Samirə Musayeva: Azərbaycan Aİ yə ixrac edəcəyi məhsullara görə karbon vergisi ödəyəcək
Baku.ws portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycanın Avropa İttifaqına (Aİ) ixrac edəcəyi məhsulların 0,4 %-nə "karbon vergisi" təsir göstərəcək.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisinin müavini Samirə Musayeva XIII Beynəlxalq "Caspian Energy Forum 2025" tədbirində bildirib.
O xatırladıb ki, gələn il yanvarın 1-dən Aİ tərəfindən elan olunmuş sərhəddə karbon ticarət tənzimlənməsi, yəni CBAM ("Carbon Border Adjustment Mechanism") işə düşür: "Yəni Avropa İttifaqına idxal olunacaq bir sıra məhsullara - 6 qrup məhsulara istehsal olduğu ölkədə istehsal zamanı emissiya olunan karbon vahidlərinə hər hansı bir karbon qiymətinin tətbiq olunub-olunmamasından asılı olaraq, sərhəddə karbon qiymətləri tətbiq olunacaq.
Biz də təbii ki, yerli biznesin bu cür təsirlərdən qorunması üçün İqtisadiyyat Nazirliyində işçi qrup yaratmışıq. Bu məhsulların Aİ-yə ixracı zamanı tətbiq olunan qiymət siyasəti yerli biznesin rəqabət qəbiliyyətinə təsir edilməsinin ölçülməsi istiqamətində aidiyyəti işlər aparılır".
S. Musayeva qeyd edib ki, ilkin hesablamalara görə, Azərbaycanın bütün ixracında Avropa İttifaqına ixrac olunacaq "karbon vergisi"nin təsiri altına düşən məhsulların ixracının həcmi 0,4 %-dir: "Yeni qəbul olunmuş Avropa İttifaqındaki sadələşdirilmə mexanizmləri nəzərə alınsa, ümumiyyətlə, bu təsirlər kifayət qədər az olacaq".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 29 Oktyabr 2025 11:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















