Icma.az
close
up
RU
Samuxda Azərbaycan gəncliyinin rolu mövzusunda dəyirmi masa FOTO

Samuxda Azərbaycan gəncliyinin rolu mövzusunda dəyirmi masa FOTO

Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

2 fevral 2026-cı il tarixdə YAP Samux rayon təşkilatında “2 Fevral- Azərbaycan Gəncləri Günü” münasibətilə “Dövlət və cəmiyyətin inkişafında Azərbaycan gəncliyinin rolu” mövzusunda dəyirmi masa keçirilib.

Modern.az xəbər verir ki, öncə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası  Samux rayon təşkilatının sədri Gündüz Bayramov bütün gəncləri “2 Fevral - Azərbaycan Gəncləri Günü” münasibətilə təbrik edib.  Bildirib ki,  bu gün Azərbaycan gəncliyi dövlət və cəmiyyət həyatının bütün sahələrində fəal iştirak edir və ölkəmizin inkişafında mühüm rol oynayır.

Sədr qeyd edib ki, gənclər cəmiyyətin ən dinamik və yaradıcı təbəqəsi olmaqla yanaşı, dövlətimizin gələcəyinin etibarlı təminatıdır. Azərbaycan gəncliyi elm, təhsil, idman, mədəniyyət, ictimai-siyasi fəaliyyət sahələrində qazandığı uğurlarla ölkəmizin beynəlxalq nüfuzunun artmasına mühüm töhfələr verir.

Gündüz Bayramov həmçinin  vurğulayıb ki, Ümumilli lider Heydər Əliyev “Gənclər günü”nü Azərbaycan tarixinə yazmaqla həmişəlik gənclərin ölkə həyatında vacib rolunu, vətənimizin inkişafında gənc nəslin xüsusi yerini müəyyənləşdirib. Bu gün də Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən siyasətin başlıca istiqamətlərindən biri gənclərə dövlət dəstəyinin gücləndirilməsindən, onlara hərtərəfli diqqət göstərilməsindən ibarətdir.

Daha sonra dəyirmi masada iştirak edən Samux rayon İcra Hakimiyyəti Başçısının   müavini- ictimai, siyasi və humanitar məsələlər şöbəsinin müdiri Kəmalə Xəlilova,  Samux rayonu üzrə Gənclər və İdman sektorunun baş məsləhətçisi Tural Qurbanov və  gənc partiya üzvləri Səmra Məsimzadə, Günel Eminalıyeva  çıxış edərək  vurğulayıblar ki, bu gün Dövlət gənclər siyasətinin prioritet istiqamətlərindən biri istedadlı gənclərə dövlət qayğısıdır. Bu sahədə görülən iş yaradıcı və istedadlı gənclərin aşkar edilməsi, onların yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi üçün əlverişli mühitin formalaşdırılması, eləcə də gənclərin asudə vaxtının səmərəli təşkil edilməsi üçün kompleks tədbirlərin həyata keçirilməsindən ibarətdir.  Natiqlər qeyd edib ki, Prezident İlham Əliyevin gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə, gənc ailələrin sosial təminatına yönələn tədbirləri dövlətin uzaqgörən siyasətinin göstəricisi kimi qiymətləndirilməlidir.

Tədbir zamanı Vətən müharibəsi dövründə Azərbaycan gəncliyinin göstərdiyi qəhrəmanlıq və fədakarlıq xüsusi vurğulanıb. Bildirilib ki, gənclərimizin döyüş meydanında və arxa cəbhədə nümayiş etdirdiyi birlik, iradə və vətənpərvərlik xalqımızın tarixinə qızıl hərflərlə yazılıb və bu, dövlət və cəmiyyət birliyinin bariz nümunəsidir.

Sonda qeyd olunub  ki, YAP Samux rayon təşkilatı gənclərin ictimai-siyasi proseslərdə fəallığının artırılması, onların potensialının reallaşdırılması istiqamətində bundan sonra da ardıcıl tədbirlər həyata keçirəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:63
embedMənbə:https://modern.az
archiveBu xəbər 02 Fevral 2026 17:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see619

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see251

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see230

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see227

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see210

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see210

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see208

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see186

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see183

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see178

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see173

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see168

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see167

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see167

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see163

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see152

Gündə bir xörək qaşığı damarları təmizləyir

31 Yanvar 2026 20:44see147

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see147

Əl gücünün zəifləməsi nəyə işarə edə bilər?

01 Fevral 2026 05:11see145

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri