Sarkisyan həbs oluna bilər
Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Ermənistanın keçmiş prezidenti Serj Sarkisyana qarşı xüsusilə külli-miqdarda rüşvətalma və qanunsuz sahibkarlıq fəaliyyətində iştirak maddələri ilə ittiham irəli sürülüb.
Redaktor.az "Armenia Today" portalına istinadla xəbər verir ki, bu barədə Ermənistanın Antikorrupsiya Komitəsindən məlumat verilib.
İstintaqla müəyyən edilib ki, Sarkisyan müdafiə naziri, Baş nazir, prezident və yenidən hökumət rəhbəri vəzifələrində işlədiyi 2000-2018-ci illər arasında dövlət məmurunun sahibkarlıq fəaliyyətinə qoyulan qadağalara baxmayaraq, öz qulluq mövqeyindən istifadə etməklə etibar etdiyi şəxslər vasitəsilə kommersiya subyektləri təsis edib.
Bu müəssisələr arasında Ararat vilayətində yerləşən və xarici investisiyalar hesabına inşa edilən bitum zavodu da olub.
O da bildirilib ki, artıq cinayət işi baxılması üçün Antikorrupsiya Məhkəməsinə göndərilib.
Baxış sayı:78
Bu xəbər 02 İyul 2025 14:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















