Şanxay Araşdırmalar İnstitutu: Azərbaycan regional əməkdaşlıqda daha böyük rol oynaya bilər
Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycan mövqeyinə görə həm coğrafi, həm də strateji baxımdan xüsusi əhəmiyyət daşıyır.
APA xəbər verir ki, bunu Şanxay Beynəlxalq Araşdırmalar İnstitutunun (SIIS) prezidenti Çen Dongxiao jurnalistlərin Zəngəzur dəhlizi ilə bağlı suala cavabında bildirib.
Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev və Azərbaycan hökuməti Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi də daxil olmaqla, regional əlaqələrin inkişafına, həmçinin bu layihələrin “Bir kəmər, bir yol” təşəbbüsü ilə inteqrasiyasına böyük önəm verir.
O, bütün əlverişli amillərin birləşməsinin Azərbaycanın regional iqtisadi əməkdaşlıqda daha böyük və konstruktiv rol oynayacağına inandığını vurğulayıb: “Bazar amillərinin, kapitalın və xidmətlərin sərbəst axını, eləcə də ölkəyə qoyulan investisiyalar Azərbaycanın gələcək inkişafına mühüm töhfə verəcək”.
Çen Dongxiao Prezident İlham Əliyevin Çinə səfərini yüksək qiymətləndirdiyini bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 09 Sentyabr 2025 13:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















