Icma.az
close
up
RU
Samir Abasov: İstefa verməliyəm? avrokuboklara yollana bilməsəz, yerinə düşər...

Samir Abasov: İstefa verməliyəm? avrokuboklara yollana bilməsəz, yerinə düşər...

Icma.az, Footbal-plus portalına istinadən məlumat yayır.

"Neftçi" Misli premyer-liqasının 27-ci tur matçında "Səbail"in meydanından qalib ayrıldı - 2:1.

"Football-plus.az" xəbər verir ki, "ağ-qaralar"ın baş məşqçisi Samir Abasov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.
- Sanki komandada narahatlıq var idi...
- Qələbə qazanmağı çox istəyirdik. Millinin oyunlarıyla bağlı fasilə əhval-ruhiyyə baxımından bizə kömək edəcək. Narahatlığın səbəbi qol buraxmağımıxla bağlıydı. Birinci hissədə yaxşı oynadıq, hücumlar etdik. İkinci yarıda matçın tələbi dəyişdi. Futbolçular bu sınaqdan da üzüağ çıxdı. Sona kimi mübarizə apardıq. Çempionatdan qopmamaq, fasiləyə yaxşı əhval-ruhiyyəylə yollanmaq baxımındsn üç xal çox önəmli idi. Bunun öhdəsindən gəldik.
- Sizcə, fasilə komandaya necə təsir edəcək?
- Emin Mahmudov kimi futbolçumuz zədəlidi. Azər Salahlı üçün də vaxt lazımdı. Onların dönüşü üçün fasilə yaxşı təsir edə bilər. Amma hansısa komandanın bu qədər fasiləyə razı olacağını düşünmürəm.
- "Neftçi" mövsümün sonunda hədəfə çata bilməsə, istefa verəcəksiz?
- İstefa verməliyəm?
- Avrokuboklara yollana bilməsəz, yerinə düşər...
- Komandanı beş xalla götürmüşük. İlk 9 oyunda qələbə qazana bilməmişdilər. Düzdü, avrokuboklara vəsiqə qazana bilməmək klub üçün uğursuzluqdu. Amma sonra deyirsiz ki, bu qədər məşqçi dəyişməzlər. Ölkə kubokunda yarımfinal mərhələsinə vəsiqə qazanmışıq. Əvvəl qalib gələ bilmədiyimiz komandaları indi məğlub edə bilirik. Dediklərinizin arxasında nəsə gizlənir.
- Nəsə gizlənmir. Mən sadəcə sual verirəm. İstefa verib-verməyəcəyiniz maraqlıdı...
- Beş oyunda qələbə qazananda məşqçi həmkarımla görüşməyimdən danışırsız. Biz rahatıq. Niyə əlavə mövzu çıxarırsız? Hələ çempionatın bitməsinə 9 tur qalıb. Rəhbərliklə danışıqlarımızdan xəbəriniz yoxdu.
- "Neftçi" Dembo Darbo, Yeqor Boqomolski, Alfa Konte, Rafael Quzzo kimi legionerlərlə istəyinə çata bilər?
- Bu haqda yeni mövsümdə fikirləşəcəyik. Bu gün bu barədə danışmaq yersizdi. Bilirik ki, cari mövsümün sonuna qədər bu futbolçularla yola davam etməliyik. Bizdən öndəki bəzi komandalar döyüşməklə yuxarı pillələrə qalxıb. Təbii ki, bəzi mövqelərdə məhz mənim istədiyim cür futbolçular olmalıdı. İndi isə oyunçulardan maksimum istifadə etməliyik.
KƏNAN BAHADIR

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:77
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 16 Mart 2025 21:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see170

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see158

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see156

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see156

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see150

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see147

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see142

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see138

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see134

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see133

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see133

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see133

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see133

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see133

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see133

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see132

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see131

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see128

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri