Icma.az
close
up
RU
Menu

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

Hamısı məhv edildi Kadırov

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

Santuş: “Karyeram boyunca bu qədər məğlub olmamışdım”

Santuş: “Karyeram boyunca bu qədər məğlub olmamışdım”

Icma.az, futbolpress-az saytına istinadən bildirir.

Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş Belarusa uduzduqları oyundan (0:2) sonra fikirlərini bölüşdü.

Futbolpress.az xəbər verir ki, mütəxəssis matçla bağlı bunları dedi…

– İlk hissə balanslı oyun keçdi. 10-15 dəqiqə uşaqlar daha çox müdafiəyəmeyilli oynadılar. Tapşırıq verdik ki, irəli çıxmaq, futbol oynamaq lazımdır. Ümumi götürəndə hər iki komanda təhlükəli epizodlar yaratdı. Balanslı oyun gedirdi. Buna baxmayaraq, qapımızda 2 qol gördük. İkinci hissə matça yaxşı başladıq. Xəyal Əliyev mükəmməl oyun göstərdi. Toral Bayramovun da zərbəsi var idi. Bir müddət sonra Renat Dadaşovu meydana buraxdım ki, cüssəlidir, topu irəlidə saxlayaq. Şahin Şahniyarovun oyununu da vurğulamaq istəyirəm, debüt matçında yaxşı oynadı. 55 dəqiqədən sonra yorulduğunu gördük və əvəzlədik. Təəssüflər olsun, yenə bəsit qollar buraxdıq. Bu cür şeylərə görə çox üzülürük. Uşaqlar bərabərlik qolunu vurmağa çalışdılar. Hiss edirdim ki, komanda qol vura bilər. 3-lü müdafiə sisteminə keçdik. Cinahlardan hücumlar etməyə çalışdıq. Buna baxmayaraq, daha bir qol buraxdıq. Yüksək səviyyəli rəqabətdə belə qollar buraxmaq olmaz. Ümumilikdə, oyunçular yaxşı çıxış etdi. Bəzi futbolçular ilk dəfə idi millidə oynayırdı. Pozitic məqamlar çox oldu. Hər oyunçu göstərdi ki, milli səviyyəsində oynaya bilərlər. Xəyal, Səbuhi, Şahin, Mert bacarıqlarını göstərdilər. Bunlar pozitivdir, amma nəticə neqativ oldu.

– Azərbaycan millisində özünüz üçün təyin etdiyiniz məğlubiyyət limiti var?
– Hər şeyi edirik ki, məğlub olmayaq. Oyunçular əllərindən gələni etdilər. İndi hamısı məyusdur. İşimizi davam etdirməliyik. Üzərimizdə işləməliyik ki, nəticələri də düzəldək. Toralın epizodu qol olsaydı, oyun başqa cür davam edəcəkdi.

– Zamiq Əliyev ikinci dəfədir, kobud səhv edir. Onu yenə əsas heyətdə meydana buraxacaqsınız?
– Unutmayaq ki, oyunun 20 yaşı var. Gənclər hamısı davamlı oynamalıdır ki, özlərinə inam yaransın. Onları dərhal itirə bilmərik. Səhv etməkdən qorxsa, inkişaf etməyəcək.

– İki oyunda cinah müdafiəçisi kimi nominal stoperləri oynatdınız. Azərbaycanda cinah oyunçusu görmürsünüz? “Zirə”nin kapitanı Qismət Alıyev kifayət qədər yaxşı oynayır. Onu millidə görmürsünüz?
– Qisməti bundan öncə dəvət etdik və oynadı.

– İndi nə üçün dəvət olunmayıb?
– Oyunlara baxıram. Hazırdakı durumda Amin Seydiyev, Mert Çelikin oyunlarını bəyəndim. Rahil Məmmədovun sağ cinahda oynamasına gəlincə, bir neçə dəfə o mövqedə oynayıb və milli qələbə qazanıb. Kim niyə dəvət olunmayıb deyə suallar normaldır. Məğlubiyyət olanda belə şeylər axtarılır. Üç gün öncə deyirdiniz bu oyunçular niyə oynamadı, bu dəfə fərqli adlar çəkilir.

– Sizcə, Portuqaliya Futbol Federasiyası 8 oyun uduzan millinin əcnəbi baş məşqçisini işində saxlayar?
– Millidə 109 oyun keçirmişəm və onun 20-ni məğlub olmuşam. Sualı başa düşdüm. Siz hazırda Portuqaliya millisi ilə Azərbaycanı müqayisə edə bilməzsiniz
Orda 2 oyun ardıcıl uduzanda göndərilir. Bundan əvvəl işlədiyim Yunanıstan və Portuqaliya millisində ardıcıl 2 matç məğlub olmamışam. Bu sualı federasiyaya vermək lazımdır, mənə yox.

– Azərbaycan millisində 8 oyunun 7-də məğlub olmusunuz. Eyni zamanda, 3 qol vurub, 22-ni buraxmısız. Bu rəqəmlər necə olmalıdır ki, başa düşəsiniz ki, bu oyunçularla alınmır, ölkənizə qayıdasınız.
– Bu sualı mənə verməyin. Müqaviləm var. Baş məşqçinin işi oyunçuların potensialına baxmaq, onların səviyyəsini artırmaqdır. Bu gün bir addım irəli atdıq. Çoxlu gənclər oynadılar. Bu işimə köklənmişəm.

– İki məğlubiyyətdən sonra futbol ictimaiyyəti və azarkeşlər qəzəblidir. Onların sakitləşməsi üçün üzr istəməyi düşünürsünüz?
– Üzr istəmək başqa şeydir. Əlbəttə, fanatların istəyini qarşılamalı, onları sevindirməliyik. Ancaq indi eyni hissləri keçiririk. Nəticələrə görə üzülürük. Heç kim bu duruma sevinmir. Nə mən, nə oyunçular. Əlimizdən gələni etməliyik ki, vəziyyəti yaxşılığa doğru dəyişək. Gücümüz var ki, işimizi davam etdirək. O gün gələcək ki, futbol ictimaiyyəti və azarkeşlər nəticələrə sevinəcək. Çox çəkəcək? Bəli. Dərk edirəm ki, asan deyil. Dəfələrlə vurğulamışam ki, asan deyil. Rəhbərliklə danışanda da 3+1 illik müqaviləni razılaşdırmışıq və bunları danışmışıq. 1-2 illik məsələ olsaydı, bura gəlməzdim. Prosesin asan olmadığını bilirəm. Ölkə, şəhər haqda danışsaq, hər şey mükəmməldir. Məsələ odur ki, 3+1 illik şərt olmasaydı, bura gəlməzdim. Bunu dəfələrlə izah etmişdim. Mən də çox üzgünəm. Karyeram boyunca bu qədər məğlub olmamışdım. Öz işimə, oyunçuların potensialına inanıram.

– Qələbə üçün daha zəif rəqib lazımdır?
– İnkişaf, daha yaxşı olmaq istəyiriksə, güclü millilərə qarşı oynamalıyıq. Qələbə üçün əlbəttə, ən aşağı səviyyəli komandalarla oynamaq olar və hamı sevinərdi. Lakin bu, inkişaf üçün faydalıdırmı? Gələcəkdə daha güclülərlə oynamalıyıq ki, inkişaf edək.

Şahin Cəfərov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:116
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 27 Aprel 2026 21:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see387

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see370

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see308

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see301

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see301

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see296

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see288

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see272

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see241

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see231

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see229

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see228

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see223

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see221

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see219

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see204

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see194

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see192

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see173

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri