Icma.az
close
up
RU
Samuxda dəyirmi masa FOTOLAR

Samuxda dəyirmi masa FOTOLAR

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Martın 11-də YAP Samux rayon təşkilatında ərazi partiya təşkilat sədrlərinin və partiya fəallarının iştirakı ilə “Heydər Əliyev siyasətində milli dövlətçilik və azərbaycançılıq” mövzusunda dəyirmi masa keçirilib.

Modern.az xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Giriş sözü ilə çıxış edən YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov bildirib ki, Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs müasir Azərbaycanın dövlətçilik tarixində mühüm mərhələ təşkil edir.Müstəqil Azərbaycanın möhkəm təməllər üzərində qurulması, milli maraqların qorunması və dövlətçilik ənənələrinin inkişafı məhz Ulu Öndərin uzaqgörən siyasətinin nəticəsidir. Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik ideologiyası bu gün də ölkənin inkişaf strategiyasının əsas istiqamətlərindən birini təşkil edir. G.Bayramov bildirib ki, Ulu Öndərin müəyyən etdiyi siyasi kurs bu gün də uğurla davam etdirilir. Bu siyasət nəticəsində Azərbaycan regionun aparıcı dövlətlərindən birinə çevrilib, ölkədə sabitlik və davamlı inkişaf təmin olunub.

 Sonra YAP Samux rayon təşkilatının əməkdaşı Lalə Məmmədova “Heydər Əliyev siyasətində milli dövlətçilik və azərbaycançılıq” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə azərbaycançılıq ideologiyasının xalqımızın milli-mənəvi dəyərlərinin qorunması, milli birlik və həmrəyliyin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığı vurğulanıb.

Daha sonra məruzə ətrafında çıxış edən partiya fəalları Təhminə Nəsibova, Elvar Səfərov, Səmra Məsimzadə, Maral Orucova və Elnaz Cəfərova qeyd ediblər ki, Heydər Əliyevin siyasi irsi Azərbaycanın dövlətçilik tarixində xüsusi yer tutur. Çıxışlarda milli dövlətçilik ideyalarının möhkəmləndirilməsinin, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması və azərbaycançılıq ideologiyasının təbliğinin bu gün də qarşıda duran əsas vəzifələrdən olması da xüsusi vurğulanıb. Sonda qeyd olunub ki, Heydər Əliyevin müəyyən etdiyi milli dövlətçilik və azərbaycançılıq ideyaları müasir dövrdə də öz aktuallığını qoruyur və bu ideyalar ölkəmizin gələcək inkişafında mühüm rol oynamaqda davam edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://modern.az
archiveBu xəbər 11 Mart 2026 15:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see360

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

26 Avqust 2026 18:05see322

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see282

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see281

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see272

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see264

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see260

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see255

Trampın İranla bağlı çağırışının arxasında nə dayanır? AÇIQLAMA

26 Avqust 2026 11:30see247

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see241

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see239

Ermənistan qış aylarında ciddi risklərlə üzləşə bilər

27 Avqust 2026 13:50see235

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

26 Avqust 2026 19:04see231

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see228

“Bakıya uçuş”: Həftəsonu gələcəyi birgə duyaq

26 Avqust 2026 13:14see226

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

26 Avqust 2026 22:02see225

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see218

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

26 Avqust 2026 21:42see213

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

26 Avqust 2026 18:38see213

“Üfüq” karyera proqramı beynəlxalq mükafat alıb

27 Avqust 2026 11:43see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri