Icma.az
close
up
RU
Samir Abasov Milli Qəhrəman imiş!

Samir Abasov Milli Qəhrəman imiş!

Icma.az, Footbal-plus saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Dünənə qədər “Neftçi”nin yaşıl meydanda göstərdiyi nəticələrə görə klub bazasındakı xadimədən tutmuş Cenk Sümərə, hətta bəlkə rəhmətlik Anatoli Banişevskiyə qədər hər kəsi qınayan, acılayan adamlar indi, yəni Samir Abasov istefaya göndəriləndən sonra onun tərəfini tutmağa, publikanı baş məşqçiyə şans verməyin zəruriliyinə inandırmağa çalışır.

Sən demə, Samir Abasov Milli Qəhrəman imiş, bizim xəbərimiz olmayıb. Sabiq baş məşqçinin mənəvi keyfiyyətləri haqda danışmaq istəmirəm, həm çox vaxt alar, həm də Samir bəy ona simpatiya bəsləyənlərin gözündə bir qədər də kiçilər. Jurnalistlərlə yerli-yersiz mübahisə edən, hakimə “pidaraz” (“pederast”ın ifadə formasıdı, mənasını lüğətdə tapa bilərsiz) deyən adamın hansı keyfiyyətlərin yiyəsi olduğunu xatırlatmağa dəyməz. Məni yalnız onun işinin futbol-nəticə tərəfləri maraqlandırır.
Bu gün “Neftçi”dən tam həcmdə kompensasiya istədiyinə görə Samir bəyə tərif yağdıranlar, onu Məzdək kimi təqdim edənlər, məncə, bir qədər düşünsələr, yaxşıdı. “Neftçi” rəhbərliyinə qəzəbiniz varsa, bunu ifadə etməyin min cür yolu var. Amma komandanı bu vəziyyətə salan, bütün turnir hədəflərindən uzaqlaşdıran, “İmişli” kimi debütantı iki oyundan birində də məğlub edə bilməyən, autdan qol buraxan heyət formalaşdıran, Elvin Bədəlovu müdafiənin Allahı sayan bir mütəxəssis klubdan kompensasiya istəməməli, əksinə, cibindən pul çıxarıb kluba verməlidi ki, bağışlayın, bir səhvdi etmişəm, çiynimi çəkə bilməyəcəyim yükün altına vermişəm, iddiamla imkanlarımı düz hesablamamışam, böyük klubun “sükanı arxasında” olmaq mənlik deyil! Bax, bu əsl kişi-mütəxəssis hərəkəti olardı. Yoxsa indi biri durub onu Qurban Qurbanovla, o biri Rəşad Sadıqovla, üçüncü Valdas Dambrauskasla müqayisə edir. Qurbanov və Sadıqov ilə işim yoxdu, onlar bu gün də Azərbaycan futboluna uğur və gözəllik qatan şəxslərdi. Dambrauskasa gəlincə... Ölkəsindəki və Latviyadakı uğurlarını demirəm, “Ludoqorets”i Bolqarıstan çempionu edib, “Hayduk”a Xorvatiya kubokunu qazandırıb. Samir Abasov nə edib? Ola bilsin, Svazilendlə Lesotoda çempion olub, diqqətimizi çəkməyib...
Əlbəttə, “Neftçi” rəhbərliyinin də bütün bu proseslərdə günahı var. Mənim fikrimi bilmək istəyirsizsə, Samir bəyi “Neftçi”yə 2-ci dəfə gətirmək səhv idi, ümumiyyətlə, müqavilə ilə bağlı olduğu klubu bir gecənin içində atan, həmin kluba, yəni “Sumqayıt”a kompensasiya ödəməmək üçün təsir göstərməyə çalışan adamı “sükan arxasına” gətirəndə bir gün belə aqibətlə üzləşmək ehtimalını hesablamalıydız. Necə deyərlər, özü yıxılan ağlamaz! Bu ifadə həm “Neftçi”yə, həm də Samir Abasova aiddi!
HUŞƏNG

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 25 Noyabr 2025 12:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gərilən yay Məryəm Bağırova yazır

01 İyun 2026 15:01see1102

Elm və Təhsil Nazirliyinin 20 illik səhvi KONKRET

01 İyun 2026 16:18see252

Azərbaycan təhsilində inqilab: Müəllimləri və şagirdləri gözləyən yeniliklə bağlı AÇIQLAMA

02 İyun 2026 13:51see204

Ramanada qayınata gəlini qətlə yetirib

01 İyun 2026 18:39see192

Rəcəb Tayyib Ərdoğan 10 cu dəfə baba oldu

02 İyun 2026 01:41see189

bp nin regional prezidenti: Azərbaycan qarşıdakı onilliklərdə dünya səviyyəli enerji qovşağına çevrilə bilər

02 İyun 2026 09:31see179

Sumqayıt qatarı qəza törədib, ölən var

02 İyun 2026 09:30see176

9% gəlirlilik: Dövlət şirkətinin dollar istiqrazları ticarətə buraxılır

03 İyun 2026 01:20see175

İtaliya sahillərində 6,1 bal gücündə zəlzələ baş verib

02 İyun 2026 04:53see174

“13 həftə, 13 avtomobil” kampaniyasına start verildi VİDEO

02 İyun 2026 09:32see171

Netanyahu: “Hizbullah” hücumları davam etdirsə, İsrail Beyrutu vuracaq

02 İyun 2026 01:49see171

TƏBİB in yeni mətbuat katibi Zara İbrahimzadə kimdir?

02 İyun 2026 23:17see171

Hörmüzdən keçən gəmilərlə bağlı statistika Açıqlandı

02 İyun 2026 03:49see170

“İranla gələn həftə razılaşma əldə edə bilərik”

02 İyun 2026 02:47see169

Azərbaycanlı biznesmen çətin sınaq qarşısında milyardlarını itirə bilər

02 İyun 2026 13:54see169

ABŞ məxfi hesabat hazırlayacaq TRAMP İMZALADI

03 İyun 2026 03:23see166

Diabet necə yaranır? Həkimlər əsas səbəbləri açıqladı

02 İyun 2026 03:03see165

72 kilo arıqlayan məşhur aktrisanın son görüntüsü gündəm oldu

02 İyun 2026 13:56see165

Bu il hansı qrupda ballar aşağı düşəcək?

01 İyun 2026 23:54see162

Polşa Prezidenti: “Arzularımı çatdırmaqdan şərəf duyuram!”

01 İyun 2026 20:15see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri