Sandu Gürcüstan və Ermənistanla bağlı elə sözlər dedi ki... Tbilisidən kəskin reaksiya
GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Moldova Prezidenti Maya Sandu bildirib ki, Rusiya postsovet məkanında təsirini bərpa etmək məqsədilə peşəkar və yaxşı maliyyələşdirilmiş hibrid əməliyyatlardan istifadə edir.
Globalinfo.az xəbər verir ki, o, bu barədə Avropa Şurası Parlament Assambleyasında (AŞPA) çıxışı zamanı deyib.
“Mən Gürcüstanı təəssüflə izləyirəm. Gürcü xalqının demokratik dəyərləri, Avropa yönümlü istəkləri və öz gələcəyini müstəqil şəkildə müəyyən etmək hüququnu qorumaqda göstərdiyi cəsarətə baxmayaraq, Rusiya Gürcüstanı yenidən öz orbitinə qaytara bilib”, – Sandu vurğulayıb.
Moldova Prezidentinin fikrincə, oxşar ssenari hazırda Ermənistan üçün də tətbiq olunmağa başlayır.
“Bu gün Ermənistan suverenliyin zəiflədilməsinə, demokratik seçkilərə təsir göstərilməsinə və daxili zəifliklərdən istifadə edilməsinə yönələn eyni strategiyanın hədəfinə çevrilir. Biz Ermənistanı və onun xalqını bu təzyiqlərə qarşı mübarizədə və demokratik gələcəyini qorumaq səylərində dəstəkləyirik”, – Sandu vurğulayıb.
Sandunun bu açıqlamalarına Gürcüstanda kəskin reaksiya verilib. Gürcüstan parlamentinin vitse-spikeri Gia Volski Moldovа prezidentinin sözlərini əhəmiyyətsiz hesab etdiyini açıqlayıb:
“Düşünmürəm ki, Maya Sandunun açıqlamaları hər hansı dəyər kəsb etsin. Hətta onun müsbət fikirləri belə bizim üçün əhəmiyyətli deyil”.
Onun sözlərinə görə, Sandunun Gürcüstanla bağlı istər müsbət, istərsə də mənfi açıqlamaları ciddi qəbul edilə bilməz. Volski “müharibə qorxusu” mövzusuna da toxunaraq bunun təsadüfi şəkildə yaranmadığını qeyd edib:
“Sandu və onun kimilər Gürcüstanda Ukraynada olduğu kimi qan tökülməsinə gətirib çıxara biləcək ssenarinin dəstəklənməsində maraqlı olublar”.
Vitse-spiker həmçinin Sandunun Moldovanın Rumıniya ilə birləşməsi ilə bağlı əvvəlki bəyanatlarını xatırladaraq, bu cür açıqlamalarla onun faktiki öz ölkəsinin mövcudluğunu sual altına aldığını iddia edib. Volskinin fikrincə, Moldova Avropa İttifaqına namizəd ölkələr arasında ən çox zərər çəkmiş dövlətdir. O bildirib ki, ölkədə siyasi vəziyyət son dərəcə mürəkkəbdir və korrupsiya Moldovanı “udmaqda davam edir”. Onun miqyası isə olduqca böyükdür.
Əliyar Xəlil
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 28 Yanvar 2026 01:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















