Binəli Yıldırım: Azərbaycan regional əməkdaşlıqda nümunədir
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakı, 12 mart, AZƏRTAC
Regional əməkdaşlığın inkişaf etdirilməsində Azərbaycan bir nümunədir. Azərbaycan, həmçinin Qlobal Bakı Forumu səviyyəsində əhəmiyyətli bir platforma yaradaraq dünyada vacib çağırışları ifadə etmək imkanına malikdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri XIII Qlobal Bakı Forumunun açılış mərasimində Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım deyib.
“Təəssüf ki, bir çox bölgələrdə parçalanmanın və qarşıdurmaların şahidi oluruq. Belə bir dövrdə dialoqu inkişaf etdirmək vacib addımdır. Son qlobal proseslər göstərir ki, bu kimi platformalar həm regional əməkdaşlıq, həm də etibarlı nəqliyyat dəhlizlərinin yaradılması üçün daha böyük ehtiyac yaradır. Bu isə ticarət sisteminin gücünü artırır və qarşılıqlı iqtisadi asılılığa xidmət edir”, - deyə Binəli Yıldırım vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:148
Bu xəbər 12 Mart 2026 12:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















