Icma.az
close
up
RU
Santuş: “Futbolçular istəkli və motivasiyalıdır”

Santuş: “Futbolçular istəkli və motivasiyalıdır”

futbolpress-az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuş sabah Macarıstana qarşı keçiriləcək yoldaşlıq oyunundan əvvəl təşkil olunan mətbuat konfransında iştirak edib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis media nümayəndələri ilə görüşdə bunları deyib:

– Milli oynayırsa, deməli, vacib oyundur. Bütün rəqibləri təhlil edirik və kimliyindən asılı olmayaraq onlara hörmətlə yanaşırıq. Futbol elə oyundur ki, iki komanda bir-birinə qarşı oynayır. Rəqibi təhlil etmişik, oyun üslublarını bilirik. Çətin oyun olacaq, buna baxmayaraq, futbolçular istəkli və motivasiyalıdır. Ümid edirəm, bunu meydanda göstərə biləcəklər.

– Heyətdə zədəli varmı?
– Yalnız Elvin Bədəlov zədəlidir. Bir məşqimiz də var, ümid edirəm ki, kimsə zədələnməz.

– Heyətdə dəyişikliklər olacaq?
– Oyunçuların durumuna görə bəzi dəyişikliklər olacaq. Bəzi oyunçular yorğun ola bilər. Vəziyyətə uyğun dəyişikliklər ola bilər.

– Hər iki yığmaya qələbə lazımdır. Azarkeşlər necə oyuna ümid edə bilər? Macarıstanın güclü tərəfləri hansılardır?
– Macarlarla bir neçə dəfə qarşılaşmışam, güclü komandadırlar. Azərbaycan millisinə də qələbə lazımdır. İki tərəfin də yaxşı oynamağa çalışacağını düşünürəm.

– Ronaldo haqda nə deyə bilərsiz?
– Bizim oyunçumuz deyil. Yaxşıdır və dostumuzdur. Amma indi bu haqda nəsə deyə bilmərəm.

– Macarıstan millisi ilə oyunları necə xatırlayırsınız?
– Yaxşı milli komandadır. Bundan öncə də səhv etmirəmsə, Avro-2020-də Portuqaliya yığmasında olarkən ilk matç onlara qarşı iid. 80 dəqiqə çətinlik çəkmiş, sonda qələbə qazanmışdı. Keçmiş günləri danışmaq istəmirəm. Macarıstan futbolu inkişafdadır. Komandamı onlara qarşı hazırlamışam.

Şahin Cəfərov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:175
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 09 İyun 2025 16:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri