Icma.az
close
up
RU
Şaqqıldyan avtomatlar, Əlikramın "strateji məhsul"u və “Lənkəranın İsveçrəsi”...

Şaqqıldyan avtomatlar, Əlikramın "strateji məhsul"u və “Lənkəranın İsveçrəsi”...

Icma.az, Bakupost portalına istinadən məlumatı açıqlayır.


Tofiq Hüseyn

Arayışa imza atanda dedi, “bir az ehtiyatlı ol, əqidəsiz adamlar rayonu qarışdırıblar. ”Həyat” qəzetinin baş redaktoru, istedadlı şair Vaqif Bəhmənli səfərqabağı məsləhətlərini əsirgəməyib gedəcəyim şəhərdə məsul vəzifə tutan birinin adını da çəkdi: "elə birbaşa onun yanına gedərsən, həm dostum, həm də yerlimdir, nə lazımsa, köməklik göstərər”.

1993-cü il iyul ayının 5-i idi. Vaqif müəllim məni cənubda yeddi rayona bölgə müxbiri təyin etmişdi. ”Həyat”qəzeti Azərbaycan Kənd Təsərrüfatı və Ərzaq Nazirliyinin (o vaxt belə adlanırdı) orqanı idi. Redaktorla xudahafizləşib səhəri gün əlimdəki diplomatla “İkarus”a əyləşib Lənkərana yola düşdüm. Yol boyu başıma nələr gələcəyini fikirləşib narahatlıq hissi keçirirdim. Lənkəranda aləm bir-birinə dəymişdi. Əlikram Hümbətov cənub bölgəsində qondarma Talış-Muğan Respublikası “yaradıb”, özünü respublikanın prezidenti elan etmişdi.

”Respublika”nın ordusu, bayrağı, himni var idi. Cənub bölgəsindən olan tanınmışlar Lənkərana dəvət olunur, hər birinə “nazir”, ”komitə sədri”, digər bu kimi rəhbər vəzifələr təklif edilirdi. Real vəziyyət sözün əsl mənasında, məşhur kinoda deyildiyi kimi, sabotajçılıq idi və təəssüf ki, sabotaja uyanlar da tapılırdı. Bir sözlə, qarşıda məni yaxşı bir şey gözləmirdi, amma daxilimdə bir inam da var idi; qaşılaşacağım adamlarla üz-üzə gəlib onların el arasında deyildiyi kimi, “hansı yuvanın quşu” olduqlarını öyrənmək, tanımaq, başa düşmək istəyirdim.

“İkarus”dan düşüb Vaqif müəllimin dediyi ünvana getdim. Rayonda iki dövlət vəzifəsindən birini tutan dostumuz məni soyuq qarşıladı. Sonra bildim ki, ”prezidentin” əmri ilə məsul vəzifə sahibi yaxınlarda həbsxanaya atılıb və iki gün orada saxlanılıb.

- Özü ilə görüşsən yaxşıdır, heç bura gəldiyini bilməsin.

“Özü” Əlikrəm Hümbətov idi. Çıxış yolu görmürdüm, istəməsəm də, onunla görüşməli idim. Diplomatı götürüb şəhər Partiya Komitəsinin binasına yollandım. Binanın həyəti sözün əsl mənasında, mənim kimi qərib adam üçün vahimə yaradırdı. Hərbi geyimli cavanlar əllərindəki "Kalaşnikov" avtomatlarını şaqqılladır, açıb-sökür, gah da mağazinə daraq qoyurdular. Dərhal bilinirdi ki, hardansa tutulub gətirilən bu yeniyetmə uşaqlar sadəcə olaraq, silahla rəftarı öyrənmək istəyirlər.

Qapıda hərbi geyimlilər sənədimi diqqətlə nəzərdən keçirsələr də, deyəsən, bir şey başa düşmədilər. ”Qalx üçüncü mərtəbəyə, polkovnik Cəmil bəyin yanına”. Cəmil bəyin kim olduğunu soruşdum, ”bəyin adyutantıdır" dedilər. Polkovnik sənədimə baxan kimi kabinetə girdi. Bir neçə dəqiqədən sonra gəlib “keçə bilərsən”dedi. ”Prezident” ayağa qalxıb sifətindəki süni təbəssümlə “səmimi adam”görkəmi alıb mənə yer göstərdi. Başa düşdüm ki, ”rəhbər adamlara məxsus “alicənablıq, qonaqpərvərlik” jesti nümayiş etdirmək istəyir. Sonra Talış Muğan Respublikasının məqsəd və məramından qısaca danışıb hansı mövzuda, kimdən-nədən yazmaq istədiyimlə maraqlandı. Mən qəzetin siyasi məsələlərə qarışmadığını, kənd təsərrüfatı qəzeti olduğunu deyib Lənkəranda çayçılığın vəziyyəti, perspektivi barədə material hazırlayacağımı bildirib, bu işdə mənə köməklik göstərilməsini xahiş etdim. Məndən çöldə gözləməyimi istıyib müavinini çağırdı. Müavin də kabinetində kimdən-nədən yazacağımı soruşub kənd təsərrüfatı idarəsinin rəisinə telefon açdı:

- Müxbir qonağımızdır, maşınla kömək elə. Haranı məsləhət bilsən, ordan məqalə hazırlasın. Yeri-filanı da sənin öhdəndədir.

AXC hakimiyyətindən hələlik vəzifədə ilişib qalan idarə rəisi də məni bir elə mehriban qarşılamadı. Başından eləyirmiş kimi söhbətimiz qısa oldu:

- Aşağıda gözlə, - dedi, - Havzavanın direktoruna demişəm, gəlib səni sovxoza aparacaq.

Sanki çiynimdən dağ götürüldü. Kim olursa-olsun, sidq ürəkdən inandım ki, indicə rastlaşdığım, qeyri-səmimi adamlardan fərqli olaraq mənə bələdçilik edəcək təsərrüfat sahibi ilə dil tapmaq çətin olmayacaq.

Balacaboylu, qarayanız oğlan deyəsən, əlimdəki diplomatdan məni tanıdı, ”gedək, müəllim, buralardan nə qədər tez uzaqlaşsaq, o qədər yaxşıdır".

Lənkəran rayonu Şirəli Axundov adına Havzava sovxozunun direktoru Şirqasım Məmmədovla beləcə tanış oluruq. Elə ilk tanışlıqdan dedi: "Bunların başı xarab olub, müəllim. Bədbəxt insanlardır. Respublika yaradır, dövlətə meydan oxuyurlar, bir azdan elədiklərini burunlarından gətirəcəklər".

Havzava kəndinə çatanda gözlərimə inanmıram. Zümrüd meşəli dağların ətəyinə sığınan bu kənd sözün əsl mənasında, dünyanın dilbər guşələrindən biridir. Şirqasım deyir ki, qonaqlar bizim kəndə “Lənkəranın İsveçrəsi” kimi gözəl ad qoyublar.

Bütün insanlar, ələlxüsus müxbir üçün ən çətin iş ürəyinə yaxın adam tapa bilməkdir. Dağlar ətəyində, yaşıl məşələrin əhatəsində doğulub-böyüyən, bu yerlərin bal kimi suyundan içib xeyirxah, mərifətli adamlarından tərbiyə alan bu cavan oğlanla ilk danışıqlardan söhbətimiz tutur.

- Müəllim, bizim var-dövlətimiz, dolanışıq mənbəyimiz, süfrəmizin ruzu-bərəkəti gördüyünüz bu çay plantasiyalarıdır. AXC hakimiyyəti çayçılığı ləğv edib yerində Allah bilir, nələrsə əkmək niyyətində idi. Bütün gücümlə, həm də camaatımızın köməyi ilə yersiz əmələ, torpağa haram qatmağa yol vermədik. İnşallah, yaxın illərdə çayçılığı genişləndirib əlavə təsərrüfat sahələri yaradacağıq. Mən özüm arıçıyam. Hər il təsərrüfatdan xeyli gəlir götürürəm. Kənd adamlarını da sahibkarlığa həvəsləndirib, bu işdə onlara hər cür köməklik göstəricəyimi demişəm.

Bəli, bura Havzava kəndidir, Lənkərandan cəmisi 15 kiometr kənarda qərar tutub. İki məkan bir-birindən nə qədər fərqlidir. Birində qaragüruhçuların ağılslz, məntiqsiz olayları, ürəksıxan hadisələr, digərində rahat, sakit həyat...Adamlar işə gedir, işdən gəlir, hamı öz çörəyi, haha ruzisi üçün çalışır. Qısa bir vaxtda Şirqasım Havzava kəndinin bu günü, dünəni haqqında da həvəslə söz açır. Kənd Talış dağlarının Burovar silsiləsinin ətəyində, Girdəniçayın sahilində yerləşir. Havzava şərqdən məşhur İstisu qəsəbəsi, şimaldan Osaküçə kəndi, cənub və qərbdən meşə zolağı ilə həmsərhəddir. Havzava Talış dilində “Ön hissəsi yaşıl olan yer” mənasını verir. Kənddən onlarca alim, partiya-sovet, təsərrüfat rəhbərləri çıxıb. Onlardan biri - respublikanın Xalq artisti, müğənni Gülağa Məmmədov da bu kənddə doğulub böyüyüb.

Girdəniçayın sahilində gəzir, kənd ağsaqqalları ilə görüşüb söhbət edir, Şirqasımın arıçılıq təsərrüfatına baş çəkirik. Dünya təkcə təbiət gözəllikləri ilə deyil, yaxşı adamları ilə də maraqlıdır. Belə adamların əhatəsində rahatlıq tapırsansa ,dünya sənə xoş avazlı nəğmə, xoş ahəngli musiqi təsiri bağlşlayır.

İki gün Şirqasıma qonaq olub Havzavadan ayrıldım. Cəmisi bir neçə gündən sonra bədnam Talış-Muğan Muxtar Respublikası da Şirqasım kimi mərd insanların səyi nəticəsində iflasa uğradı. Amma sonralar, lap elə idinin özündə də Şirqasımla dostluğumuz davam edir. Hətta yay aylarının birində ailəlikcə Havzavada bu gözəl ailənin qonağı olduq. Şirqasımı təkcə Havzavada deyil, Lənkəranın hər yerində tanıyır, adını hörmət-ehtiramla çəkirlər. Sovxoz ləğv olunandan sonra Havzava və qonşu Girdəni kəndində icra nümayəndəsi işlədi, “Xəyal “fermer təsərrüfatı yaradıb onlarla ailəyə yeni iş yeri açdı. Şirqasım Məmmədov sözün əsl mənasında hamıya əl tutan ağsaqqal, xeyirxah iş adamıdır.

Ona minnətdarlıq hissi ilə “sağ ol" deyirəm. Sağ ol ki, sənin doğma kəndində qaldığım günlər ərzində dünya məndən ötrü nəğmə idi. Lənkərana ilk səfərimdə sənə rast gəlməsəydim, kimlərlə görüşəcək, kimlərdən müsahibə alacaq, yazdığım yazının mənası-məzmunu nədən ibarət olacaqdı?

O da yadımdadır ki, Lənkərandan məni Bakıya Şirqasım “İkarus”la yola saldı. İki kiloluq çay bağlamasını da pay qoymuşdu. Biləsuvarı keçəndə Talış-Muğan Muxtar Respublikasının “sərhədçiləri” avtobusu saxlatdılar. Maşının yük yerini yoxlayanda kimsə “bu çay kimindir” deyə qışqırdı. Çayın mənə pay verildiyini deyəndə, "sərhədçi" amiranə səslə "Olmaz. Çay bizim respublikanın strateji məhsuludur. Başqa ölkəyə aparmağa icazə yoxdur”.

Heç nə deməyib dost payından əlimi üzdüm.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 03 İyun 2025 10:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məhkəmədə Ermənistan vətəndaşlarının cinayət xarakterli məlumatlar tədqiq olunub FOTO

17 Oktyabr 2025 20:37see225

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see195

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see161

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see154

Bakıda bal yarmarkası fəaliyyətə başlayır

17 Oktyabr 2025 13:46see154

“Ağır çantalar uşaqlarda onurğa əyriliyinə gətirib çıxarır” EKSPERT DANIŞDI

17 Oktyabr 2025 11:50see147

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see144

Məhkəmədə həmin məlumatlar da tədqiq olundu Fotolar

17 Oktyabr 2025 20:42see136

ChatGPT yə verilməsi qadağan edilən 8 sual SİYAHI

18 Oktyabr 2025 02:52see135

Xaçmaz Rayon Prokurorluğunda “Açıq Qapı” Günü Keçirilib

17 Oktyabr 2025 11:35see135

“Xocalı Balı” ilk dəfə bal yarmarkasında alıcılara təqdim olunub REPORTAJ

18 Oktyabr 2025 14:09see134

Ramiz Mehdiyev İlham Əliyevə qarşı sui qəsd PLANLAŞDIRIB Sensasion iddia

17 Oktyabr 2025 22:34see134

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see131

DNT testi bütün həyatını dəyişdi: Uşağının əsl atası məlum oldu

17 Oktyabr 2025 14:24see128

Bakı metrosunda mübahisəli durum: gediş haqqı yenə dəyişəcək?

18 Oktyabr 2025 07:33see126

“Borussiya” yenə uduzdu

18 Oktyabr 2025 03:34see126

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see126

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see125

Tanınmış logistika şirkəti iflas etdi

18 Oktyabr 2025 03:04see124

Dabaq xəstəliyi Qaxda da təsərrüfat sahiblərini çıxılmaz vəziyyətə saldı

18 Oktyabr 2025 01:37see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri