Icma.az
close
up
RU
Samir Musayev: “Bu çempionatda “Qarabağ”la rəqabət aparacaq komanda yoxdur”

Samir Musayev: “Bu çempionatda “Qarabağ”la rəqabət aparacaq komanda yoxdur”

Apasport portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Qarabağ”ın sabiq hücumçusu Samir Musayev apasport.az saytına müsahibə verib.

- “Qarabağ” ötən tur 12-ci çempionluğunu rəsmiləşdirdi. Yəqin ki, bu dəfəki çempionluq da sizin üçün gözlənilən oldu?
- Əlbəttə ki, “Qarabağ”ın çempionluğu gözlənilən idi. Onlar mövsümə iki turnirdə mübarizə apararaq başlamışdılar. Avropa Liqasında da oynamaqlarına baxmayaraq, “Qarabağ”ın yenə də çempion olacağı bəlli idi. Sonda da bu baş verdi və vaxtından əvvəl çempionluqlarını rəsmiləşdirdilər. 

- “Qarabağ”ın bu sezon Premyer Liqada çətinlik çəkdiyini düşünürsüz? Yoxsa, ən asan çempionluqlarından biri oldu?
- Əslində, çətin və ağır oyunları oldu. Hətta “Qarabağ”ın uduzduğu görüşlər də var idi. Ancaq yenə də çempionluğu qazanmaqda elə də çətinlik çəkmədi. “Zirə”, “Sabah”, “Araz-Naxçıvan”, “Neftçi” rəqabət apardılar. Lakin yenə də “Qarabağ”a rəqabətdə uduzdular. 
Allah qoysa, saydığım bu komandalar növbəti mövsümdə güclənərlər. Bax, onda bizi maraqlı liqa gözləyəcək. 

- Yeni sezon Premyer Liqada legioner limiti tətbiq edilməyəcək. Belədə “Qarabağ”a çempionluq mübarizəsində daha çox çətinlik yaranacağını düşünürsünüz?
- Təbii ki, təsir edəcək. Amma bu komandaların transferlərindən asılı olacaq. Çünki yaxşı futbolçuları gətirmək üçün yaxşı pul xərcləmək lazımdır. Kim keyfiyyətli, səviyyəli futbolçu gətirə bilsə, o da “Qarabağ”la rəqabət apara biləcək. Çünki “Qarabağ”ın Avropa Liqasında qarşılaşdığı rəqiblərin keyfiyyətli, səviyyəli futbolçuları olub. Əgər onlara qarşı mübarizə apara bilirsə, deməli çempionatda çətinlik çəkməyəcək. 

- Yeni mövsüm üçün "Qarabağ"ın bir neçə transfer reallaşdıracağı gözlənilir. Hətta Qurban Qurbanov da hər mövqeyə oyunçu transfer edilməsini istədiyini, 6 transferin ola biləcəyini istisna etmədi. "Qarabağ" daha çox hansı mövqeyi gücləndirməlidir?
- Əlbəttə ki, transferlər olmalıdır. Çünki rəqiblər güclənəcək. Üstəlik, “Qarabağ” Çempionlar Liqasında mübarizə aparacaq. Ona görə transferlər vacibdir. Hansı mövqelərə lazım olduğunu isə Qurban Qurbanov daha yaxşı bilir.

- Juninyonun gəlişinə qədər özünü ən yaxşı tərəfdən göstərən, avrokuboklarda "Qarabağ"ın qollarını vuran Redon Cicanın gözdən itməsini nə ilə əlaqələndirirsiniz? "Sabah"la görüşdə pis oynamadı. Ona yenidən şans vermək olar?
- Juninyonun gəlişinən sonra Cicanın kölgədə qalması normaldır. Çünki rəqabətdə ona uduzdu. Hətta deyərdim ki, Cica rəqabətdə Nərimana da uduzur. Bundan sonra necə olacağını deyə bilmərəm. Gələcək hər şeyi göstərəcək.

- “Qarabağ" "Sabah"ı kubokun finalında məğlub edə biləcək? Ağdam təmsilçisi futbolçuları motivasiyada saxlaya biləcək?
- Fikrimcə, “Qarabağ” “qızıl dubl” edəcək. Bunun üçün motivasiyası da var, gücü də. Bu çempionatda “Qarabağ”la rəqabət aparacaq komanda yoxdur. Bu açıq göründü. Amma unutmayaq ki, final bir oyundan ibarətdir və revanşı olmur. Hər iki komanda bunu yaxşı bilir və ona görə oynayacaqlar. Bizi maraqlı matç gözləyir. Bəlkə də bu mövsümün ən maraqlı oyunu olacaq. 

"Sabah"ın legionerinə ağır cəza - 4 oyunluq diskvalifikasiya MOİK-in məşqçisinə iki oyunluq cəza AFFA klubları cərimələdi Tura 4 matçla yekun vurulacaq AFFA-da koordinator və klub nümayəndələri ilə görüş
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:275
embedMənbə:https://apasport.az
archiveBu xəbər 30 Aprel 2025 19:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see330

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see322

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see313

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see272

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see269

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see254

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see249

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see248

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see236

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see234

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see214

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see212

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see211

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see206

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see195

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see194

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see184

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri