Icma.az
close
up
RU
Sarkisyan həbs oluna bilər ŞOK SƏBƏB

Sarkisyan həbs oluna bilər ŞOK SƏBƏB

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

Bu gün prokuror Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanın 3 milyon ABŞ dollarına yaxın xüsusi külli miqdarda rüşvət alması faktı üzrə ittiham aktı ilə təsdiq edilmiş cinayət işinin materiallarını məhkəməyə təqdim edib. 

“Cebheinfo.az” xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb. 

Bundan əvvəl Korrupsiyaya Qarşı Mübarizə Komitəsi 2008-ci il fevralın 20-də keçmiş yüksək rütbəli Ermənistan məmurunun bir sıra şəxslərin köməyi ilə sözügedən rüşvətin bir hissəsini iş adamından 2 milyon 660 min ABŞ dolları məbləğində nağd pul şəklində, qalan məbləği isə digər əlaqəli şəxslərin köməyi ilə alması barədə məlumat yaymışdı. 

Baş Prokurorluğun yaydığı məlumatdan söhbətin Serj Sarkisyandan getdiyi aydın olur. Çünki Sarkisyan həmin vaxt prezident deyil, baş nazir postunu tuturdu.2008-ci il fevralın 19-da keçirilən prezident seçkilərinin nəticələrinin saxtalaşdırılması nəticəsində Serj Sarkisyan qalib elan edilsə də o, dövlət başçısı səlahiyyətlərinin icrasına yalnız aprelin 9-da başlayıb. 

Serj Sarkisyan 2018-ci ildə baş vermiş “məxməri” inqilab zamanı istefa verdikdən sonra onun, kürəkəninin, qardaşlarının və onların ailə üzvləri barəsində korrupsiya, rüşvətxorluq, vəzifə səlahiyyətlərindən sui-istifadə, qanunsuz silah gəzdirmə maddələri ilə bir neçə dəfə cinayət işi açılıb.Serj Sarkisyanın və qardaşlarının əmlakı müsadirə olunub. Növbəti  ittiham aktı üzrə sabiq prezidentin barəsində məhkəmə prosesi başlanılsa da onun həbs ediləcəyi inandırıcı görünmür. Hazırda Ermənistan daxilində hakimiyyət-müxalifət münasibətləri üzrə baş verən proseslərin daha çox 2026-cı ildə keçiriləcək parlament seçkilərinə hesablandığını nəzərə alsaq, Serj Sarkisyana qarşı qaldırılan cinayət işinin məqsədi məlum olar. 

Nikol Paşinyan hökumətinin eks-prezidenti məhkəməyə çəkməsi siyasi təzyiq məqsədi daşıyır. Təbii ki, Ermənistan cəmiyyətində ciddi siyasi çəkiyə malik olmayan Serj Sarkisyanın yenidən hakimiyyətə qayıtmaq şansı çox azdır. Son rəy sorğuları onun siyasi reytinqinin 3 faiz civarında olduğunu göstərir. Bu baxımdan, Sarkisyanın liderlik etdiyi Ermənistan Respublika Partiyasının 5 faizlik seçki barajını keçərək növbəti parlamentə düşə biləcəyi inandırıcı görünmür.

Hər halda reytinqi getdikcə aşağı düşən Paşinyan Sarkisyana qarşı ehtiyat tədbirlərini işə salıb. Xüsusilə də onun son vaxtlar Ermənistanda hakimiyyət dəyişikliyinin əsas məqsəd olması barədə sərt bəyanatları yəqin ki, hakimiyyət dairələrində sərt addımlar atmasına səbəb olub. Hətta son günlər mediada seçkilərdə Paşinyanı məğlub etmək üçün Sarkisyanın özünün keçmiş dostu və hazırda münasibətləri gərgin olan eks-prezident Robert Köçəryanla da birləşməyə hazır olması barədə aratn məlumatlar hakimiyyət düşərgəsində görünür, narahatlıqla qarşılanıb.

Ona görə də Sarkisyana qarşı başlanmış məhkəmə ittihamı daha çox siyasi “bazarlıq” məqsədi daşıya bilər. Onun ayrılıqda seçkilərə getməsi revanşist müxalifətin elektoratını parçalamağa xidmət edəcək bir addım olar. Eyni zamanda, Ermənistan cəmiyyətin Köçəryanın və Sarkisyanın hakimiyyətə qayıtmasını istəmir. Bu mənada, Sarkisyana seçkilərdə iştirakdan imtina etmək yox, cinayət işinin ləğvi müqabilində Köçəryana və digər müxalif namizədə dəstək verməmək təklif oluna bilər. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 30 May 2025 11:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see335

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see327

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see316

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see303

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see269

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see258

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see238

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see236

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see230

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see217

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see201

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see189

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see180

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see173

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see169

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see161

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see161

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see161

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see161

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

20 Oktyabr 2026 00:21see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri