Icma.az
close
up
RU
Karyeram ərzində bu qədər uduzmamışdım Fernandu Santuş

Karyeram ərzində bu qədər uduzmamışdım Fernandu Santuş

Icma.az, Fanat portalına istinadən məlumat verir.

Bu gün yoldaşlıq görüşündə Belarus seçməsinə 0:2 hesabı ilə uduzan Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş oyundan sonra təşkil edilən mətbuat konfransında fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, o, Masazırdakı matçın ardından belə danışıb:

"İlk yarıda hər iki komanda intensiv oyun sərgilədi. İlk 10-15 dəqiqə oyunçularım daha çox müdafiəyəmeyilli oynayırdılar. Futbolçulara irəli çıxmaq, futbol oynamaq lazım olduğunu başa saldıq. Bundan sonra yavaş-yavaş hücumlar qurmağa başladılar. İkinci hissəyə yaxşı başladıq. Xəyal Əliyev mükəmməl oynayırdı. Müdafiədə və hücumda çox işləməli olurdu. Toral Bayramovun da zərbəsi oldu. Renat Dadaşovu fiziki cəhətdən hazırlıqlı olduğu üçün meydana buraxdım.  Şahin Şahniyarovun oyununu da vurğulayardım, yaxşı oynadı. İlk oyunu idi. 55-ci dəqiqədən sonra çətinlik çəkdiyini hiss etdik və əvəzlədik. Təəssüflər olsun ki, asan qollar buraxdıq. Bu da futbolun bir hissəsidir. Bu cür şeylərə görə çox üzülürük. Rəqib ilk qolu vurub önə keçdikdən sonra ruhdan düşmədik. Çalışırdıq ki, bərabərlik qolunu vuraq. Hiss edirdim ki, komanda qol vura bilər. Buna görə üçlü müdafiə sisteminə keçdik. İrəlidə iki hücumçu ilə oynayırdıq. Cinahlardan da asmalar edirdik. Amma ikinci qolu buraxdıq. Yüksək səviyyəli rəqabətdə, mübarizədə belə bəsit qollar buraxmaq olmaz. Komandam yaxşı çıxış etdi. Pozitiv cəhətlər çox oldu. Bu gün oynayanların hər biri milli səviyyəsində oynamağa bacarığı olduğunu göstərdi. Nəticə neqativ oldu, istədiyimizi əldə edə bilmədik.

Azərbaycan millisində özünüz üçün təyin etdiyiniz məğlubiyyət limiti varmı? Biz hər şeyi edirik ki, uduzmayaq. Oyunçularım əlindən gələni etdilər ki, uduzmasınlar. Hamısı üzgündürlər. İşimizə davam etməliyik. Bu gün oyunçular yaxşı çıxış etdi. Öz üzərimizdə işləməliyik ki, nəticə də gəlsin".

Portuqaliyalı mütəxəssis Zamiq Əliyevin səhvi barədə sualı belə cavablandırıb: "Unutmayaq ki, Zamiqin 20 yaşı var. Gənclər hamısı davamlı oynamalıdırlar ki, özlərinə inam yaransın. Onları dərhal itirə bilmərik".

Cinah müdafiəçisi mövqeyində stopperləri oynadan əcnəbi çalışdırıcı "Zirə"nin kapitanı Qismət Alıyevi yığmaya dəvət etməməsinə də münasibət bildirib: "Oyunlara baxıram. Amin Seydiyev və Mert Çelikin oyununu daha çox bəyəndim. Üç gün əvvəl deyirdiniz ki, o oyunçu niyə oynamır, indi başqası niyə oynamadığını soruşursunuz?"

Təcrübəli mütəxəssisin "Portuqaliya Futbol Federasiyaslının rəhbərliyi 8 oyundan 7-də uduzan əcnəbi məşqçini postunda saxlayar, yoxsa yox?" sualına cavabı emosional alınıb: "Milli komanda ilə 109 oyun keçirmişəm. Onun 20-də uduzmuşuq. Portuqaliya və Azərbaycan millisini müqayisə edə bilməzsiniz. Portuqaliyada 2 oyun uduzanda göndərirlər. Mən heç vaxt ardıcıl 2 oyunda uduzmamışam. Avropa çempionu və Millətlər Liqasının qalibi olmuşam. Yunanıstanda da ardıcıl 2 oyunda uduzmamışam. Bu sualı federasiyaya vermək lazımdır, mənə yox. Mənim müqaviləm var. Baş məşqçinin işi odur ki, oyunçuların potensialına baxsın, hazırlasın. Bu gün bir addım önə atdıq. Çoxlu gənclər oynadı. Bu da irəliyə atılmış addımdır. Bu işə köklənmişik".

O, yenilgiyə görə üzr istəməyib: "Üzr istəmək başqa bir şeydir. Əlbəttə ki, azarkeşlərin istəklərini qarşılamalıyıq, onları sevindirməliyik. Onlarla eyni hissləri keçiririk. Bu nəticələrə görə üzülürük. Heç kim hazırkı duruma görə sevinmir, nə mən, nə oyunçular. Əlimizdən gələni etməliyik ki, bu vəziyyəti yaxşıya doğru dəyişək. Kifayət qədər də gücümüz var ki, işimizi davam etdirək. Gün gələcək ki, azərbaycanlı azarkeşlər, futbol ictimaiyyəti də nəticələrə sevinəcək. Düşündüyümdən çox çəkəcək. Amma mən dərk edirəm ki, asan bir şey deyil. Bu haqda söhbətlər edəndə də vurğulamışam ki, asan bir şey deyil. Rəhbərliklə də danışanda 3 il+1 il müqavilə razılaşdırmışıq. Bundan öncə də hamısını başa salmışam. Bir və ya iki illik təklif olsaydı, bura gəlməzdim. Çünki bilirəm ki, asan proses deyil. Azərbaycan gözəldir, Bakı mükəmməldir, hər şey top səviyyədədir. Bu haqda danışmırıq. Məsələ odur ki, danışıqlarda bu cür şərt olmasaydı, 3+1-i nəzərdə tuturam, onda bura gəlməyəcəkdim. Dəfələrlə demişəm. Bəlkə də hamıdan çox üzgünəm. Karyeram ərzində bu qədər uduzmamışdım. Öz işimə inanıram, oyunçuların potensialına da inanıram. İstədiyimiz nəticələri əldə edə bilərik. İnkişaf etmək istəyiriksə, daha güclü rəqiblərə qarşı oynamaq lazımdır. Qələbə qazanmaq üçün ən aşağı səviyyə millilərlə oynaya bilərik. Hamı bu nəticələrə sevinər. Amma daha güclü rəqiblərlə oynayacağıq ki, inkişaf edək"

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:252
embedMənbə:https://fanat.az
archiveBu xəbər 26 Mart 2025 02:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri