Samir Əliyev: Turan Tovuz da tezliklə bu beşliy ə qoşulacaq
Icma.az bildirir, Fanat saytına əsaslanaraq.
Misli Premyer Liqasının 5-ci turuna yekun vurulub.
Azərbaycan millisinin sabiq hücumçusu, tanınmış məşqçi Samir Əliyevlə əlaqə saxlayıb elita təmsilçilərindən nə gözlədiyini soruşduq.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Azərbaycan Premyer Liqasında artıq 5 tur geridə qaldı. Mən yenə də o fikirdəyəm ki, turnir cədvəli və komandaların ümumi imkanları barədə geniş, dəqiq rəy bildirmək üçün ən azı 10-12 tur geridə qalmalıdır. Buna baxmayaraq, ilk 5 turun nəticələrinə əsasən bəzi mülahizələri yürütmək olar. Əvvəlcədən də gözlənildiyi kimi, çempionluq və avrokuboklara vəsiqə uğrunda mübarizə aparacaq komandalardan "Sabah", "Qarabağ", "Zirə" və "Neftçi" ilk turlarda uğurlu çıxış edirlər. Bu qrupda yalnız "Turan Tovuz"un nəticələrində xal baxımından qeyri-stabillik hiss olunur. Lakin çempionat uzun bir marafondur və hələ yolun başlanğıcındayıq. İnanıram ki, "Turan Tovuz" da tezliklə bu beşliyə qoşulacaq və iddiasını sonadək sürdürəcək. Digər 7 komandaya gəldikdə isə, onların bir çoxunda yeni baş məşqçilər təyin olunub və heyətlər yenidən formalaşdırılır. Bu səbəbdən həmin klublarda həm oyun keyfiyyəti, həm də xal toplamaq baxımından qeyri-stabillik müşahidə olunur. Zaman keçdikcə hər şey öz qaydasına düşəcək. Amma indidən turnirin autsayderinin kim olacağını demək çox çətindir".
Nihat
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 15 Sentyabr 2026 16:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















