Şara: Fələstinin köçkünlük çağırışları bütün ərəb xalqı üçün təhlükədir
Turkstan.az saytına istinadən Icma.az xəbər verir.
Suriya prezidenti Əhməd Şara Qəzzada baş verənlərin bütün bölgə üçün həyəcan siqnalı olduğunu və Fələstin xalqının köçkünlük çağırışlarının bütün ərəb xalqını təhdid etdiyini bildirib.
Turkustan.az xəbər verir ki, Şara Misirin paytaxtı Qahirədə keçirilən Fələstin üzrə Ərəb Liqasının Fövqəladə Sammitində çıxış edib.
O, bildirib ki, ölkəsinin Ərəb Liqasına qayıtması Suriyanın bölgədə təhlükəsizlik və sabitliyin artırılması üçün çalışacağının göstəricisidir.
“Bu gün biz Fələstin xalqının qanını tökmək bahasına regionun xəritəsini yenidən cızmaq istəyən həllərin tətbiqi üçün yeni cəhdlərin şahidi oluruq. Fələstinlilərin didərgin salınması Fələstin xalqını öz torpaqlarından qoparmağa yönəlmiş daha böyük layihənin əsasını təşkil edir. Qəzzada baş verənlər bizim hamımız üçün oyanış çağırışıdır. Ərəb ölkələri mövqelərini birləşdirməli və Fələstin xalqına qarşı öz məsuliyyətlərini üzərinə götürməlidirlər”-deyə, Suriya lideri bildirib.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 04 Mart 2025 23:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















