Icma.az
close
up
RU
Samir Abasov: İstefa verməliyəm?

Samir Abasov: İstefa verməliyəm?

Icma.az, sport24.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Qələbə qazanmağı çox istəyirdik". Sport24.az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Samir Abasov deyib. 

Mütəxəssis "Səbail"ə səfərdə 2:1 hesabı ilə qalib gəldikləri Misli Premyer Liqasının XXVII turunun oyunu ilə bağlı fikirlərini bölüşüb: 

"Milli komandaların oyunları ilə əlaqədar yaranacaq fasilə əhval-ruhiyyə baxımından bizə yardımçı olacaq. Narahatlıq o idi ki, qol buraxdıq və ardı da gələ bilərdi. Oyunu həmin məcrada davam etdirib, qollar da vurmaq olardı. İlk hissədə yaxşı futbol sərgilədik, hücumlar etdik. İkinci yarıda oyunun tələbə dəyişdi. Futbolçular bundan da üzüağ çıxdı. Mübarizəni sona kimi apardılar. Bu gün üç xal çox önəmlidir. Çempionatdan qopmamaq üçün, bunun da öhdəsindən gəldik"

O, daha sonra jurnalistlərin suallarını cavablandırıb.

- Belə fasilələr bəzi komandaların xeyrinə olursa, digərlərinə pis təsir edə bilir. "Neftçi" üçün necə olacaq?

- Hər tərəfli baxmaq mütləqdir. Emin Mahmudov kimi oyunçumuz zədəlidir. Digərləri də var ki, uzun müddətdir zədədən əziyyət çəkirlər. Onların qayıdışı üçün kömək olacaq. İnanmıram ki, heç bir komanda bu qədər fasiləyə razı olsun. Fasilədən sonra sanki birinci dəfə oyuna başlamış kimi olursan. 

- "Neftçi" mövsümün sonunda hədəfinə çata bilməsə, istefa verəcəksiniz?

- İstefa verməliyəm?

- Avrokuboklara yollana bilməsəz, yerinə düşər...

- Komandanı beş xalla götürmüşdük, 9 oyuna qələbə qazanmamışdıq. Klub üçün avrokuboklara vəsiqə qazanmamaq uğursuzluqdur. Bu qədər məşqçi dəyişərlər, filan deyirsiz. Bəs o nədir, bu nədir? Komandanı hansı vəziyyətdə götürdüyümüzü bilirik. Pis yolda deyilik. Ən azından kubokda yarımfinaldayıq. Heç udmadığımız komandaları uduruq. Dediyinizin arxasında nələrsə gizlənir. Beş oyun udursan, məşqçi məşqçi ilə necə görüşdü? Biz öz işimizdəyik, rahatıq. Öz işimizi canla-başla görürük. İstefa barəsində niyə olmayan şeyin içindən bir şey çıxarırsan? Çempionat 9-10 tur qalıb, nə olacağı bilinmir. Rəhbərliklə danışdıqlarımızdan xəbəriniz yoxdur. Mənim getməyimi istəyirsiz?

- Belə legionerlər komandaya lazımdır? Darbo, Boqomolski, Quzzo, Alfa Konte Yoxsa, daha keyfiyyətli oyunçular lazımdır?

- Yeni mövsümdə nələr olacaqsa, bunu yeni mövsümdən danışacağıq. Bu gün insanların adlarından danışmaq yersizdir. Ən azından bilirik ki, ilin axırına kimi bu futbolçularla yolumuza davam etməliyik. hansından keyfiyyət ala bilmiriksə, onun başqa yönlərii xeyirli şəkildə istəməlisən. Bizdən öndə gedən komandaların içində belə vuruşmaqla oralara gələnlər var. Hansısa futbolçunu yetərli və ya yetərsiz olması haqda yersizdir. Gələndə bilirdik ki, bu futbolçularla davam edəcəyik. Əlbəttə ki, elə mövqelər var ki, həmin mövqelərə istədiyim tiplərin olması vacibdir. Çalışacağıq ki, müqaviləm olduğu dövrdə o cür futbolçular olsun. İndiki futbolçulardan maksimum istifadə etmək istəyirik.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:205
embedMənbə:https://sport24.az
archiveBu xəbər 16 Mart 2025 18:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see226

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see214

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see212

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see209

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see204

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see200

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see196

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see194

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see193

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see188

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see186

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see186

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see183

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see182

Rövşən Muradov: Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir

03 Oktyabr 2026 17:49see182

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see181

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see180

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see179

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see173

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri