Icma.az
close
up
RU
Sarkisyanın Putinə məktubu: “İlham Əliyev bütün təklifləri rədd edir”

Sarkisyanın Putinə məktubu: “İlham Əliyev bütün təklifləri rədd edir”

Icma.az, Ayna saytına istinadən bildirir.

“Azərbaycanın “əvvəlcə ərazilər, sonra bütün digər məsələlər” formulu olduqca təhlükəlidir”

Məlum olduğu kimi, Ermənistan hökuməti “Qarabağ münaqişəsi danışıqlar prosesi ilə bağlı sənədlər”i dərc edib. AYNA.AZ erməni mediasına istinadən bildirir ki, qapalı sənədlər hökümətin rəsmi saytında yerləşdirilib.

Sənədlərlə bağlı şərhdə deyilir ki, bunlar 2020-ci ildən əvvəl baş verən danışıqlar prosesinə ümumi baxış təqdim edən Qarabağ münaqişəsi danışıqlar prosesi ilə bağlı dövlət qurumlarında saxlanılan bir sıra sənədləri əhatə edir.

Bu sənədlərdən biri aprel döyüşlərindən sonra Ermənistan Prezidenti Serj Sərkisyanın Rusiya Prezidenti Putinə yazdığı məktubdur.

Məktub 5 avqust 2016-cı ildə yazılıb.

Sənəddə Sərksiyan Moskvanı Qarabağ münaqişəsinin həlli üçün çalışmalarını tərifləyir. Bununla yanaşı, Sərksiyan qeyd edir ki, həm “Madrid prinsipləri”, həm də “Kazan sənədi” erməni tərəflərinin tələb və gözləntilərini tam ödəməsə də, müəyyən dərəcədə balanslaşdırılıb: “Azərbaycan Prezidenti bir daha həmsədr ölkələrin və beynəlxalq ictimaiyyətin çağırışlarına məhəl qoymadan Kazanda əvvəllər razılaşdırılmış dilə ondan çox düzəliş təqdim etdi. Bundan əlavə, Azərbaycan tərəflərin 2007-ci ildən bəri həmsədr ölkələrin vasitəçiliyi ilə üzərində işlədiyi “Madrid prinsipləri”ni də rədd etdi”.

Sərksiyan Putinə yazır ki, “Azərbaycanın “əvvəlcə ərazilər, sonra bütün digər məsələlər” formulu olduqca təhlükəlidir: “Onun tətbiqi o demək olardı ki, Azərbaycan istənilən mərhələdə özü üçün əhəmiyyətli risk yaratmadan nizamlama prosesini dayandıra bilər”.

2016-cı ilin may və iyun aylarında Vyana və Sankt-Peterburqda keçirilən Dağlıq Qarabağ sammitlərini xatırladan Sərksiyan qeyd edir ki,  bu görüşlər sülh prosesi üçün müəyyən ümidlər yaratmşdı: “Lakin Bakı son dərəcə kəskin mövqe tutaraq, hadisənin araşdırılması mexanizminin yaradılması, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səlahiyyətlərinin genişləndirilməsi və atəşkəsə riayət edilməsi barədə əldə edilmiş razılaşmaları həyata keçirməkdən imtina edib”.

Sənəddən mlum olur ki, Prezident Əliyevin Sankt-Peterburq sammitinin nəticələrinin şərhi Sarksiyanı narahat edib. Xatırldaq ki, prezident İlham Əliyev açıqlamasında beş, daha sonra daha iki rayonu təslim etmək barədə razılığa gəldiklərini,  yalnız bundan sonra bütün digər məsələlər müzakirə olunacağını demişdi.

Daha sonra Sarksiyan Putinə müraciətində XİN başçısı Sergey Lavrovun təqdim etdiyi ideyalarla bağlı mülahizələrini qeyd edib:  “Bizim üçün bu, Dağlıq Qarabağın “təhlükəsizlik zonası”nın (İşğal olunmuş 6 rayon nəzərdə tutulur-red) əhəmiyyətli dərəcədə azaldılması artıq hərbi güc balansının pozulmasına səbəb olardı. Əsl ərazi güzəşti yalnız həmsədr ölkələrin Dağlıq Qarabağın aralıq və yekun statusu ilə bağlı bəyanatı ilə kompensasiya edilə bilməz. Əslində, Azərbaycan Dağlıq Qarabağda gələcək referendum və ya Dağlıq Qarabağın ara statusu ilə bağlı heç bir açıq öhdəlik götürmür.

Əminəm ki, beş rayon əldə etdikdən sonra Azərbaycan daha da sərt olacaq. Aydındır ki, Bakı bu rayonları əldə etməklə Ermənistana hərbi və diplomatik təzyiqi artırmağa, daxili qanunvericiliyinə istinad edərək digər əraziləri geri almağa çalışaraq və Dağlıq Qarabağın yekun hüquqi statusu ilə bağlı qərar qəbul etməkdən imtina edəcək”.

Sərksiyan yazır ki, İlham Əliyev Dağlıq Qarabağ üçün aralıq statusun amorf versiyası və tamamilə qeyri-müəyyən referendum perspektivi müqabilində yalnız öz problemlərinin həllini tələb edir:  “Bir məsələ aydındır: Azərbaycan gələcək referendumu Azərbaycanın ərazi bütövlüyü çərçivəsinə salmaq üçün cidd cəhdlər göstərir. İlham Əliyev daim Dağlıq Qarabağda referendum keçirilməsinə maneə kimi Azərbaycan Konstitusiyasına istinad edir. Üstəlik Əliyev hətta uzaq gələcəkdə də referendum keçirmək ehtimalını istisna edib”.

Daha sonra Sarksiyan Putinə öz təkliflərini yazır.

Sarksiyan yazır ki, Dağlıq Qarabağ sül danışıqlarının bütün mərhələlərində iştirakını təmin edilməlidir. Dağlıq Qarabağın yekun hüquqi statusu müəyyən edilənə qədər Kəlbəcər və Laçın rayonlarının Dağlıq Qarabağın tam nəzarəti altında qalacağını bildirməlidr.

Yekun status müəyyən edilənə qədər Dağlıq Qarabağa “müvəqqəti status” veriləcəyini vurğulanmalıdır.

Sarkisyan yazır ki, 5 rayon Azərbayacan qaytarılmalı olsa “silahsızlaşdırılmış ərazi” kimi qalmalıdır.

Bu sənədləri oxuduqca Azərbaycan prezidenti İlham Əliyevin beynəlxaq təzyiqlər altında sona qədər dövlətin maraqları uğrunda mübarizəsinin şahidi oluruq.

Ermənistanın və digər vasitəçilərin isə Qarabağ münaqişəsində mövqeyi bir daha aydın olur.

İndi bu sənədlər artıq lazımsız kağıza çevrilib. Yalnız arxiv üçündür. Azərbaycan apardığı qalibiyyətli müharibə ilə öz ərazi bütövlüyünü tam bərpa edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:84
embedMənbə:https://ayna.az
archiveBu xəbər 02 Dekabr 2025 19:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see252

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see210

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see201

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see192

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see186

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see176

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see154

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see154

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see153

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see153

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see145

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see143

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see141

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see141

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see139

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see139

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see137

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see135

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see134

Bu ərazilərdə mədəni irsə dəyən zərərlə bağlı tədbirlər planı hazırlanacaq

15 Yanvar 2026 00:29see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri