Icma.az
close
up
RU
Sanki ora girməsələr geridə qalacaqlar PSİXOLOQ İZAH ETDİ

Sanki ora girməsələr geridə qalacaqlar PSİXOLOQ İZAH ETDİ

Icma.az bildirir, Sia Az saytına əsaslanaraq.

"Təəssüf ki, müasir dövrdə gənclər getdikcə daha çox sosial mediadan, mobil telefondan, telefon oyunlarından və ümumiyyətlə, texnologiyaya bağlılıqdan əziyyət çəkirlər". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova deyib.

Onun sözlərinə görə, hətta bəzən oyun belə olmasa, sadəcə telefonun özünə bağlılıq formalaşır və bu asılılıq getdikcə dərinləşir: "Biz bunu əsasən gənclərin və uşaqların sosial şəbəkələrdə və mobil cihazlarda keçirdikləri vaxtla müəyyənləşdiririk. Bu asılılıq təkcə əyləncə ilə məhdudlaşmır – onların gündəlik həyatına, təhsilinə, emosional və psixoloji durumuna da birbaşa təsir göstərir. Telefon və sosial şəbəkələrə həddindən artıq bağlılıq nəticəsində diqqət dağınıqlığı yaranır, uşaqlar və yeniyetmələr real aləmdən uzaqlaşır, ətraf mühitlə əlaqələri zəifləyir. Onlar sosial mediada baş verən hadisələri daim izləyir, sanki bir neçə dəqiqəlik kənarda qalsalar, dünyada baş verənlərdən xəbərsiz, "geridə qalmış" biri olacaqlarını düşünürlər. Bu isə onların həm dərslərində, həm də insanlarla ünsiyyətdə geri qalmalarına səbəb olur".

Bu proses cəmiyyətdə münasibətlərin zəifləməsinə, insanlar arasında empatiyanın azalmasına, ümumi düşünmə və analiz qabiliyyətinin geriləməsinə səbəb olur. Artıq uşaqlar bir-biri ilə oynamaq əvəzinə, hər biri öz cihazına qapılır, sosial izolyasiya və qapanma halları artır. Nəticədə depressiya, aqressiya, sosial narahatlıq kimi psixoloji problemlər ortaya çıxır. Sosiallaşma imkanları məhdudlaşır və insan ünsiyyəti texnologiyanın arxasında itib gedir.

Psixoloq bildirib ki, mütəxəssislər bəzən sosial şəbəkələrin və texnologiyanın müsbət tərəflərindən də bəhs edir. Məsələn, məqsədli şəkildə istifadə olunarsa – təhsil almaq, məlumat toplamaq, yaradıcı fəaliyyətlərlə məşğul olmaq kimi hallarda bu platformalar faydalı ola bilər. Lakin burada əsas məsələ balansı qorumaqdır. Əgər telefon yalnız müəyyən saatlarda, konkret məqsədlərlə istifadə olunursa – məsələn, yemək zamanı telefona baxmırıqsa, evdən çıxarkən gözümüz ekranda deyilsə, ya da gün ərzində əsas işlərimizi bitirib telefona minimum vaxt ayırırıqsa bu zaman ciddi problem yaranmır. Bu, texnologiyanı idarə etdiyimizi göstərir. Lakin əgər telefon daim əlimizdədirsə, gündəlik həyatımızın ayrılmaz bir parçasına çevrilibsə, yatmazdan əvvəl belə sosial şəbəkələrdə vaxt keçiririksə və bu, saatlarla davam edirsə, deməli, artıq texnologiya bizi idarə etməyə başlayıb. Belə hallarda isə psixoloji gərginlik, yuxusuzluq, sosial təcrid və ümumilikdə ruhi sağlamlığın zəifləməsi qaçınılmaz olur. Nəticə etibarilə, texnologiyadan düzgün və məqsədli istifadə etmək, onu həyatımızı asanlaşdıran bir vasitəyə çevirmək bizim öz əlimizdədir. Əsas odur ki, texnologiya bizi deyil, biz texnologiyanı idarə edək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://sia.az
archiveBu xəbər 06 Avqust 2025 12:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see299

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see294

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see285

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see272

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see264

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see262

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see247

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see236

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see230

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see222

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see214

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see213

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see213

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see210

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see207

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see197

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see195

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see195

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see190

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri