Sarkisyan 200 illik qalanı satmaqda ittiham olunur
Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Ermənistan İstintaq Komitəsi sabiq prezident Serj Sarkisyan barəsində tarixi-mədəni abidənin satışı ilə bağlı açılmış cinayət işi üzrə ibtidai istintaqı başa çatdırıb.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, söhbət Gümrü şəhərində yerləşən respublika əhəmiyyətli tarixi-mədəniyyət abidəsi olan "Qara qala"dan (Sev Berd) gedir.
İstintaqın məlumatına görə, 2005-ci il mayın 11-də Serj Sarkisyan müdafiə naziri vəzifəsində çalışdığı dövrdə hökumətin müvafiq qərarı olmadan qalanı və onun istismarı üçün ayrılmış torpaq sahəsini birbaşa fiziki şəxsə satıb.
Bildirilir ki, ümumi sahəsi 626,45 kvadratmetr olan tarixi tikili və 0,7 hektar torpaq sahəsi təxminən 22,95 milyon dram qarşılığında satılıb.
İstintaq hesab edir ki, bu əməliyyat nəticəsində dövlət respublika əhəmiyyətli tarixi-mədəniyyət abidəsi üzərində mülkiyyət hüququnu itirib.
Serj Sarkisyana vəzifə səlahiyyətlərindən sui-istifadə edərək ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olmaq maddəsi ilə ittiham irəli sürülüb.
Cinayət işi ittiham aktı ilə birlikdə baxılması üçün Ermənistan Prokurorluğuna göndərilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:171
Bu xəbər 20 İyul 2026 16:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















