Samuxda narkokuryerlik edən şəxsdən 16 kiloqrama yaxın narkotik aşkarlanıb
Icma.az, Report.az saytına istinadən bildirir.
Samux Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan, əvvəllər məhkum olunmuş 45 yaşlı Namiq Abdullayev saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan "Report"un Qərb bürosuna bildirilib ki, ondan ümumilikdə 16 kiloqrama yaxın marixuana, eləcə də güclü təsiredici narkotik vasitələr qrupuna daxil olan həşiş, tiryək və heroin aşkar olunub. Araşdırmalarla N. Abdullayevin maddi qazanc müqabilində narkokuryerliyə cəlb olunduğu müəyyən edilib. O, qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən narkotikləri respublikanın müxtəlif bölgələrinə çatdırmağı planlaşdırıb.
Araşdırmalar davam etdirilir.
if (!$ISMOBILE) : ?>
include(__DIR__.'/320x100.php');?>

Samuxda 16 kq narkotik aşkarlanıb
17 Yanvar 2025 11:33
Şirvanda saxlanılan şəxsdən 1 kiloqrama yaxın marixuana aşkarlanıb
05 May 2025 13:50
Samuxda narkotik əməliyyatı 16 kiloqram...
17 Yanvar 2025 12:18
Saxlanılan şəxsdən Makarov aşkarlanıb
18 Aprel 2025 10:46
Samuxda narkokuryer saxlanıldı 16 kq narkotik vasitə götürüldü
17 Yanvar 2025 11:34

