Icma.az
close
up
RU
“Sarı gəlin” üzərində SAXTALAŞDIRMA İranın mədəni təxribatının PƏRDƏARXASI

“Sarı gəlin” üzərində SAXTALAŞDIRMA İranın mədəni təxribatının PƏRDƏARXASI

Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq.

Xəbər verdiyimiz kimi, Azərbaycan xalq mahnısı “Sarı gəlin” İran dövlət televiziyasının efirində erməni əsilli iranlı bəstəkar Araz Torosyanın (Araz Dare) ifasında erməni və fars dillərində "Sarı Ağçık" adı ilə səsləndirilib.
İranın rəsmi xəbər agentliyi də Azərbaycan xalq mahnısını "erməni musiqisi" kimi qələmə verib.
“Sarı gəlin”in tarixi və Azərbaycan mədəniyyətində rolu
İlk dəfə 1930-cu illərin əvvəllərində Asəf Zeynallı tərəfindən nota köçürülərək fortepiano üçün işlənən “Sarı gəlin” Azərbaycan dilinin qədim tarixi, mədəniyyəti və musiqi ahəngliyini özündə əks etdirən əsər nümunəsidir. Əsərin yaranma tarixi haqqında çoxsaylı fikirlər mövcuddur. Bir versiyaya görə "Sarı gəlin" mahnısının tarixi İslamdan əvvələ gedib çıxır. Başqa bir versiyaya görə, "Sarı gəlin"in söz və musiqisi XVI əsrin məşhur dövlət xadimi, sərkərdə və şairi Şah İsmayıl Xətaiyə məxsusdur. Digər bir versiyaya görə isə şeirdə arxaik sözlərin işlədilməməsi və daha anlaşılan dildə olması göstərir ki, əsər,  XIX əsrin II yarısında meydana gəlib.
İstənilən halda, Azərbaycan folklorunun bu dəyərli nümunəsi hər zaman ermənilərin “göz qoyduğu”, öz adlarına çıxarmaq istədikləri və səsləndirmələrdə də təhrif etdikləri əsər olub.
Mədəni təxribat...
Əsərin erməni bəstəkar tərəfindən təhrifi azərbaycanlıların alışdıqları durumdur. Çünki bu, ermənilərin Azərbaycandan oğurlamağa çalışdığı ilk mahnı deyil.
Lakin bu dəfəki situasiya əvvəlkilərindən daha fərqlidir. Məhz İranın dövlət televiziyasında, rəsmi xəbər agentliyi səviyyəsində Azərbaycana məxsus bir əsər erməni nümunəsi olaraq təqdim edilir, mədəni irs təhrif olunur. İran bu addımı ilə Ermənistanın uzun illər apardığı mədəni saxtalaşdırma siyasətinə rəsmi kanalı vasitəsilə birbaşa dəstək göstərir.
 

Rəsmi dövlət televiziyası özəl sayılmadığından burada yayımlanan və efirə verilən bütün məlumat və informasiyalar dövlətin mövqeyini əks etdirir. Bu da onu deməyə əsas verir ki, “Sarı gəlin”inin dövlət televiziyasında erməni musiqisi kimi təqdim edilməsi təkcə mədəni irsə zərbə deyil, həm də İranın Azərbaycana qarşı göstərdiyi qərəzli münasibətin, ideoloji təxribatın göstəricisi, azərbaycançılığa qarşı olan münasibəti, saxtakar yanaşmasıdır.

Cənubi Azərbaycanda yaşayan milyonlarla soydaşımıza öz ana dilində təhsil almağa icazə verməyən həmin İran Azərbaycan musiqisini erməni nümunəsi altında ekranlara verib xalqın milli kimliyinə toxunmağa çalışır.
Azərbaycana münasibət...
Aydın məsələdir ki, İranın daim Azərbaycana qarşı münasibətlərində məkrli elementlər aşkar görünüb. İllərlə yığılan bu qərəzin kökündə isə İranın Azərbaycanı regionda güclü dövlət kimi görməmək istəyi yatır. Elə bu səbəbdəndir ki, “din qardaşlığı” adı altında saxtakar və riyakar mövqeyini gizlədə bilmir. Azərbaycanın tarixi torpaqları işğal altında olduğu zamanlarda da İran bəzən aşkar, bəzən “saman altından” Ermənistana öz dəstəyini göstərir, Azərbaycanın haqlı mübarizəsində onun yanında yox, qarşısında dayanırdı.
 

Torpaqlarımızın işğaldan azad edilməsindən sonra İranın bu “savaşı” və illərdən gələn kini indi mədəni irsə yönəlib. Lakin İran həm də onu bilməlidir ki, nümayiş etdirdiyi bu saxtakar informasiya siyasəti ölkələr arasındakı münasibəti zədələməklə bərabər, qarşılıqlı etimadı da itirir.  Xalqın yaddaşına hopan əsəri “farslaşdırmaq” və ya “erməniləşdirmək” isə sadəcə mümkünsüzdür.


Təkcə “Sarı gəlin” deyil, xalqın mədəni yaddaşından süzülüb gələn bütün əsərlər milli ruhumuzu təmsil edir və onlara qarşı hörmətsizliyin nümayişkaranə təqdimatı Azərbaycana yönəlmiş təxribat, mədəni terrordur.
Naibə Məmmədova, Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:71
embedMənbə:https://bizim.media
archiveBu xəbər 07 Yanvar 2026 12:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see222

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see180

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see179

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see179

KİV: İsveçrədə yanğın baş verən barın sahibi Fransada insan alverində təqsirli bilinib

06 Yanvar 2026 20:17see168

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see167

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see159

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see154

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see154

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see152

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see149

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see148

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see145

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see143

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see142

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see138

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see135

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see134

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri