Icma.az
close
up
RU
Saqqızın tərkibində təhlükəli maddələr var Ondan imtina etmək daha yaxşıdır

Saqqızın tərkibində təhlükəli maddələr var Ondan imtina etmək daha yaxşıdır

Icma.az bildirir, Lent az saytına əsaslanaraq.

Saqqız, tərkibindəki bəzi hissəciklərə görə sağlamlıq riski yarada bilər.

Saqqız uzun müddətdir nəfəsi təravətləndirmək və stressi azaltmaq üçün məşhur üsuldur. Bununla belə, hər kəs onun istifadəsinin mümkün zərərini düşünmür. Məlum olub ki, saqqız çeynəmək mikroplastiklərin ayrılması səbəbindən sağlamlıq üçün təhlükə yarada bilər.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, amerikalı alimlər saqqızın mikroplastik qəbulunu əhəmiyyətli dərəcədə artıra biləcəyini müəyyən ediblər. Eksperimentin gedişində on fərqli markanı sınaqdan keçirilib və bir parça saqqızın 3000-ə qədər plastik hissəcik buraxa biləcəyini göstərib.

Mikroplastiklərin orqanizmə təsiri hələ tam başa düşülməsə də, alimlər onların dərin toxumalara, o cümlədən beyinə nüfuz edə bildiyini irəli sürürlər.

Aparıcı tədqiqatçı Sancay Mohantinin sözlərinə görə, saqqızların əksəriyyəti rezin komponentlərə, dadlandırıcılara və ləzzətlərə əsaslanır. Təbii məhsullar bitki polimerindən istifadə etdiyi halda, sintetik məhsullar polimerlərə əsaslanan rezin bazadan istifadə edir. Bu, sintetik saqqızda mikroplastiklərin səviyyəsinin artması ilə izah edilə bilər.

Tədqiqat necə aparılıb 

Bir təcrübədə iştirakçılar hər yarım dəqiqədən bir tüpürcək nümunələri verərək dörd dəqiqə saqqız çeynəyiblər. Test başa çatdıqdan sonra ağız su ilə yaxşıca yuyulub və bütün toplanmış nümunələr analiz üçün birləşdirilib.

Mikroplastikin sərbəst buraxılma sürətini müəyyən etmək üçün ikinci təcrübədə 20 dəqiqə ərzində tüpürcək nümunələri toplanıb.

Təhlillərin nəticələri 

Məlum olub ki, bir qram saqqızda orta hesabla 100-ə yaxın, bəzi hallarda isə 600-ə qədər mikroplastik hissəcik var. Standart parçanın çəkisi iki ilə altı qram arasında dəyişir, bu isə 3000-ə qədər plastik hissəciklərin potensial olaraq buraxılması deməkdir. 

Alimləri təəccübləndirən odur ki, həm sintetik, həm də təbii saqqız çeynədikdə təxminən eyni miqdarda mikroplastik buraxır. İlk iki dəqiqə ərzində hissəciklərin maksimum sayı buraxılıb.

Tədqiqata rəhbərlik edən Liza Lou, saqqızdakı mikroplastik probleminin sağlamlıq üçün potensial risklərin hələ tam başa düşülmədiyi üçün əlavə araşdırma tələb etdiyini söyləib.
 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://lent.az
archiveBu xəbər 31 Mart 2025 09:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see250

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see238

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see220

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see201

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see174

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see172

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see172

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see157

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see156

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see156

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see155

Azərbaycanda daha 5 audit şirkətinə lisenziya verilib

24 Yanvar 2026 18:13see148

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see144

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see143

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see143

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see139

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see138

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see138

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see137

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri