Icma.az
close
up
RU
Samir Abasov ikinci qələbəsini iddialı “Zirə”dən qopardı

Samir Abasov ikinci qələbəsini iddialı “Zirə”dən qopardı

Footbal-plus portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Neftçi (Bakı) – Zirə 2:1 (1:0)
93. Rza Cəfərov (k) – 5,5
10. Filip Ozobiç – 6,5
(14. Edvin Kuç, 65) – 6,0
17. Rəhman Hacıyev – 5,5
(47. Murad Məmmədov, 77) – 5,0
90. Ramil Şeydayev – 5,5
(91. Ağadadaş Salyanski, 87) – qiymətsiz
13. Emil Səfərov – 7,0
6. Rafael Quzzo – 5,5
99. Ervin Koffi – 5,5
44. Yuri Matias – 5,5
23. Robert Bauer – 5,5
24. Mustafa Sek – 6,0
88. Andrey Ştoqrin – 5,5
(20. Alfa Konte, 65) – 5,0
Ehtiyat oyunçular
1. Emil Balayev
30. Rustam Samiqullin
3. Höccət Haqverdi
7. Azər Əliyev
4. Mark Tamaş
77. Yeqor Boqomolski
Baş məşqçi: Samir Abasov
Komandanın ən yaxşısı: Emil Səfərov
13. Aydın Bayramov – 5,0
32. Qismət Alıyev (k) – 5,0
8. İsmayıl İbrahimli – 5,0
14. Elçin Əlicanov – 5,0
4. Ruan Renato – 5,0
70. İssa Cibrila – 6,0
(16. Fuad Bayramov, 83) – qiymətsiz
23. Rafael Utziq – 5,0
(29. Ceyhun Nuriyev, 69) – 5,0
18. Martins Junior – 4,5
(24. Yusuf Laval, 46) – 4,5
17. Ayron Qomis – 5,0
6. Eldar Quliyev – 4,5
(10. Giorgi Papunaşvili, 46) – 4,5
19. Salifu Suma – 4,5
(90. Davit Volkov, 46) – 5,5
Ehtiyat oyunçular
97. Tyaqo Silva
41. Anar Nəzirov
21. Hacıağa Hacılı
22. İldar Alekperov
5. Stefan Aka
3. Ange Mutsinzi
28. Abbas İbrahim
Baş məşqçi: Rəşad Sadıqov
Komandanın ən yaxşısı: İssa Cibrila
Qollar: F.Ozobiç, 28 (1:0, M.Sek). İ.Cibrila, 51 (1:1, D.Volkov). E.Səfərov, 68 (2:1, E.Kuç).
Vərəqələr: R.Quzzo, 22 (qeyri-idman hərəkəti). E.Kuç, 78 (qeyri-idman hərəkəti). Q.Alıyev, 79 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: KAMAL UMUDLU, Namiq Hüseynov, Vüsal Məmmədov, Əli Əliyev (hamısı Bakı).
VAR hakimi: İnqilab Məmmədov (Bakı).
VAR hakiminin köməkçisi: Rəvan Həmzəzadə (Şəki).
Hakim-inspektor: Babək Quliyev (Bakı).
AFFA nümayəndəsi: Zümrüd Ağayeva (Bakı).
Yalnız ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
23 noyabr. Bakı. “Neftçi Arena”. 1174 tamaşaçı (11000 yerlik).
Oyunun qiyməti: 6,0.
Paytaxt derbisindən üzüağ çıxmaq baş məşqçi postuna gələndən sonra cəmi bir qələbə qazanan Samir Abasov üçün də önəmli idi, Rəşad Sadıqov üçün də. Axı “Zirə” də son oyunlarda qaneedici nəticələr qazanmırdı. “Qartallar” həm də ona görə qalib gəlməliydi ki, ilk “dördlük”dəki yerini möhkəmləndirsin. “Ağ-qaralar”ın yaxşı günlər yaşamadığını nəzərə alsaq, qəsəbə təmsilçisini daha şanslı saymaq mümkün idi. Amma meydan sahibləri 28-ci dəqiqədə hesabı açmaqla “doğma divarlar” arasında uduzmaq istəmədiyi sübut etdi.
Düzdü, buna qədər həm “Neftçi”, həm də “Zirə” qol vəziyyətləri yaratdı. Lakin Utziqin yaxın küncə endirdiyi zərbə qeyri-dəqiq oldu. Ardından Aydın Matiasın fərqlənməsinə imkan vermədi. Elə Martinsin akrobatik hərəkətlə toru silkəmələk cəhdi də faydasız oldu. Ona görə ki, Rəhmanın həlledici müdaxiləsi komandasını qoldan xilas etdi. Çox keçmədən Aydın Rəhmanın qol müəllifi olmasına da şərait yaratmasa da, Ozobiçin qarşısında “ağ bayraq qaldırdı”. Xorvat Sekin qapıya paralel ötürməsindən maksimum yararlandı. Təbii ki, məğlubiyyətin qoxusunu duyan “qartallar”ın önə atılması, daha intensiv hücumlar qurması gözlənilən idi. Amma komandalar fasiləyə 1:0 hesabı ilə yollandı.
Niyə? Qısaca deyə bilərik ki, “qartallar” həlledici zərbələr zamanı dəqiq qərar verməkdə çətinlik çəkir, rəqibin cərimə meydançasında sıxlaşsalar da, xətlərarası əlaqəni təmin edə bilmir, imkanları sağa-sola xərcləməklə gücünü tükədirdi. “Neftçi” isə daha səliqəli, planlı və təmkinli oyunla diqqəti çəkdi. Hətta fərqi artırmaq üçün şanslar qazanıldı. Burda Aydın Rəhman və Koffinin zərbələrini dəf etdi. İş orasındadı ki, “ağ-qaralar” ikinci hissənin ilk dəqiqələrində həmin oyunu göstərmədi. Meydan sahiblərinin müdafiə olunmağa üstünlük verməsi isə qonaqların hesabı bərabərləşdirməsiylə nəticələndi. 51-ci dəqiqədə Cibrila Volkovun cərimə meydançası daxilindəki ötürməsini qolla tamamladı.
Növbəti dəqiqələrdə hücumda fəallaşan “Neftçi” izlədik. Ozobiçin qeyri-dəqiq zərbəsini Ramilin Renatoyla təkbətək mübarizədən məğlub ayrıldığı üçün istifadə edə bilmədiyi fürsət müşayiət etdi.
Hər halda, problemlər “ağ-qaralar”ın qələbə qazanmasına mane olmadı. 68-ci dəqiqədə Kuçun ötürdüyü topu təxminən 25 metr məsafədən tora qovuşduran Emil komandasını sevindirdi. “Zirə” hesabı bərabərləşdirmək üçün ən yaxşı fürsəti 89-cu dəqiqədə yaxaladı ki, təkbaşına irəliləməyə üstünlük verən Renato qeyri-dəqiqliyin qurbanı oldu. Beləliklə, “Neftçi” Azərbaycan derbisindən əvvəl mövsümün ikinci qələbəsini qazandı. “Qartallar” isə son 6 turda cəmi iki dəfə 3 xalın dadına baxıb. Görəsən, Rəşad Sadıqov vəziyyətdən çıxış yolu tapa biləcəkmi?
Gözdən qaçmadı
* “Forza Neftçi” və “Qartallar” fanklubları tribunada idi.
* Samir Abasov 61-ci dəqiqədə hakimin qərarına etiraz etdi və “sarı” aldı.
KƏNAN BAHADIR

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 01 Dekabr 2024 15:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see359

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see316

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see310

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see300

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see250

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see246

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see244

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see242

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see235

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see218

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see197

Azərbaycan millisi Litvanı qəbul edir YENİLƏNİR

04 Oktyabr 2026 08:15see188

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see186

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see184

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see181

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see179

Konqo DR Səhiyyə Nazirliyi: Ebola epidemiyasının piki geridə qalıb

04 Oktyabr 2026 06:15see177

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see174

Onlar sevgilərini elan etdilər! İlk FOTO gəldi

04 Oktyabr 2026 13:32see170

Bakı bu gün öz keçmişi ilə “danışır”

04 Oktyabr 2026 15:01see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri