Icma.az
close
up
RU
Sankt Peterburqda Azərbaycan dövlətçiliyinin 108 illik tarixi qeyd olunub

Sankt Peterburqda Azərbaycan dövlətçiliyinin 108 illik tarixi qeyd olunub

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Sankt-Peterburq, 23 may, AZƏRTAC

28 May - Azərbaycan Respublikasının Müstəqillik Günü ilə əlaqədar ölkəmizin Sankt-Peterburqdakı baş konsulluğunun təşkilatçılığı ilə rəsmi qəbul təşkil olunub.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev, Milli Məclisin deputatları və parlament nümayəndə heyətinin üzvləri, Sankt-Peterburq Qanunvericilik Məclisi sədrinin müavini Pavel İtkin, Rusiya Xarici İşlər Nazirliyinin Sankt-Peterburqdakı nümayəndəliyinin rəhbəri Maksim Poletayev, Sankt-Peterburq hökumətinin Xarici əlaqələr komitəsinin sədr müavini Nizami Məmişov, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin humanitar proqramlar şöbəsinin rəhbəri Tamilla Əhmədova, Rusiya Prezidenti yanında Sankt-Peterburq Xalq Təsərrüfatı və Dövlət İdarəçilik Akademiyasının direktoru Andrey Xlutkov, Sankt-Peterburq hökumətinin rəsmiləri və Qanunvericilik Məclisinin deputatları, diplomatik korpusun rəhbərləri, Azərbaycan diasporunun üzvləri, azərbaycanlı mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Tədbirin rəsmi hissəsində çıxış edən səfiri Rəhman Mustafayev və Sankt-Peterburq şəhərindəki baş konsul vəzifəsini icra edən Anar Yusifzadə Azərbaycan Demokratik Respublikasının 108 il əvvəl əsasını qoyduğu dövlətçilik ənənəsindən, ölkəmizin beynəlxalq nüfuzundan, müasir dövrdə dayanıqlı inkişaf modelindən, regionda sülhə və təhlükəsizliyə verdiyi töhfədən bəhs ediblər.

Sankt-Peterburq Qanunvericilik Məclisi sədrinin müavini Pavel İtkin, Rusiya XİN-nin Sankt-Peterburqdakı nümayəndəliyinin rəhbəri Maksim Poletayev və Sankt-Peterburq hökumətinin Xarici əlaqələr komitəsinin sədr müavini Nizami Məmişov çıxışları zamanı Sankt-Peterburq ilə Azərbaycan arasında bütün sahələrdə əməkdaşlığa xüsusi önəm verildiyini, Azərbaycan ilə Rusiya arasında yüksək səviyyəli dostluq, qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlıq münasibətlərinin, strateji tərəfdaşlıq əlaqələrinin mövcud olduğunu qeyd ediblər.

Azərbaycanın Əməkdar artisti, opera müğənnisi Elnarə Məmmədova, Azərbaycan Dövlət Televiziyasının və Azərbaycan Muğam Mərkəzinin solisti, xanəndə Mirələm Mirələmov, vokalçı Ayna Kərimova, opera ifaçısı Teymur Kazımov, “Xəzər” Azərbaycan xalq rəqsləri ansamblının iştirak etdiyi konsert proqramında incəsənət nümayəndələrinin ifasında milli musiqimizin əvəzsiz nümunələri qonaqlar tərəfindən gurultulu alqışlarla qarşılanıb.

Tədbir zamanı qonaqlara Azərbaycanın milli mətbəxindən ibarət rəsmi ziyafət verilib.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Sankt-Peterburq 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:196
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 May 2026 19:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see661

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see514

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see514

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see330

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see319

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see312

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see311

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see307

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see300

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see292

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see267

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see266

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see263

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see259

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see258

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see258

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see255

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see253

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see253

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see229
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri