Icma.az
close
up
RU
“Paşinyan Köçəryan və Sarkisyanın həbsində prinsipial görünür”

“Paşinyan Köçəryan və Sarkisyanın həbsində prinsipial görünür”

Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Ermənistanın sabiq prezidentləri Robert Köçəryanla Serj Sarkisyanın məsuliyyətə cəlb edilməsi Paşinyan hakimiyyəti üçün prinsipial məsələdir. Çünki Paşinyan üçün başağrısına çevrilmiş bu şəxslərin revanşist komandası hakimiyyət üçün təhdidlər yaradır. Digər tərəfdən, hakimiyyətdə olduğu dövrlərdə hər iki şəxs korrupsiyaya qurşanmaqla yanaşı, əlləri Azərbaycan xalqının qanına batıb”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev deyib.

Deputat bildirib ki, Azərbaycanda həm Köçəryan, həm də Sarkisyana qarşı cinayət işi açılıb və onlar beynəlxalq axtarışa verilib:

“Nəzərə alaq ki, Azərbaycan dövlətinə və xalqına qarşı cinayətlərdə iştirak edən, separatizmin alovlanmasına, 30 ilə yaxın davam etmiş ilhaq prosesindəki fəaliyyətinə görə ittiham olunan bir sıra cinayətkarlar ard-arda saxlanılaraq Bakıya gətirilib. Ruben Vardanyanla başlanan prosesdə son olaraq qondarma rejimin 3 “prezident”i və 1 “parlament sədri”, eləcə də digərləri Azərbaycanın ədalət məhkəməsi tərəfindən cəzalarını alıblar. Xocalı soyqırımında iştirak edən, əvvəlcə qondarma rejimə, sonradan isə Ermənistana başçılıq edən Robert Köçəryan və Serj Sarkisyan da ədalət qarşısında cavab verməlidir. Günahsız azərbaycanlıların kütləvi qətliamına fərman vermiş bu cəlladların ölkə qanunvericiliyi qarşısında məsuliyyət daşıması üçün isə müəyyən beynəlxalq mexanizmlər mövcuddur. Ermənistanın ratifikasiya etdiyi Roma statusu buna imkan verir.

Məlumdur ki, Roma statusunun təsir dairəsi dörd əsas beynəlxalq cinayətlə formalaşır: soyqırımı, insanlığa qarşı cinayətlər, müharibə cinayətləri və təcavüz cinayətləri. Ermənistanın da Roma statusuna qoşulduğunu nəzərə alsaq, həm soyqırımı cinayəti törədən, həm insanlığa qarşı cinayət edən, həm müharibə cinayətlərində, həm də təcavüz cinayətlərində günahlandırılan Köçəryan, Sarkisyan, Ohanyan kimi cinayətkarlar tutulub Azərbaycana verilməlidir. Bunun üçün ciddi hüquqi əsaslar var. Bu da ondan ibarətdir ki, 1992-ci ilin fevralında Xocalıya edilən hücuma rəhbərlik edən şəxslərdən biri keçmiş müdafiə naziri Seyran Ohanyan olub.

Məhz onun komandanlığı altında 366-cı alayın 2-ci batalyonu, Yevgeni Nabokixinin komandası altında 3-cü batalyon, 1 saylı batalyonun qərargah rəisi Valeriy İsayeviç Çitçyan və alayda xidmət edən 50-dən artıq erməni zabit və gizir Xocalıya hücumda iştirak edib. S.Sarkisyan isə 2000-ci ildə Böyük Britaniyalı jurnalist Tomas de Vala müsahibəsində Xocalı qətliamında birbaşa iştirakçı olduğunu etiraf edib. R.Köçəryan da beynəlxalq tribunalardan Qarabağda törədilən cinayətlərdə və qətliamlarda iştirak etdiyini özü etiraf edib”.

S.Vəliyevin sözlərinə görə, Köçəryanla Sarkisyan Ermənistanda korrupsiya əməllərinə görə məsuliyyətə cəlb olunublar:

“Əvvəllər onlar həbs olunsalar da, sonradan azadlığa çıxmışdılar. Lakin Paşinyan bu məsələdə prinsipial görünür. O, öz hakimiyyətinə, o cümlədən regionda sülhə təhdid yarada biləcək revanşistləri tam zərərsizləşdirməyə çalışır. Düşünürəm ki, ən düzgün qərar onların Azərbaycana təhvil verilməsidir. Azərbaycan cinayət işi açıb və hər iki cinayətkarı beynəlxalq axtarışa verib. Paşinyan hökuməti buna uyğun olaraq onları Azərbaycana təhvil verə bilər. Bununla da, həm Paşinyan həm əsas rəqiblərindən xilas olacaq, həm də sülhə sadiqliyini bir daha nümayiş etdirəcək. Nəzərə alsaq ki, Xocalı qatilləri sırasında yer alan Sarkisyanın və Köçəryanın indiki halda heç bir imtiyazı yoxdur, soyqırımı və sair cinayətlərdə iştirakı ilə bağlı hüquqi təqib başladıla bilər. Onu da qeyd edim ki, bu, sadəcə zaman məsələsidir. İnanırıq ki, onlar müharibə cinayətlərinə, dinc azərbaycanlıların qətlə yetirilməsinə görə məsuliyyətə cəlb olunacaqlar”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 27 Avqust 2026 14:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see384

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see353

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see344

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see292

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see260

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see257

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see242

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see235

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see219

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see210

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see210

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see207

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see202

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see200

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see200

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see198

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see193

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see187

Norris: “Hələ çempionluq uğrunda mübarizəyə hazır deyilik”

10 Noyabr 2026 05:17see177

Flik “Barselona”da gücləndirmək istədiyi iki mövqeni müəyyənləşdirib

10 Noyabr 2026 04:12see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri