Icma.az
close
up
RU
“San Paulu” vahid lider oldu

“San Paulu” vahid lider oldu

Footbal-plus saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Braziliya çempionatında 5-6-cı turların oyunlarından sonra iki iştirakçının şərikli liderliyi pozuldu.

"Football-plus.az" xəbər verir ki, indi A seriyasında turnir cədvəlinə yalnız bir komanda başçılıq edir.
4-cü turdan sonra topların daha yaxşı fərqinə əsasən 1-ci yerdə olan “Palmeyras” iki oyunda mümkün olan xalların yarısını toplaya bildi. Son mövsümün gümüş mükafatçısı əvvəlcə səfərdə “Vasku da Qama”ya məğlub oldu. Abel Ferreyranın komandası ilk hissəni Xose Lopesin qolu ilə minimal üstünlüklə başa vursa da, meydan sahibləri fasilədən sonra iki cavabsız qol vuraraq əzmkar qələbə qazandılar. Vitse-çempion bu mövsüm ilk məğlubiyyətin əvəzini “Mirassol”dan çıxdı. Lopesin yeganə qolu bu dəfə “Palmeyras”a maksimum xal qazandırdı. Amma Ferreyranın komandası 1-ci yerdəki mövqeyini əldən verdi.
Ona görə ki, iki tur əvvəl şərikli lider kimi 2-ci yerdə olan “San Paulu” hər iki oyunu qalib başa vurdu. Xəbər verdyimiz kimi, komanda mövsümə uğurlu başlamasına baxmayaraq, rəhbərlik Ernan Krespo ilə yolları ayırıb. 50 yaşlı argentinalı mütəxəssisin yerinə təyinat alan Rocer Maçadonun debütü “Şapekoense” ilə ev oyununa təsadüf etdi. Lusiano və Kalyerinin qolları ilə inamlı qələbə qazanan san paululular səfərdə “Braqantino”nu 2:1 hesabıyla məğlub etdilər. Beləliklə, ardıcıl 4-cü qələbəni qazanan Maçadonun yeni komandası vahid liderliyi ələ aldı.
Son iki tur “Fluminense” üçün də uğurlu alındı. Səfərdə “Remo”nu 2:0, evdə “Atletiko Paranaense”ni 3:2 hesabıyla üstələyən Luis Subeldiyanın komandası 3-cü yerə yüksəldi. Rio de janeyrolular 2-ci yerdəki “Palmeyras”dan yalnız topların fərqinə əsasən geri qalırlar.
İki tur əvvəl 4-cü yerdə olan “Bayya” iki oyuna 4 xal qazanmaqla mövqeyini qorudu. Salvadorlular kimi bir oyun az keçirən “Flamenqo” tədricən mövqeyini yaxşılaşdırır. Mövsümə zəif başlayan, buna görə Filipe Luisi baş məşqçi vəzifəsindən qovan son çempion iki matçda maksimum xal qazandı. Yeni baş məşqçi Leonardo Jardimin debüt oyununda “Kruzeyro”ya iki cavabsız qol vuran rio de janeyrolular “Botafoqo” ilə derbidə 3:1 hesabıyla qalib gəldilər. Çempionatda adıcıl 3-cü qələbə ehiyatda bir oyunu olan “Flamenqo”nu 5-ci yerə çıxardı.
“Kruzeyro” isə çempiona məğlubiyyətdən sonra evdə “Vasku da Qama” ilə məhsuldar heç-heçəyə (3:3) razılaşdı. Mövsümün ilk 6 oyununda yalnız 3 xal qazanan komandanın baş məşqçisi Titenin uğursuz nəticələrə görə istefaya göndərildiyini qeyd edək. 64 yaşlı mütəxəssis ötən ilin dekabrında son mövsümün bürünc mükafatçısı ilə birillik müqavilə bağlamışdı. Onun yerini Uesli Karvalyo tutub.
5-ci tur
Vasku da Qama - Palmeyras 2:1
Tyaqo Mendes, 63. Kuyabano, 74 – X.Lopes, 40.
San Paulu - Şapekoense 2:0
Lusiano, 47. Kalyeri, 60.
Flamenqo – Kruzeyro 2:0
Pedro, 5. Karraskal, 90+8.
Korintians - Koritiba 0:2
Maranyao, 37. Ronyer, 53.
Bayya – Vitoriya 1:1
Jean Lukas, 45+6 – Ramon, 45+2.
Remo - Fluminense 0:2
Kennedi, 16. Kanobbio, 63.
Mirassol – Santos 2:2
Formiqa, 21. Nequeba, 71 – Qabriel Barboza, 80; 88-p.
Atletiko Mineyro - İnternasyonal 1:0
Kuelyo, 2.
Qremio - Braqantino 1:1
Vinisius, 7 – Rodriginyo, 66.
“Atletiko Paranaense” - “Botafoqo” (Rio de Janeyro) oyunu martın 29-na təxirə salınıb.
6-cı tur
Palmeyras – Mirassol 1:0
X.Lopes, 26.
Braqantino - San Paulu 1:2
Errera, 36 – Sabino, 53. Kalyeri, 68.
Botafoqo RJ – Flamenqo 1:3
Aleksander Barboza, 45+9 – Lino, 13. Leo Pereyra, 45+2. Pedro, 49.
Kruzeyro - Vasku da Qama 3:3
Kristian, 8. Vilyarreal, 70. Japa, 90+4 – Barros, 52; 54. Brenner, 86.
Fluminense - Atletiko Paranaense 3:2
Erkules, 9. Kanobbio, 37. Gilyerme Arana, 90+4 – Mendosa, 5. Luis Qustavo, 75.
İnternasyonal – Bayya 0:1
Villian Joze, 23.
Vitoriya - Atletiko Mineyro 2:0
Renato Kayzer, 20. Erik, 68.
Santos - Korintians 1:1
Qabriel Barboza, 21 – Depay, 18.
Koritiba – Remo 1:0
Pedro Roşa, 24.
Şapekoense – Qremio 1:1
Klar, 28-p. – Nardoni, 45+3.
1. San Paulu 6 5 1 0 10-3 16
2. Palmeyras 6 4 1 1 14-7 13
3. Fluminense 6 4 1 1 10-6 13
4. Bayya 5 3 2 0 6-3 11
5. Flamenqo 5 3 1 1 9-4 10
6. Koritiba 6 3 1 2 8-6 10
7. Qremio 6 2 2 2 10-10 8
8. Korintians 6 2 2 2 6-6 8
9. Braqantino 6 2 2 2 5-6 8
10. Atletiko Paranaense 5 2 1 2 6-6 7
11. Vitoriya 5 2 1 2 7-8 7
12. Şapekoense 5 1 3 1 9-9 6
13. Mirassol 5 1 3 1 8-8 6
14. Santos 6 1 3 2 9-11 6
15. Vasku da Qama 6 1 2 3 8-10 5
16. Atletiko Mineyro 6 1 2 3 7-10 5
17. Botafoqo RJ 4 1 0 3 7-9 3
18. Remo 6 0 3 3 6-11 3
19. Kruzeyro 6 0 3 3 7-14 3
20. İnternasyonal 6 0 2 4 3-8 2
Bombardirlər: Vinisius (Qremio) - 5, Kalyeri (San Paulu), Danilo (Botafoqo RJ) - 4.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:156
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 22 Mart 2026 14:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mövsümüdür, amma qiyməti düşmür meyvə tərəvəz niyə bahadır? ARAŞDIRMA

31 Avqust 2026 16:06see318

Fizioterapiya ilə bağlı vacib məqamlar Səhiyyə Nazirliyinin mütəxəssisi açıqladı

31 Avqust 2026 11:56see306

Qədim şəhərin divarları rənglərin dili ilə danışanda

31 Avqust 2026 14:46see271

Azərbaycan səhiyyəsi nə zaman əhalini qane edəcək? KONKRET

31 Avqust 2026 12:56see254

Səhərlər şişmiş və sərt əllər zobdan ola bilər

31 Avqust 2026 16:07see233

Bu dərman saç tökülməsinə qarşı EFFEKTLİDİR

31 Avqust 2026 13:39see231

Əl ayağınız şişirsə, su çatışmazlığından ola bilər

31 Avqust 2026 17:04see228

Belə oturanların onurğa sümüyü əyilir

31 Avqust 2026 16:07see225

Bu qidalar sərxoşluqdan sonrakı vəziyyəti ağırlaşdıra bilər Həkimlər izah ETDİ

31 Avqust 2026 21:50see219

“Barselona”dan möhtəşəm qələbə: 7 qollu oyunda “Rayo” darmadağın edildi

01 Sentyabr 2026 01:35see218

Ürək döyüntüsü 100 olanlar 2 analiz versin

31 Avqust 2026 16:33see207

İrana qarşı iqtisadi təzyiq aylarla davam edə bilər Bessent

31 Avqust 2026 18:53see203

Türkiyəli nazirdən Zəngəzur dəhlizi ilə bağlı mühüm açıqlama: Qars Dilucu dəmir yolu istifadəyə veriləcək

01 Sentyabr 2026 10:59see201

Düyü, kartof və makaronu soyuq yeyin İZAH

31 Avqust 2026 16:39see187

Gecə 1 dən gec yatanlarda infarkt riski artır

31 Avqust 2026 16:17see183

Zamiq 90 dəqiqə oynadı, “Eqnatiya” geri dönüş etdi

01 Sentyabr 2026 02:14see175

Astarada şəhid ailələri üçün mənzillər alınacaq

01 Sentyabr 2026 00:19see175

Şuşa Laçın avtomobil yolunda qazıntı aparan 2 nəfər vəfat edib

31 Avqust 2026 22:04see171

Kosmosda sakitlik olacaq? Sentyabrın ilk yarısında maqnit fırtınaları ilə bağlı proqnoz

01 Sentyabr 2026 04:02see170

Əli Cəbrayılova UEFA dan beynəlxalq təyinat

01 Sentyabr 2026 01:02see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri