Şanlıurfaya eniş edən təyyarədə bomba həyəcanı YALAN ÇIXDI
Bizim media saytına istinadən Icma.az xəbər verir.
Xəbər verdiyimiz kimi Ankaradan havaya qalxan sərnişin təyyarəsi göyərtədə bomba olması xəbərdarlığından sonra təcili eniş edib.
MÖVZU İLƏ BAĞLI:
Bizim.Media xəbər verir ki, Xüsusi xidmət əməkdaşlarının təyyarədə ətraflı axtarış aparmasından sonra bomba həyəcanının yalan olduğu məlum olub.
GAP Hava Limanı hava nəqliyyatına yenidən açılıb.
Qeyd edək ki, AJet aviaşirkətinin 4180 saylı reysi Bakı vaxtı ilə saat 20:00-da Ankaradan havaya qalxıb və təxminən bir saat sonra Şanlıurfaya eniş edib. Təyyarədə bomba olması barədə çağırışdan sonra göyərtədəki 137 nəfər sərnişin və 6 ekipaj üzvü təxliyə edilib.
Bizim.Media
Baxış sayı:94
Bu xəbər 06 Oktyabr 2026 06:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















