Icma.az
close
up
RU
Turan Tovuz enişdə deyil Şəhriyar Əliyev

Turan Tovuz enişdə deyil Şəhriyar Əliyev

Qol.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Oyuna yaxşı hazırlaşmışdıq. Bilirdik ki, rəqibimiz güclüdür. Üstəlik, turnir cədvəlində vəziyyət elədir ki, “Araz-Naxçıvan”a bəlkə heç-heçə də sərf edirdi”.

QOL.az saytına müsahibəsində bu sözləri “Turan Tovuz”un kapitanı Şəhriyar Əliyev Misli Premyer Liqasının 15-ci turunda “Araz-Naxçıvan”a 0:1 hesabı ilə uduzduqları oyun barədə danışarkən deyib.

O, məğlubiyyəti qaçırılan qol epizodları ilə əlaqələndirib: “Ümumi götürdükdə pis oynamadıq. “Araz-Naxçıvan” bir neçə turdur ki, son dəqiqədə vurduğu qollarla qələbə qazanır. Bizimlə matçda öz şanslarını gözləyirdilər. Təəssüf ki, biz də səhvə yol verdik, qapımızda qol gördük. Belə oyunlarda 1-2 qol şansın olur. Gərək onları da dəyərləndirəsən. Dəyərləndirə bilmədiyimiz üçün uduzduq”.

Tovuz klubu çempionatda ardıcıl 4 matçdır ki, qələbə qazana bilmir. Bununla belə, kapitan komandasının enişdə olduğunu düşünmür: “Deməzdim ki, komanda enişdədir. Düzdür, son 4 matçda cəmi 3 xal toplamışıq. Lakin unutmaq olmaz ki, rəqiblər də bizimlə oyuna ciddi hazırlaşırlar, analiz edirlər. Mümkün qədər qapalı oynamağa çalışırlar”.

Ş.Əliyev qeyd edib ki, hazırda bütün fikirlərini kubok oyununa yönəldiblər: “Qarşıda bizi “Sabah”la kubok oyunu gözləyir. Bu, ən ağır matçlardan biridir. Rəqib hər nə qədər güclü olsa da, mərhələ adlamaq üçün əlimizdən gələni edəcəyik. Öz meydanımızda oynayırıq. Azarkeşlərimizi sevindirməliyik”.

O, qarşıdakı 3 turda xal ehtiyatlarını artırmalı olduqlarını vurğulayıb: “Qış fasiləsinə 3 tur qalıb. Maksimum dərəcədə xallarımızı artırmalıyıq. Hazırda üçüncü pillədəyik. Artıq turnir cədvəlində digər rəqiblər də bizə yaxınlaşırlar. Əlimizdən gələni etməliyik ki, hazırkı yerimizi qoruyaq”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://qol.az
archiveBu xəbər 02 Dekabr 2024 14:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yeni danışıqlara başladılar

29 Sentyabr 2026 06:44see150

Tikinti sektorunda yeni dələduzluq (Video)

29 Sentyabr 2026 07:08see149

Çənə və diş ağrısı İNFARKTIN GİZLİ ƏLAMƏTİ ola bilər

29 Sentyabr 2026 04:54see148

Totti 2006 cı il dünya çempionatının həyatındakı rolundan danışdı

29 Sentyabr 2026 05:19see142

İllərdir zibil kimi atırdıq: Sən demə, saç tökülməsini bıçaq kimi kəsirmiş

29 Sentyabr 2026 06:08see142

Həbsdəki iş adamı Bakı Apellyasiya Məhkəməsinin sədrinə müraciət edib BU QANUNSUZLUQLAR ARAŞDIRILSIN!

29 Sentyabr 2026 10:26see140

Fərid Qayıbov: Bakı dünyanın idman paytaxtıdır

29 Sentyabr 2026 12:17see139

Demnadan Milanda yeni Gucci kolleksiyası (FOTO)

29 Sentyabr 2026 08:15see139

Jezuş Ronaldunun oyun vaxtı ilə bağlı razılaşmasını pozdu

29 Sentyabr 2026 07:34see137

“Qarabağ”ın futbolçusu İrəvanda Şəkil

29 Sentyabr 2026 08:52see137

“Qızıl top” uğrunda mübarizədə gözlənilməz dəyişiklik

29 Sentyabr 2026 08:23see136

Böyüdüyümüzü ilk dəfə harada anlayırıq? KÖŞƏ

29 Sentyabr 2026 10:57see136

Hacı Şahin Həsənlinin nəvəsi dünyaya gəldi

29 Sentyabr 2026 11:28see136

Azərkosmos 36 ölkəyə xidmət ixrac edib

29 Sentyabr 2026 11:59see135

“Ola bilər ki, kimlərsə məndən narazılıq edir” (MÜSAHİBƏ)

29 Sentyabr 2026 08:10see134

“Sənət inciləri” layihəsi gəncləri Üzeyir Hacıbəyli irsi ilə tanış edir

29 Sentyabr 2026 11:27see134

Qızıl alanlara ŞAD XƏBƏR VİDEO

29 Sentyabr 2026 09:29see133

​“Tramp yolu”na qarşı “Putin yolu”? Ermənistanda “yeni təklif” müzakirə olunur

29 Sentyabr 2026 12:00see133

Məhəmməd Qalibaf: İran neft sata bilmirsə, regionda heç bir ölkə bunu edə bilməyəcək

29 Sentyabr 2026 12:06see133

EYNİ MƏHSULLAR, İKİ ÖLKƏ, FƏRQLİ QİYMƏTLƏR... Polşada, yoxsa Azərbaycanda yaşamaq daha bahadır? + FOTOLAR

29 Sentyabr 2026 13:22see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri