Icma.az
close
up
RU
“Şanlı Zəfər Azərbaycan gənclərinin Vətənə sədaqətinin parlaq nümunəsidir”

“Şanlı Zəfər Azərbaycan gənclərinin Vətənə sədaqətinin parlaq nümunəsidir”

Icma.az, Olke.az portalına istinadən məlumat verir.

2 Fevral – Azərbaycan Gəncləri Günü ölkəmizin ictimai həyatında xüsusi rəmzi məna daşıyan, gənc nəslin potensialını, enerjisini və dövlət quruculuğundakı rolunu ön plana çıxaran əlamətdar gündür. Bu günün təsis olunması Ulu Öndər Heydər Əliyevin gənclərə strateji baxışının, gəncliyi Azərbaycanın sabahının əsas dayağı kimi görməsinin məntiqi nəticəsidir. Məhz Ulu Öndərin 1 fevral 1997-ci il tarixli Sərəncamına əsasən fevralın 2-si Azərbaycan Gəncləri Günü elan olundu və həmin vaxtdan etibarən bu bayram Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başlandı.

Bu sözləri Ölkə.Az-a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva bildirib.

Onun sözlərinə görə, bu addım gənclər siyasətində Azərbaycanın qabaqlayıcı mövqeyini göstərdi: "Xatırlatmaq kifayətdir ki, BMT Baş Məclisi yalnız 1999-cu il 17 dekabr tarixli qətnamə ilə 12 avqustu Beynəlxalq Gənclər Günü elan etmişdir — yəni, Azərbaycan bu istiqamətdə beynəlxalq gündəmdən daha öncə sistemli addım atmışdı.

Ulu Öndərin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra gənclərlə iş dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. 1994-cü ildə Gənclər və İdman Nazirliyinin yaradılması, gənclər siyasətinin institusional əsaslarının formalaşması baxımından mühüm mərhələ oldu. Ardınca Azərbaycan gənclərinin forumlarının keçirilməsi ənənəsi başladı.

Gənclərin bilik və bacarıqlarının inkişafına yönəlmiş tədbirlər də ardıcıl şəkildə genişləndirildi: istedadlı gənclərə dövlət qayğısını gücləndirmək məqsədilə “Qızıl kitab” və xüsusi təqaüd təsis edildi, təhsildə yüksək nəticə göstərən gənclərin stimullaşdırılması üçün “Prezident təqaüdü”, xaricdə təhsil ənənəsi inkişaf etdirildi. 1999-cu ildə dövlət gənclər siyasətinin icrasına dair tədbirlər planının təsdiqlənməsi və 2002-ci ildə “Gənclər siyasəti haqqında” Qanunun qəbul edilməsi isə bu siyasətin hüquqi çərçivəsini daha da möhkəmləndirdi".

Deputat qeyd edib ki, bu strateji xətt bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir çağırışlara uyğun şəkildə uğurla davam etdirilir: "Dövlət başçımızın vurğuladığı kimi, “indiki gənclər üçün imkanlar daha genişdir” və bu imkanlardan düzgün istifadə gənclərin həm şəxsi inkişafı, həm də dövlətə maksimum fayda verməsi baxımından həlledicidir. 2007-ci ilin “Gənclər ili” elan olunması, Gənclər Fondunun yaradılması, “Gənclər üçün Prezident Mükafatı”, “Yüksəliş” müsabiqəsi, könüllülük hərəkatının genişlənməsi kimi təşəbbüslər gənclərin sosial fəallığını, liderlik və innovasiya potensialını daha da gücləndirdi".

P.Vəliyeva vurğulayıb ki, rəşadətli Azərbaycan Ordusunun sıralarında Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz öz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazıblar: "Onların göstərdiyi igidlik, əzmkarlıq və fədakarlıq sayəsində Azərbaycan dövləti tarixi ədaləti bərpa etmiş, ölkəmizin ərazi bütövlüyü təmin olunmuşdur. Otuz il davam edən işğala son qoyulmuş, xalqımız illərlə həsrətində olduğu doğma torpaqlarına qovuşmuşdur. Bu Şanlı Zəfər müasir Azərbaycan gəncliyinin Vətənə sədaqətinin, dövlətinə və xalqına bağlılığının parlaq təzahürüdür.

Vətən müharibəsi təkcə cəbhədə deyil, informasiya məkanında da aparılan mübarizə idi. Bu mübarizənin ön cəbhəsində isə Azərbaycan gəncliyi dayanırdı. Müharibə dövründə gənclərimiz sosial şəbəkələrdə son dərəcə fəal olmuş, ölkəmizə qarşı aparılan dezinformasiyalara operativ və əsaslandırılmış cavablar vermişlər. İnformasiya müharibəsində Azərbaycan gəncliyi yalnız daxili auditoriya ilə kifayətlənməmiş, dünya ictimaiyyətinə həqiqətlərin çatdırılmasında mühüm rol oynamışdır".

Millət vəkili deyib ki, bu prosesə təkcə ölkə daxilində yaşayan gənclər deyil, dünya azərbaycanlıları da könüllü şəkildə qoşulub: "Birgə və koordinasiyalı fəaliyyət nəticəsində Azərbaycan informasiya məkanında üstünlük əldə etmiş, yayılan məlumatların həqiqiliyi və təsirliliyi təmin olunub. Əsasən gənclərdən ibarət sosial şəbəkə istifadəçiləri informasiya müharibəsində fəallıq göstərərək beynəlxalq ictimai rəyin formalaşmasına əhəmiyyətli töhfə veriblər.

Bu gün Azərbaycan cəmiyyətinin böyük bir hissəsini təşkil edən gənclər ölkənin ictimai-siyasi, iqtisadi və mədəni həyatında mühüm rol oynayırlar. Gənc nəslin təşəbbüsləri, yaradıcı enerjisi və əməyi dövlət həyatının bütün sahələrində aydın şəkildə görünməkdədir. Azərbaycan gəncləri azad, sabit və özünə güvənən bir ölkədə yaşayır və bu reallıq onların qarşısında geniş imkanlar açır".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:42
embedMənbə:https://olke.az
archiveBu xəbər 02 Fevral 2026 13:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see329

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see237

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see235

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see225

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see225

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see205

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see199

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see198

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see185

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see185

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see181

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see178

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see172

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see167

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see164

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see162

Banklar daha çox hansı sahibkarı seçir? Biznes kreditlərinin bölgüsü

31 Yanvar 2026 16:18see159

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see152

Narkotik almağa pul vermədiyi üçün arvadını baltalayıb Ağdamdakı cinayətin təfərrüatı

31 Yanvar 2026 17:32see151

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri