Samuxda 16 kq narkotik aşkarlanıb
Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Samux Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan, əvvəllər məhkum olunmuş 45 yaşlı Namiq Abdullayev saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan APA-ya bildirilib ki, ondan ümumilikdə 16 kiloqrama yaxın marixuana, eləcə də güclü təsiredici narkotik vasitələr qrupuna daxil olan həşiş, tiryək və heroin aşkar olunub. Araşdırmalarla N. Abdullayevin maddi qazanc müqabilində narkokuryerliyə cəlb olunduğu müəyyən edilib. O, qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən narkotikləri respublikanın müxtəlif bölgələrinə çatdırmağı planlaşdırıb.
Araşdırmalar davam etdirilir.

Samuxda narkotik əməliyyatı 16 kiloqram...
17 Yanvar 2025 12:18
Samuxda narkokuryerlik edən şəxsdən 16 kiloqrama yaxın narkotik aşkarlanıb
17 Yanvar 2025 11:46
Samuxda narkokuryer saxlanıldı 16 kq narkotik vasitə götürüldü
17 Yanvar 2025 11:34
Balakəndə 33 kq narkotik, silah sursat aşkarlanıb, 16 nəfər saxlanılıb
03 Fevral 2025 11:04
Samuxda ev yandı
11 Dekabr 2024 09:50

