Icma.az
close
up
RU
Samuxda gənclərin içki məclisi dava ilə nəticələndi TƏFƏRRÜAT

Samuxda gənclərin içki məclisi dava ilə nəticələndi TƏFƏRRÜAT

Icma.az, Demokrat.az saytına istinadən bildirir.

Samux rayonunda tanışlar arasında yaranan mübahisə cinayətlə nəticələnib. 
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə rayonunun Kolayır kəndində baş verib. Kənd sakini, 1997-ci il təvəllüdlü Mirzaman yaşadığı evin həyətində Şakir ilə mübahisə edib. Bu zaman o, Şakirin kürək nahiyyəsindən vuraraq ona xəsarətlər yetirib. 
Hadisəni törədən Mirzamanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
Cinayət işi üzrə izahat verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, zərərçəkmiş şəxs onun tanışıdır, onunla aralarında heç bir düşmənçilik və ədavətləri olmayıb: “Hadisə günü saat 20 radələrində Şakir zəng edərək qonaqlıq vermək istədiyini dedi və məni Gəncə şəhərində yerləşən “ Əlibəyin” kafesi adlanan yeməkxanaya dəvət etdi. Şakir o vaxtdan qonaqlıq verməyi söz vermişdi. Həmin tarixdə saat 21 radələrində hazırda dünyasını dəyişmiş dostum ilə birlikdə Şakirin yaşadığı Gəncə şəhəri “Skonnu” adlanan yerə getdik. Orada Şakirlə görüşdükdən sonra Hüseyn və Şakirlə birlikdə Gəncə şəhərində yerləşən “ Əlibəyin” kafesi adlanan yeməkxanaya yollandıq. Həmin yeməkxanada spirtli içki qəbul etdik. Saat 23:50-də kafe bağlandığı üçün oradan durduq. Kafedən durduqdan sonra Şakir içkili olduğu üçün evlərinə getmək istəmədiyini, onu ortaq tanışlarımız olan İska adlı şəxsin evinə aparmağımızı xahiş etdi. Bundan sonra taksi çağırdıq və birlikdə İskanın yaşadığı evə getdik. Taksidən düşdükdən sonra İskanın evinin qapısını döysək  də, evdə olmadığı üçün qapını açan olmadı. Həmin vaxtı Şakir gəlmiş olduğumuz taksinin içərisində yatmışdı. Şakiri bir təhər yuxudan oyatdım və ona İskanın evdə olmadığını dedim. Şakir isə məndən xahiş etdi ki, onu öz evimə aparım, bir gecəlik bizdə qalsın”. 
Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra taksi ilə Şakiri öz yaşadığı Samux rayonu Kolayır kəndində yerləşən evinə aparıb: “Həmin vaxt Hüseyndə bizimlə birlikdə gəldi. Hüseyn bizimlə qonşu kənd olan Sərkar kəndində yaşayın. Şakir mənim yaşadığım evə çatan zaman sərxoş olduğu üçün yatmışdı. Hüseynlə birlikdə Şakiri avtomobildən düşürdərək yerə uzatdıq ki, onu ayıldaq. Mən su gətirərək Şakirin üstünə tökdüm. Bu zaman Şakir ayıldı və əsəbi halda məni söyməyə başladı. Şakiri sakitləşdirmək istəsəm də, dartınaraq məni vurmaq istəyirdi. Hüseyn adlı tanışım isə Şakiri tutmaq istədi. O, Hüseynin əlindən çıxaraq üzərimə gələn zaman süpürləşdik və onu yerə yıxdım. Şakiri yerə yıxdıqdan sonra yerdə əsəbimdən bir neçə dəfə onu vurdum ki, ayıltsın. Daha sonra Şakirin üzərindən durdum. Zərərçəkmişin üzərindən durduqdan sonra qaçaraq evin həyətindən getdi”.
Bu cinayət işinə Samux Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Mirzaman 5 ay 18 gün azadlığın məhdudlaşdırılması cəzası alıb. 
Təqsirləndirilən şəxsin üzərinə yaşayış yerini saat 22:00-dan saat 08:00-dək tərk etməmək, cəza çəkdiyi müddət ərzində Samux rayonu ərazisi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulub. 
Bundan əlavə onun müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzasının icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri tapşırılıb. 
Fariz Məlikli
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 04 Avqust 2025 18:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see279

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see263

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see220

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see209

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see202

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see201

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see199

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see196

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see192

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see185

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see181

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see176

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see175

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see175

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see174

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see174

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see172

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see171

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see171

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri