Icma.az
close
up
RU
Ermənini qucaqlayan Samirə Əfəndidən AÇIQLAMA

Ermənini qucaqlayan Samirə Əfəndidən AÇIQLAMA

Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.

Astanada keçirilən beynəlxalq müsabiqənin finalında Azərbaycan təmsilçisi Samirə Əfəndinin Ermənistan nümayəndəsinə 12 bal verməsi və daha sonra həmin iştirakçının Əfəndiyə yaxınlaşıb onu qucaqlaması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Bəziləri Samirə Əfəndini tənqid və hətta təhqir edib, digərləri hadisəyə normal münasibət bildirib.
Bizim.Media xəbər verir ki, Samirə Əfəndi və komandası məsələyə aydınlıq gətirərək iddialara cavab verib.
"Məsələyə aydınlıq gətirmək məqsədilə bildiririk ki, bu jest sırf münsiflik etikası, səhnə mədəniyyəti və insani münasibətlər çərçivəsində baş vermişdir. Hadisənin milli-mənəvi dəyərlərimizə hörmətsizlik kimi təqdim olunması gerçəkliyi əks etdirmir.
Samirə Əfəndi yaradıcılıq fəaliyyəti boyunca milli dəyərlərə bağlılığını daim nümayiş etdirib.
Xatırlatmaq istərdik ki, 2023-cü ildə “Altın Kelebek” mükafatından əldə etdiyi bütün gəlir Azərbaycan şəhidlərinin övladlarına və Türkiyədə deprem nəticəsində ailəsini itirmiş uşaqlara bağışlanmışdır. Səs Azərbaycan layihəsindəki çıxışından sonra isə o, şəhid ailələrinin övladları, eləcə də daun və autizm sindromlu uşaqlar üçün təşkil olunan tədbirlərdə dəfələrlə iştirak edərək sosial məsuliyyət nümunəsi göstərmişdir. Bu fəaliyyət onun illərdir davam edən humanizm və vətənpərvərlik mövqeyini açıq şəkildə təsdiq edir.
Hazırda Azərbaycan–Ermənistan sülh prosesinin dövlət səviyyəsində ən yüksək mərhələyə çatdığı bir dönəmdə humanist jestlərin yanlış anlaşılmaması xüsusi önəm daşıyır. Saziş mətninin artıq paraflanması və prosesin rəsmi icra mərhələsinə daxil olması, eləcə də bir neçə gün əvvəl erməni nümayəndə heyətinin Bakıya səfəri regionda yeni siyasi reallığın formalaşdığını göstərir. Bu kontekstdə beynəlxalq platformalarda nümayiş etdirilən mədəni və insani münasibətlər ölkəmizin sülh, sabitlik və diplomatik yumşaqlıq siyasəti ilə tam uyğunluq təşkil edir".
Samirə Əfəndi məsələyə “Tarixin Bir Günü” verilişində şəxsi münasibətini belə ifadə edib:
“Mən hər zaman xalqımın yanındayam. Şəhidlərimizin xatirəsi mənim üçün hər şeydən üstündür. Dövlətimizin apardığı sülh siyasətinə hörmət edir və dəstək verirəm. Bir qazi övladı kimi tarix yaddaşı mənim üçün dəyişməzdir – biz keçmişi unutmuruq, unutdurmuruq. Amma gələcək bizim məsuliyyətimizdədir; övladlarımıza daha təhlükəsiz, mehriban və sülhlə dolu bir dünya ötürmək borcumuzdur. Layihədə etdiyim jest isə sadəcə insanlıq idi – musiqinin insanları birləşdirən, siyasətdən kənar bir güc olduğuna inanıram.”
Samirə Əfəndi həm yaradıcılığında, həm də şəxsi mövqeyində Azərbaycan dəyərlərinə sadiq olaraq fəaliyyət göstərdiyini və ölkəmizin humanizm və sülh yönümlü siyasətini dəstəklədiyini də qeyd edib. (Modern.az)
Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://bizim.media
archiveBu xəbər 25 Noyabr 2025 10:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çelsi nin futbolçusu Premyer Liqa klubunun hədəfində

23 Avqust 2026 18:45see276

“Trampın İrana hücum etməklə nümayiş etdirdiyi axmaqlıq bütün ölkələrin nüvə silahına sahib olmaq həvəsini artırdı...“

23 Avqust 2026 08:19see221

A Seriyası: Milan səfərdən 3 xalla dönür

24 Avqust 2026 01:58see217

Tramp HƏMAS ın tam tərksilahına dair razılaşmanın əldə olunduğunu bəyan etdi

23 Avqust 2026 16:15see207

Bu Avropa şəhərində günəş iki ay batmır: Harada yerləşir? (FOTO/VİDEO)

23 Avqust 2026 21:15see206

Paşinyan üçünü təsdiqlədi, birinin adını çəkmədi “Ermənistan əraziləri deyil”

24 Avqust 2026 14:49see206

Putin Rusiyadakı yanacaq böhranında yeni bir “günahkar” tapdı..?

24 Avqust 2026 18:13see205

Trabzonspor Fabinyonu istəyir

23 Avqust 2026 16:17see204

Dam örtükləri seçərkən ən çox edilən 6 səhv

24 Avqust 2026 13:10see196

Xırdalan Bakı qatarının hərəkət cədvəli niyə dəyişib? Açıqlama

24 Avqust 2026 19:16see194

Rusiya itkilərinin 80 faizini bu şəhərdə verir

23 Avqust 2026 13:17see169

Mustafa Aşurov: Azərbaycan Özbəkistan mədəni əlaqələrində musiqinin xüsusi rolu var.

23 Avqust 2026 22:01see165

İrandan Hörmüzlə bağlı YENİ QƏRAR gəmilərdən rüsum tutulacaq

24 Avqust 2026 01:20see162

Matçın favoriti “Sabah”dır Hapoel in baş məşqçisi

24 Avqust 2026 19:21see160

İlham Əliyev Şövkət Mirziyayevi təltif etdi

23 Avqust 2026 16:06see159

A Seriyası: Nəhənglər səfərdə sevindi

24 Avqust 2026 00:48see159

ABŞ də keçirilən tennis turnirinin finalçıları müəyyənləşib

23 Avqust 2026 13:29see159

Klub prezidenti təcili toplantı keçirdi, baş məşqçiyə “çıx get” söylədi! SON DƏQİQƏ

23 Avqust 2026 16:02see158

Yuri Vernidub: “Rəqibi doğru şifrələmək üçün yuxusuz gecələr keçirirəm”

23 Avqust 2026 23:53see157

Hansi Flik Qavinin zədəsi barədə danışıb

24 Avqust 2026 03:49see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri