Icma.az
close
up
RU
Şanlı tarixdən parlaq gələcəyə: Dövlət Suverenliyi Günü

Şanlı tarixdən parlaq gələcəyə: Dövlət Suverenliyi Günü

Icma.az bildirir, Yeniazerbaycan portalına istinadən.

Meydanəli Yolçiyev,

​​YAP Daşkəsən rayon təşkilatının sədri

Hər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlət quraraq onu inkişaf etdirmək ən böyük tarixi nailiyyətdir. Suverenlik anlayışı dövlətin varlığını və gücünü şərtləndirən əsas meyardır. Beynəlxalq hüquqa görə suveren dövlət – daimi əhalisi, müəyyən ərazisi, ali və tək hakimiyyəti olan, daxili və xarici siyasətini müstəqil şəkildə həyata keçirən dövlətdir. Belə bir dövlət başqa heç bir qüvvənin tabeliyində olmur, yalnız öz ərazisində hakimiyyətin aliliyini təmin edir.

Azərbaycan xalqı əsrlər boyunca müstəqillik arzusu ilə yaşayıb, işğallara, müharibələrə, siyasi və iqtisadi çətinliklərə baxmayaraq, dövlətçilik əzmini qoruyub saxlayıb. Xalqımızın əzmi, milli həmrəyliyi və işğala qarşı apardığı uzunmüddətli mübarizə nəticəsində tam müstəqil, güclü və suveren dövlət qurulub.

XX əsrin sonunda Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış əraziləri 30 ildən artıq müddət işğal altında saxlanıldı. Bu dövrdə xalqımıza qarşı etnik təmizləmə siyasəti aparıldı, Xocalı soyqırımı törədildi, şəhər və kəndlər viran qoyuldu, təbii sərvətlər talan edildi. BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri isə icra olunmadı və danışıqlar prosesi nəticəsiz qaldı. Lakin həmin ərazilər daim Azərbaycanın suveren əraziləri kimi tanınıb. Dövlətin siyasi iradəsi, beynəlxalq hüquqa əsaslanan mövqeyi və xalqın mübarizə əzmi bu tarixi ədalətin gec-tez bərpa olunacağını göstərirdi.

2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təcavüzünə cavab olaraq Azərbaycan Ordusu 44 gün davam edən Vətən müharibəsində böyük qəhrəmanlıq göstərdi. Bu müharibə Azərbaycanın ərazi bütövlüyünün bərpası yolunda əsas mərhələ oldu. Ermənistan ordusu darmadağın edildi, torpaqların böyük hissəsi azad olundu, Kəlbəcər, Ağdam və Laçın rayonlarından düşmən qüvvələri çıxarıldı. Bununla Azərbaycan 30 il ərzində icrası yubadılan BMT qətnamələrini özü yerinə yetirdi. Bu tarixi Zəfər suverenliyin təminində mühüm addım olmaqla yanaşı, milli birliyin, güclü ordunun və siyasi iradənin birliyini dünyaya nümayiş etdirdi.

Müharibədən sonra da Ermənistan və separatçı qüvvələr sülh prosesini pozmağa çalışır, silah daşımalarını davam etdirirdilər. Buna baxmayaraq, Azərbaycan dövlətinin qətiyyətli addımları nəticəsində 2023-cü il aprelin 23-də Laçın-Xankəndi yolunda nəzarət-buraxılış məntəqəsi yaradıldı. Bu addım ölkənin bütün sərhədləri boyunca nəzarətini təmin etdi.

2023-cü il sentyabrın 19-da Qarabağda törədilən təxribatların qarşısını almaq üçün Azərbaycan Ordusu qətiyyətli antiterror tədbirlərinə başladı. Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat nəticəsində Ermənistan silahlı qüvvələrinin qalıqları tərk-silah edildi, qondarma rejim özünü buraxdı. Bununla da Azərbaycanın bütün ərazilərində konstitusiya quruluşu və dövlət suverenliyi tam bərpa olundu. Bu, xalqımızın yüzillik arzularını reallaşdıran, dövlət müstəqilliyinin möhkəmləndirilməsində kulminasiya nöqtəsi hesab edilən tarixi hadisə oldu.

Azərbaycan Prezidenti İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli Sərəncamı ilə 20 sentyabr tarixi – Dövlət Suverenliyi Günü elan edildi. Həmin gün xalqımızın onilliklər boyu apardığı mübarizənin, qəhrəmanlıq salnaməsinin və müstəqillik uğrunda qurban verilən şəhidlərin əziz xatirəsinin rəsmi təntənəsidir.

Prezident İlham Əliyevin imzaladığı Sərəncamla 2025-ci il “Konstitusiya və Suverenlik İli” elan edilmişdir. Bu qərar suverenliyin hüquqi, siyasi və milli kimlik baxımından dövlət həyatındakı həlledici rolunu bir daha vurğulayır. Konstitusiya və suverenlik anlayışları dövlətin mövcudluğunun, hüquqi əsaslarının və beynəlxalq nüfuzunun ayrılmaz hissəsidir.

Azərbaycan xalqı tam suverenlik şəraitində öz tarixi inkişafının yeni mərhələsinə qədəm qoyub. Artıq bütöv sərhədlərə, toxunulmaz ərazi bütövlüyünə və sabit siyasi mühitə sahib olan müstəqil dövlətimiz bütün istiqamətlərdə möhkəmlənir. Güclənən iqtisadi potensial, dayanıqlı sosial siyasət və müasir infrastruktur layihələri ölkənin davamlı inkişafına zəmin yaradır. Eyni zamanda, regional əməkdaşlıq təşəbbüslərində aparıcı mövqedə çıxış edən Azərbaycan beynəlxalq aləmdə nüfuzunu daha da artırır, tərəfdaş dövlətlərlə əlaqələrini genişləndirir və etibarlı tərəfdaş kimi tanınır. Bu şəraitdə xalqımızın rifahı yüksəlir, dövlətçiliyimizin möhkəm təməlləri gələcək nəsillərə əmanət kimi qorunur.

20 sentyabr – Dövlət Suverenliyi Günü xalqımızın dövlətçilik tarixində ən parlaq səhifələrdən biri, milli qürur və zəfər anıdır. Həmin günün rəsmi qeyd olunması gələcək nəsillərə vətənpərvərlik, mübarizlik və dövlətə sədaqət ruhunu aşılamaq baxımından mühüm əhəmiyyət daşıyır. Dövlətimizin qüdrətini, müstəqilliyimizin möhkəmliyini və xalqımızın birliyini əks etdirən 20 sentyabr həm də Azərbaycanın beynəlxalq aləmdə suveren dövlət kimi mövqeyini daha da möhkəmləndirir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:135
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 22 Sentyabr 2025 15:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see516

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see384

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see289

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see284

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see277

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see277

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see269

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see248

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see247

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see246

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see243

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see230

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see222

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see217

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see217

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see196

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see188

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see181

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see175

Məktəbli geyimi, hicab və iqtisadiyyatın yeni rəqəmləri Həftənin əsas xəbərləri

17 Oktyabr 2026 13:33see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri