oyunda 1:2 hesabı ilə uduzan "Neftçi" bugünkü matçda qeydə alınan 1:1 hesablı bərabərlikdən sonra mübarizəni dayandırıb.

S.Abasov bu nəticəyə görə azarkeşlərdən üzr istəyib: "Bəzi səbəblərə görə qış fasiləsindən də yaxşı yararlana bilmədik, istədiklərimizi gətirə bilmədik. Bizim əsərimiz deyil. Kuboka görə məsuliyyət daşıyırıq. Üzr istəyirik. Bu qədər".

S.Abasov komandasının kubokda və Premyer Liqada uğursuz çıxışları ilə bağlı danışıb: "Bu gün üzüldüyüm məqam var. Yaxşı köklənmişdik matça. Birinci hissə bu il ən yaxşı oynadığımız futbolu göstərdik. Rəqibə qapımıza yaxınlaşmağa imkan vermədik. Qapıçı ilə müdafiəçimiz anlaşa bilmədi. Qol epizodlarımız var idi. Onları vursaydıq....Əhval-ruhiyyə möhtəşəm idi. Rəqibi hər cəhətdən təhlil etmişdik. Uşaqlar onu anladı. Əfsuslar ki, sona kimi gətirə bilmədik. Sona qədər pressinq edib, rəqibə imkan verməmək gücdə deyilik. Rəqibimiz də yaxşıdır. "Sabah"ın heyətində birəbir mübarizələrdə yaxşı oyunçular var. O komponentdə bəlkə də bizdən daha üstündür. İkinci məsələ də odur ki, fasiləyə gələndə, şikayətlənməyə başladılar. Emin Mahmudov bu gün lider kimi oyunda idi, amma sona qədər çatdıra bilmədi. Hamısı əvəzetmə istəyirdi. Bizim əvəzetmələrimiz effekt verməsə də, mərhələni keçə bilmirdik, bütün hücumameyilli oyunçuları meydana buraxdıq. Rəqib hücumameyilli futbolçuları oyuna buraxandan sonra fərq yaratdı, biz onu edə bilmədik. Kaş ki, 11-liklə sona qədər davam edərdik. Planlar cızırıq. Bu oyunla bağlı deyildi, bundan əvvəl də deyilirdi. Rəhbərlik və biz tərəfdən də qərarlar veriləcək. Burada açıqlama vermək istəmirəm. Daha yaxşı "Neftçi" kimi gəlmək istəyirik. "Neftçi"yə layiq olan oyunçuları da tapıb, gətirməliyik".

S.Abasov əvəzetmələri gec etməsinin səbəbini də açıqlayıb: "İlk hissədə göstərilən performans məni razı salırdı. Dəyişikliyə lüzum da yox idi. Təhlillərimizi onlarla etmişdik. Amma həmişə hər şey istədiyimiz kimi olmur. Kimsə oyundan düşdü. Emin Mahmudov 2-3 epizodda top itirdi. Yorğunluqdan irəli gəlirdi. Başqalarını dəyişmək istəyirdik, amma Sek, Ştoqrin əvəzetmə istədi. Sistemi dəyişdik. Qol vurmaq alınmadı. Meydana daxil olanlar effekt vermədi. Deyirdim kaş ki, əvvəlcədən oynayanlar sona qədər oynasınlar. Əfsuslar olsun ki, belə deyildi".

"Məsuliyyəti üzərinizə götürdünüz. Futbolçuları qoruyursunuz?" sualını baş məşqçi belə cavablandırıb: "Heç kimi qorumaq fikrində deyiləm. Komandanı mən yığmamışam. Heç bir futbolçunun burada olmasına məsuliyyət daşımıram. Bu qədər azarkeş mənə inanırdı, məsuliyyət daşıyırdım. Komandanı finala çıxarmaq istəyirdim. Edə bilmədiyimə görə üzr istəyirəm".

S.Abasov heyətdə dəyişikliklərin olacağını qeyd edib: "Hər bir məşqçinin oyun üslubuna uyğun futbolçular var. İşlədiyim komandalarda da həmin mövqelərdə hansı oyunçuların oynadığını görmüsünüz. Sabir Buqrini deyərdim. Məqsədimiz ən azından oyun üslubumuza uyğun futbolçuları götürməkdir". 

 S.Abasov heyətə cəlb edilmiş legionerlərin müqavilə müddətinin çox olmasına görə onların göndərilməsinin yarada biləcəyi problemlər haqda da sualı cavablandırıb: "Buna indi cavab vermək çox çətindir. Bura yeri deyil. Klubla ətraflı danışırıq. Ən yaxşısı nədirsə, klub da əlindən gələni edir. Həmin prbolemlər var. Digər komandalar bunu çözə bilirlər. Ümid edirəm ki, biz də çözə biləcəyik. Bunu zaman göstərəcək. Kimi göndərəcəyimizi danışmaq tezdir, yeri deyil. Zaman göstərəcək".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:179
embedMənbə:https://qol.az
archiveBu xəbər 23 Aprel 2025 23:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see379

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see310

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see309

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see269

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see253

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see205

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see198

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see185

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see184

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see183

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see175

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see172

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see171

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see170

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see169

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see168

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see167

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see167

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see167

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri