Icma.az
close
up
RU
Koçaryandan sonra Sarkisyan...

Koçaryandan sonra Sarkisyan...

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Eks”lərin “xortlamaq” əkizliyi və ya siyasi rəzillik elegiyası

Ermənistanda “eks”lər aktivləşiblər. Ölkənin ikinci prezidenti Robert Koçaryandan sonra, üçüncü prezident Serj Sarkisyan da dilə gəlib. O da Robert kimi, tələbə və müəllim kollektivi ilə görüş keçirib. Görüşün mövzusuna diqqət yetirək: Birinci Qarabağ müharibəsində qalib gəlmiş qüvvələrin nümayəndəsi ilə təmas.

Göründüyü kimi, S.Sarkisyanın təqdimat formasından, belə demək mümkünsə, naftalin qoxusu gəlib. Yəni, Serjik təkcə Ermənistanın üçüncü prezidenti kimi deyil, ən başlıcası “Dağlıq Qarabağın özünümüdafiə qüvvələri komitəsinin”, sonra “Dağlıq Qarabağ Respublikası Müdafiə Qüvvələri Komitəsinin (1989–1993-cü illər) sədri” və “Artsax qəhrəmanı” olaraq göstərilib. Yeri gəlmişkən, ötən həftə arabanın kölgəsini öz kölgəsi hesab edən belə “qəhrəmanlardan” biri Vitali Balasanyanın aktivləşdiyini gördük. O, Rusiya Prezidenti Vladimir Putinə məktub yazaraq yalvardı ki, Qarabağ ermənilərinin bölgəyə qayıdışına, əslində, Qarabağ avantürasının davamına kömək göstərsin...

Ümumən, Koçaryanın və Sarkisyanın “aktivləşməsi” fonunda dörd məqamı vurğulamaq mümkündür. Birincisi, Ermənistanda 2026-cı ildə keçiriləcək seçkilərə indidən hazırlıq başlayıb. İkincisi, ölkədə hakimiyyət dəyişikliyi və yeni siyasi qüvvə baxımından ağla gələn yenə “eks”lərdir. Onlar Qarabağ avantürasına köklənmişdilər. Nəzərə alsaq ki, seçki həm də dövlətin və xalqın gələcəyidir, onda, Ermənistanda gələcəyin təsəvvürü keçmişə, daha doğrusu, keçmişin sərsəmləmələrinə əsaslanır. Bunun nə qədər təhlükəli tendensiya olduğunun isə sübuta ehtiyacı yoxdur. Üçüncüsü, Koçaryandan sonra Sarkisyanın da dilə gəlməsi onu göstərir ki, bu iki məxluq həm də bir-biri ilə rəqabətdədirlər. Hesab edirik ki, mövcud amil baş nazir Nikol Paşinyanı güclü tərəfə çevirəcək dividenddir. Ekslərdə birlik yoxdur. Dördüncü məqam isə ondadır ki, erməni siyasi industriyası ölkənin hazırkı iqtidarının qarşısına başqa platforma ilə çıxacaq qüvvə ortaya qoya bilmir, nəticə etibarilə dərin qısırlıq dövrünü yaşayır.

Əlqərəz, Sarkisyanın tələbələrlə görüşü hayların Birinci Qarabağ müharibəsindəki uğurunun populist təqdimatı ilə yadda qaldı. Belə bir təqdimatın özü də rellıqları görməyə imkan vermir. Üstəlik, qeyri-real, ambisioz məsələlər tələbələrin beyninə yeridilir ki, bunun da ziyanlı tərəflərinin olduğu şübhəsizdir. Onu da nəzərə alaq ki, İkinci Qarabağ müharibəsində özgə torpağında canını tapşırmış ermənilərin çoxu məhz gənc idi.

Ancaq Serjikin tələbələrlə görüşündə digər məsələlərdən də söz açılıb. Məsələn, Sarkisyandan nə üçün Paşinyana güzəştə getdiyi soruşulub. Bu sual heç də təsadüfi deyil. Məsələ ondadır ki, erməni konsprioloji fikrinə görə, Sarkisyan Qarabağ məsələsində bıçağın sümüyə dirəndiyini görüb və buna görə Paşinyanın hakimiyyətə gəlməsinə şərait yaradıb ki, özü avantürizmin “ölümündə” müqəssir sayılmasın. “Günah keçisi” Nikol olsun.

Serjik bu iddianı absurd adlandırıb. Həqiqətən, belə bir şey mümkünsüz görünür. 2016-cı ilin Aprel müharibəsi Ermənistanın Azərbaycan qarşısındakı acizliyini göstərsə də, Sarkisyan kimi kreslo xəstəsi olan məxluqun rahatlıqla hakimiyyət kürsüsünü təhvil verməsi ağlabatan sayıla bilməz. O, sadəcə, Paşinyanın populizmi qarşısında məğlubiyyətə uğradı.

Digər tərəfdən, Serjikin rəhbərlik etdiyi iqtidar, eləcə də, ondan əvvəlki Koçaryan və onun komandası sadə ermənilərə o qədər ağrılar yaşatmışdı ki, sıravi haylarda Qarabağ klanına münasibətdə nifrət formalaşmışdı. Elə bir nifrət ki, Nikolun ucuz populuzmini və mənasız pafosunu özünə dərman kimi qarşıladı.

Əlbəttə, Sarkisyan xalqın öz rəhbərlik etdiyi iqtidara qarşı qəzəbini bilirdi və buna görə vəziyyətə təsir göstərmək üçün müəyyən tədbirlər gördü. Məsələn, başqaları ilə yanaşı, həbsdə olan Paşinyan amnistiyaya düşdü. Əfv olunmuş Nikol isə 2018-ci ildə Ermənistanın İctimai radiosunun binasına soxularaq Sarkisyanı, sözün əsl mənasında, təhdid etdi, ona meydan oxudu. İndi tələbələr üçüncü prezidentdən nə üçün bunun qarşısını almadığını soruşublar. Sarkisyanın cavabı belə olub ki, guya, güc tətbiqi ilə insan tələfatından uzaq durub. Halbuki, hakimiyyət illərində dəfələrlə dinc aksiyaların zorakılıqla dağıdılması əmrini verən məhz Sarkisyan olmuşdu. Yəni, belə bir zat birdən-birə humanist davranmağı düşünməzdi. Nə də bu məxluqun Paşinyanın iqtidara yiyələnməsi üçün sakit qaldığını demək mümkünsüzdü. Sadəcə, Nikolun “Soros dayısı” daha mütəşəkkil işləmiş və faktiki olaraq dövlət çevrilişi reallaşdırmağı bacarmışdı.

Bəli, erməni xalqının Qarabağ klanına duyduğu dərin nifrət və qəzəb hissi Paşinyanın iqtidar kürsüsünə yiyələnməsində başlıca amil olmuşdu. Bu nifrət və qəzəb o qədər güclü idi ki, hətta 44 günlük müharibədəki acınacaqlı məğlubiyyətin birbaşa baiskarına çevrilməsinə baxmayaraq, Paşinyan 2021-ci ildə keçirilmiş növbədənkənar parlament seçkilərində uğur qazanmışdı. Hər halda, müharibə məğlubu birinin iqtidarda qalması adi məsələ sayıla bilməz. Bu o deməkdir ki, hətta rüsvayçılıq belə erməni siyasi düşüncə sistemi üçün bir o qədər ciddi durum sayılmır. Əslində, ortada son dərəcə böyük rəzillik var.

Ən pisi isə odur ki, Ermənistandakı rəzil durum sona çatmaq bilmir. Əksinə, daim yeni “keyfiyyət göstəriciləri” əldə edir. Bu gün Sarkisyan kimi məxluq tələbələr qarşısına çıxıb “mənim mübarizəm Ermənistanda nüfuz sahibi olmaq uğrunda deyil, hakimiyyət dəyişikliyi uğrundadır” deyə bilirsə, deməli, rəzillikdə həm də böyük miskinlik payı var.

Qeyd edək ki, hazırda istər Koçaryan olsun, istərsə də Sarkisyan, heç fərqi yoxdur, Ermənistanı bir dövlət kimi vassala çevirənləri tələbələr, yaxud digər kateqoriyaya məxsus şəxslər dinləyirlərsə, onların cəfəngiyyatlarına qulaq asırlarsa, ölkədə düşüncə deqredasiyası, mütərəqqi fikir iflası yaşanır. Bu hal da son dərəcə eybəcər mənzərə deməkdir.

Heç şübhəsiz, Koçaryan və Sarkisyanın “hərəkətə keçməsinin” səbəbi bəllidir. Onların hər ikisi xaricdən, konkret olaraq, Rusiyadan gələn direktivlər üzrə davranırlar. Əlbəttə, birinci ikincidən daha şanslıdır. Ən azından ona görə ki, Koçaryan Sarkisyandan fərqli olaraq, məğlubiyyətlə üzləşməyib. Eyni zamanda, Robertin ilk prezidentliyi müddəti daha əvvəldir. Yəni, bu amili sıravi ermənilərə “yedizdirmək” nəzəri baxımdan mümkün görünə bilər. Amma nəzəriyyə ayrı, reallıq tamam ayrı.

Sonda qeyd edək ki, Ermənistandakı hazırkı real durum Paşinyana qarşı çıxacaq bütün qüvvələrin zəif olduğunu göstərir. Amma, bu, heç də o demək deyil ki, Nikol hakimiyyətdən uzaqlaşdırıla bilməz. Axı erməni düşüncə sisteminin terror adlı “B” planı hər zaman var. Yeri gəlmişkən, Koçaryan – Sarkisyan cütlüyünün timsalında bütövlükdə Qarabağ klanının mövqelərini möhkəmləndirən məhz terror olmuşdu. Söhbət 1999-cu ilin parlament qətliamından gedir. O qətli ki, 1998-ci ildə prezident seçilmiş Koçaryanın, necə deyərlər, əlini-qolunu bağlayan durumu aradan qaldırmışdı. Çünki həmin terror zamanı, böyük ölçüdə, Robertin əleyhidarları, daha doğrusu, Azərbaycana güzəştin tərəfdarları olan şəxslərin hamısı erməni Milli Assambleyasının binasında qətlə yetirilmişdilər. Sözümüz ondadır ki, hazırkı durumda N.Paşinyanı hakimiyyətdən uzaqlaşdırmağın terror yolu da var.

Ə.RÜSTƏMOV
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 06 May 2025 12:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see161

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see161

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see160

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see156

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see151

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see150

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see149

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see149

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see147

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see144

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see139

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see138

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see137

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see133

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see130

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see128

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see126

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri