Icma.az
close
up
RU
Masazırda gənclərin sevgisi cinayətlə nəticələndi: “Evlənmək istəyirdik, amma...” TƏFƏRRÜAT

Masazırda gənclərin sevgisi cinayətlə nəticələndi: “Evlənmək istəyirdik, amma...” TƏFƏRRÜAT

Icma.az bildirir, News24 saytına əsaslanaraq.

Abşeron rayonunda 2007-ci il təvəllüdlü Rəvan yetkinlik yaşına çatmayan İlhamə (adlar şərti verilib – red.) ilə cinsi əlaqədə olub.

News24.az teleqraf-a istinadən xəbər verir ki, Bakı sakini Rəvan sevgi münasibətində olduğu yetkinlik yaşına çatmayan qızı ötən il mayın 25-də Masazır qəsəbəsində yaşadığı evə gətirib.

İyunun 24-dən iyulun 11-ə kimi həmin evdə mütəmadi olaraq qeyri-təbii yolla cinsi əlaqədə olub.

İstintaq orqanı tərəfindən Rəvanın barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.

“Evlənməyimə razılıq verdilər”

İş üzrə izahat verən təqsirləndirilən şəxs oittiham üzrə özünü təqsirli bilib. İfadəsində göstərib ki, İlhamə ilə iki ildir tanışdırlar: “Eyni məktəbdə oxumuşuq. Mən 2024-cü il tədris ilində 11-ci sinfini bitirmişəm. İlhamə isə 9-cu sinfi bitirərək natamam orta təhsillə məktəbdən çıxıb.

Bir il aramızda sevgi münasibətləri olub. Münasibətlərimizdən valideyinlərimizin də məlumatı olub. Özümün təkidimlə ailə üzvlərim gələcəkdə İlhamə ilə evlənməyimə razılıq verdilər. Valideynlərim İlhamənin yaşadığı evə elçiliyə getdilər. Onun 16 yaşının tamam olmasından sonra evlənməyimizə razı olacaqlarını bildirdilər.

Bu barədə söhbət olunarkən İlhamənin nənəsi Fəridə, anası Tükəzban mənim valideynlərimlə eyni fikirdə olduqlarını dedilər”.

“Bakirəliyinin pozulmasını öyrəndilər”

Təqsirləndirilən şəxs qeyd edib ki, İlhaməgilin evində vaxt sərxoşlaşanda qızın öz istəyi ilə qeyri-təbii yolla cinsi əlaqədə olublar: “Bundan sonrakı gün İlhaməni ailəmlə yaşadığım evə dəvət etdim.

Gecə saat 1 radələrində özümə aid yataq otağında İlhamənin razılığı ilə təbii yolla cinsi əlaqədə olduq. Qana bulaşmış paltarı zibil qabına atdıq.

Sonrakı gün yenə İlhaməni öz evimizə apardım. Anam və İlhamə ilə birlikdə nənəmin Yasamal rayonu, Alatava qəsəbəsində yerləşən evinə getdik. İlhaməni qonşuluqda yaşayan həkimin yanına apardılar. Orada İlhamənin bakirəliyinin pozulduğunu öyrəndilər. Növbəti gün İlhamə öz evlərinə getdi”.

“Məndən polisə şikayət etdilər”

Rəvan deyib ki, növbəti günlərin birində İlhamənin nənəsi Fəridə onun bakirəliyinin pozulduğunu bilib: “Nənəsi onu sonadək dəstəkləyəcəyini dedi. Həmin gün nənənin təkidi ilə məni evə çağırdılar. İlhamə paltarlarını yığaraq mənimlə birlikdə yaşadığım evə gəldi.

Həmin gündən ailə üzvlərimlə birlikdə yaşamağa başladıq. Bu müddət ərzində İlhamənin razılığı ilə onunla iki dəfə cinsi əlaqədə oldum. Sonra İlhamə nənəsi üçün darıxdığını bildirdi. Onu ailəsi ilə görüşdürməyə apardım.

İlhamə bilmədiyim səbəbdən daha mənimlə qayıtmadı. Sonradan onun anası mənim barəmdə Abşeron Rayon Polis İdarəsinə şikayət etdi”.

“Evlənməyimizə mane ola bilməyəcəyini düşündüm”

İş üzrə zərərçəkmiş İlhamənin sözlərinə görə, Rəvanla bir il aralarında sevgi münasibətləri olub, bundan valideyinləri də xəbər tutub: “Mənim təkidimlə ailə üzvlərim gələcəkdə Rəvanla evlənməyimə razılıq verdilər. Onun valideynləri elçiliyə gələndə Rəvan hərbi xidməti başa vuraraq qayıdandan və mənim 16 yaşım tamamlanandan sonra evlənməyimizə razı olacaqlarını bildirdilər.

Sonrakı gün Rəvanın anası qonaq çağırdı, mən də onlara getdim. Rəvangildə cinsi əlaqədə olandan sonra heç kim evlənməyimizə mane ola bilməyəcəyini düşündüm. Birgə razılıqla gecə saat 1 radələrində cinsi əlaqədə olduq.

Cinsi əlaqədə olmağımızı Rəvanın anasına dedim. O, iradını bildirdi. Növbəti gün öz evimizə gələndə bu barədə valideyinlərimə məlumat verməyə qorxdum”.

“Bədbəxt olacağımı bildirdi”

Zərərçəkmiş qeyd edib ki, daha sonra Rəvanın yaşadığı evdə olub: “Rəvan, anası, atası və onunla birlikdə nənəsinin Alatava qəsəbəsində yerləşən evinə getdik.

Rəvanın anası və nənəsi məni qonşuluqda yaşayan həkimin yanına apardılar. Nənə məni bacısı qızı kimi təqdim etdi, ağacdan yıxıldığımı və buna görə müayinəyə ehtiyacımın olduğunu dedi. Həkim məni müayinə etdi.

Mənə bakirəliyimi pozan şəxslə evlənməli olduğumu, əks halda gənc yaşından bədbəxt olacağımı bildirdi”.

"Demək olar ki, hər gün cinsi əlaqədə olmuşuq”

Zərərçəkmiş deyib ki, bundan sonrakı günlərdə yenə Rəvanın evində olarkən onun təklifi və özünün razılığı ilə cinsi əlaqədə olublar: “Daha sonrakı gün yaşadığım evə gəldim. Nənəm hərəkətlərimdən şübhələndi, məni həkimə aparacağını dedi. Mən də baş verən hadisələri, yəni təqsirləndirilən şəxslə iki dəfə cinsi əlaqədə olduğumu dedim.

Nənəm mənə əsəbləşdi, paltarlarımı yığışdırıb Rəvangilə köçməli olduğumu bildirdi. Eyni zamanda həmin gün Rəvan ailəsi ilə birlikdə gələrək məni evlərinə apardı. Mən onlarda olan zaman Rəvanla eyni otaqda yatırdıq. Hər gün, bəzən gündə iki dəfə təbii və ya qeyri-təbii yol ilə cinsi əlaqədə olmuşuq”.

“Anam şikayət etdi”

İlhamənin sözlərinə görə, daha sonra Rəvan, bacısı və anası onu evlərinə aparıblar: “Bir-iki gün qalmaq bəhanəsi ilə məni anamın evində qoyub getdilər. Rəvan daha mənimlə əlaqə saxlamadı. Baş verənlərlə bağlı anam Abşeron Rayon Polis İdarəsinə şikayət etdi”.

Bu cinayət işinə Abşeron Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Rəvan 1 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Təqsirləndirilən şəxsin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilib. Onun barəsində həbs qətimkan tədbiri seçilib və məhkəmə zalından həbsə alınıb.Hökmdən narazı qalan təqsirləndirilən şəxsin vəkili apellyasiya şikayəti verib. Şikayətdə bildirilib ki, müvəkkilinin zərərçəkmişlə barışması, onların nişanlanması birinci instansiya məhkəməsində nəzərə alınmayıb.

O, təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsinin tətbiq edlməsini, 6 ay sınaq müddəti olmaqla cəzanın şərti hesab edilməsini istəyib.

Həmçinin zərərçəkmiş şəxsin qanuni nümayəndəsi tərtəfindən də apellyasiya məhkəməsinə müraciət edilib. O da təqsirləndirilən şəxsin azadlığa buraxılmasını xahiş edib.

Hər iki şikayətə Sumqayıt Apellyasiya Məhkəməsində baxılıb. Şikayətləri araşdıran hakimlər heyəti sonda qərar elan ediblər. Şikayətlər təmin olunmayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:111
embedMənbə:https://news24.az
archiveBu xəbər 29 Avqust 2025 16:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri