Icma.az
close
up
RU
Sarkisyanın bu istəyini Paşinyan səssiz izləməyəcək Politoloq

Sarkisyanın bu istəyini Paşinyan səssiz izləməyəcək Politoloq

Icma.az, Redaktor.az saytına istinadən bildirir.

"Ermənistanda sabiq prezident Serj Sarkisyan N. Paşinyanı devirəcəyini elan edib. Ermənistan Baş naziri Nikol Paşinyanın sülh açıqlamalarına qarşı üçüncü prezident S. Sarkisyan kəskin mövqe ortaya qoyaraq, növbəti seçkilərdə hakimiyyəti devirmək hədəfində olduğunu elan etdi".

Redaktor.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. Onun sözlərinə görə, Sarkisyan yenidən Qarabağ məsələsindən istifadə edərək, ordudan, kilsədən və könüllü Qarabağdan getmiş ermənilərdən istifadə etməyi planlaşdırır:

"Ona bu qruplardan dəstək verilməsi də istisna deyil. Sarkisyan seçkiyə Qarabağa qayıdış və Ermənistanı yenidən inkişaf etdirmək şuari ilə gedir. Qeyd edim ki, revanşist qrupları ətrafında birləşdirən Serj Sarkisyanın 2026-cı il seçkilərində qalib gəlmək şansı yoxdur. Amma, onun indidən hazırlaşması və hakimiyyəti dəyişmək niyyətində olduğunu vurğulaması, Rusiyanın yenidən ona "stavka" verməsinin nəticəsidir. 2018-ci ildə Paşinyan tərəfindən hakimiyyətdən devrilən  Sarkisyan öz təhlükəsizliyi naminə sövdələşməyə getmişdi. İndiyə kimi səssizliyini qoruması ona dəstək verilməməsindən irəli gəlirdi. Paşinyanın Türkiyə və Azərbaycanla əlaqələri normallaşdırmaq və Avropa İttifaqına inteqrasiya istəyi Moskvanı ciddi narahat edir.

Rusiya Serj Sarkisyan və onun resurslarından istifadə edərək növbəti seçkilərdə Paşinyanı hədəf alıb. Amma, Paşinyan gedişatı sükutla izləməyəcək. Sabiq prezident  Sarkisyana qarşı yeni cinayət işləri açıla bilər. Bununla onu növbəti seçkilərdə kənarda qoya bilər. Məhz Azərbaycana revanşistlər deyil, Paşinyanın seçkilərdə qələbə əldə etməsi maraqlıdır".

Vasif ƏLİHÜSEYN

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:256
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 18 Aprel 2025 09:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see477

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see452

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see386

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see380

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see355

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see349

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see339

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see339

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see334

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see330

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see314

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see288

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see286

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see272

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see260

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see236

Uşaqlara vitamin verməklə immuniteti gücləndirmək mümkün deyil Səhiyyə Nazirliyinin eksperti

24 Noyabr 2026 22:15see231

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see228

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see207

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri