Icma.az
close
up
RU
Rusiya və İranın Zəngəzur PLANI Konsulluq açmaq sevdasının PƏRDƏARXASI

Rusiya və İranın Zəngəzur PLANI Konsulluq açmaq sevdasının PƏRDƏARXASI

Turkstan.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bir sıra ölkələr son zamanlar Qərbi Zəngəzur bölgəsinə ciddi maraq göstərməyə başlayıblar. Bunun nəticəsidir ki, 2022-ci ilin oktyabrında İran Qafanda Baş konsulluq açıb. Artıq Rusiya da bu istiqamətdə aktivləşir. Rusiya XİN-in sözçüsü Mariya Zaxarova son brifinqdə bildirib ki, “biz may ayına qədər baş konsulluğun açılışının vaxtı ilə bağlı konkret razılaşmalar əldə edəcəyimizi gözləyirik”.

Zaxarovanın sözlərindən belə aydın ki, bu istiqamətdə müəyyən irəliləyiş var. Bu isə o deməkdir ki, Qafanda yaxın zamanlarda Rusiya konsulluğu da fəaliyyətə başlaya bilər.
Görəsən, qonşu ölkələrin Zəngəzur marağı nəyə hesablanıb?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında siyasi şərhçi Fərhad Məmmədov bildirir ki, İran və Rusiyanın Qafanda konsulluq açmaq niyyətləri Zəngəzur dəhlizi, ona nəzarəti ələ keçirməklə bağlıdır:
“Rusiyanın Qafanda konsulluq açması yeni mövzu deyil. Ermənistan buna o qədər də isti yanaşmır. Həmişə bildirirlər ki, məsələ müzakirə edilir. Lakin hələlik hansısa bir nəticə yoxdur. Rusiyanın Qafanda konsulluq açmaq istəyinə gəldikdə, bu ilk növbədə Zəngəzur dəhlizilə bağlıdır. Çünki Rusiya nəqliyyat yollarının açılması ilə bağlı yaradılan üçtərəfli hökumətlərarası komissiyanın tərəfidir. Yəni vasitəçi deyil, tərəfdir. Bu komissiyanın İrəvanın tədbirlərə qatılmaması səbəbindən iclasları keçirilməsə də, amma Ermənistan rəsmən ordan çıxmayıb”.
Həmsöhbətimiz deyir ki, Rusiya hələ də həmin komissiya vasitəsilə kommunikasiyanın açılacağının baş verəcəyini gözləyir:
“Rusiya tərəfindən o da qeyd edilir ki, prosesdə iştirak konsulluğun olmasını vacib edir. Ona görə də Kreml bu məsələdə fəaldır. Lakin Ermənistan hələ ki, müsbət cavab vermir. Bununla yanaşı, Fransa da Ermənistanda konsulluq açır. Ancaq Zəngəzur ərazisi olsa da, bu Qafan deyil, Gorusdadır. Bu da öz növbəsində Ermənistanın bölgədə əsas tərəfdaşlarının təmsil olunması deməkdir”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:149
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 11 Aprel 2025 14:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see272

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see252

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see241

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see218

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see199

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see198

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see196

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see183

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see172

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see163

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see160

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see148

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see142

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri