Şamxaninin qızının dəbdəbəli toyu yenidən GÜNDƏMDƏ VİDEO
Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Sosial şəbəkələrdə İranın ali rəhbərinin müşaviri və Ali Təhlükəsizlik Şurasının keçmiş katibi Əli Şamxaninin qızının toy mərasimindən videolar yenidən yayılıb.
Moderator.az "Azad İran"a istinadən xəbər verir ki, kadrlar ictimaiyyətdə geniş müzakirələrə və tənqid dalğasına səbəb olub.
Bu nikah mərasimi ötən il Tehranın lüks “Espinas Palas” hotelində baş tutub və “Arman Melli” qəzeti həmin vaxt “Espinas Persian hotelində toy qalmaqalı” başlıqlı məqalə dərc edib.
Qəzetin məlumatına görə, mərasimin xərci təxminən 1 milyard 400 milyon tümən (14 min 703 $) olub. Məqalə müəllifi qeyd edib ki, ölkədə iqtisadi sanksiyalar və inflyasiya şəraitində belə bir dəbdəbənin nümayişi, sadə vətəndaşlardan səbir və təmkin gözləyən hakimiyyət üçün suallar doğurur.
Yeni yayılan görüntülər İran cəmiyyətində sosial bərabərsizlik, korrupsiya və elitanın həyat tərzi mövzusunda mübahisələri yenidən alovlandırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 19 Oktyabr 2025 12:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















