Maykl Pereyra: “Şarabutdin Maqomedovu bəyənmirəm”
Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.
“Maraqlı döyüş alınacaq. Bizi çətin mübarizə gözləyir. Rəqibimi məğlub etməliyəm. Biz döyüşə hazırlaşırıq və bunun üçün möhkəm olmalıyıq".
İdman.Biz xəbər verir ki, bunu “UFC Fight Night Baku” turnirinin ikinci əsas döyüşünün iştirakçısı Maykl Pereyra mətbuat konfransında deyib.
O, rəqibi ulduz döyüşçü Şarabutdin Maqomedovla döyüşə yüksək motivasiyada çıxacağını qeyd edib:
“Şarabutdin Maqomedovu bəyənmirəm, açıq deyim, onunla dost olmaq istəmərəm. Sosial şəbəkələrdə onu izləmirəm. Nə paylaşım etdiyi də maraqlı deyil. Bu yaxınlarda daşqın olmuşdu və mən insanlara köməklik etmişdim. O isə bildirmişdi ki, guya mən bunu göstəriş üçün etmişəm”.
“Azarkeşlər mənim haqqımda çox şey bilirlər. Sosial şəbəkədə paylaşımlar edirəm. Həyatım açıq kitab kimidir”.
Qeyd edək ki, “UFC Fight Night Baku” turniri iyunun 27-də Milli Gimnastika Arenasında keçiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 24 İyun 2026 14:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















