Icma.az
close
up
RU
Samir Abbasov: Hədəfimiz milli mədəniyyətimizi Türkiyədə daha geniş ictimaiyyətə çatdırmaqdır

Samir Abbasov: Hədəfimiz milli mədəniyyətimizi Türkiyədə daha geniş ictimaiyyətə çatdırmaqdır

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İstanbul, 3 aprel, AZƏRTAC

Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi əsasında İstanbulun Bahçeşehir Universitetində açılan, azərbaycanlı qadın rəssamların əsərlərindən ibarət sərgi Azərbaycan Dövlət Rəssamlıq Akademiyası və Azərbaycan Rəssamlar İttifaqının dəstəyi ilə təşkil edilib. Burada nümayiş olunan əsərlərdə əsasən Vətən, qadın sevgisi və hissləri, Azərbaycan təbiəti, eləcə də milli mədəniyyətimizi tərənnüm edən mövzular yer alır. Bu sərginin silsilə tədbirlər çərçivəsində Türkiyənin digər şəhərlərində, xüsusilə İzmir, Antalya və sonda “Mədəniyyət yolu” festivalı çərçivəsində Ankarada nümayişi planlaşdırılır. Sərgi Azərbaycan milli mədəniyyətinin təbliği və qadın rəssamlarımızın Türkiyədə tanıdılmasını hədəfləyir.

Bu fikirləri AZƏRTAC-a açıqlamsında Türkiyədəki səfirliyimizin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov bildirib.

O qeyd edib ki, milli mədəniyyətimizin, tariximizin, ana dilimizin təbliği və Azərbaycan rəssamlıq sənətinin tanınmış nümayəndələrinin əsərlərinin Türkiyədə tanıdılması Mədəniyyət Mərkəzinin əsas məqsədlərdən biridir. İki ölkənin mədəniyyət nazirlikləri arasında imzalanan yol xəritəsinə əsasən, mədəniyyətin bütün sahələrində olduğu kimi, rəssamlıq üzrə də əməkdaşlıq daha da inkişaf etdirilir. Layihə olaraq, il ərzində iki ölkənin rəssamlarının iştirakı ilə art kampların təşkili, təcrübə mübadiləsinin aparılması nəzərdə tutulur.

Bildirilib ki, Azərbaycan milli mədəniyyətinin və sənətinin tanıdılması üçün bir çox müsabiqələrin keçirilməsi də nəzərdə tutulur. Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsinin Türkiyədə təbliği məqsədilə “Nizami Gəncəvi əsərləri minaturlarda” mövzusunda bir rəsm, Türkiyə universitetlərinin tələbələri arasında isə “Nizami Gəncəviyə 100 məktub” müsabiqələri elan edilib. Bundan başqa, Türkiyənin və Azərbaycanın tanınmış rəssamlarının qarşılıqlı olaraq hər iki ölkədə ustad dərslərinin təşkili, miniatur, xəttatlıq kimi sənətlərdə təcrübə mübadiləsi həyata keçirilməsi də planlaşdırılır.

S.Abbasov Türkiyədə çox sayda azərbaycanlı incəsənət xadiminin, rəssamlarının yaşadığı və fəaliyyət göstərdiyini xatırladaraq deyib: “Bu çərçivədə azərbaycanlı rəssamlar arasında “Suverenliyimizə qovuşduran şanlı Zəfər” mövzusunda rəsm müsabiqəsi elan edilib. Yaxın günlərdə Ankaranın Rəsm və Heykəllər Muzeyində Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə bu müsabiqə nəticəsində toplanan azərbaycanlı rəssamların əsərlərinin sərgisi təşkil olunacaq. Burada 44 günlük Vətən müharibəsi və bunun nəticəsində qazanılan şanlı Zəfərlə bağlı rəsmlər yer alacaq. Əsas hədəfimiz Azərbaycan milli mədəniyyətinin Türkiyədə daha geniş ictimaiyyətə çatdırmaqdır”.

 

Günel Karatepe

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:208
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 Aprel 2026 16:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see528

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see513

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see366

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see349

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see261

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see256

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see235

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see234

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see227

Bu şəxslərə dərman və həkim müalicəsi pulsuz olacaq

25 Noyabr 2026 09:39see225

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see223

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see205

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see205

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see202

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see193

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see192

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see190

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see189

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see188

“Qalatasaray”a məğlubiyyət Emerinin ilk səkkizliyə düşmək ümidlərini azaltdı

25 Noyabr 2026 03:08see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri