Sarkisyanın qardaşı oğlu azadlığa çıxdı
Icma.az, Unikal.az saytına istinadən bildirir.
Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın qardaşı oğlu Narek Sarkisyan azadlığa çıxıb.
"Unikal" xəbər verir ki, bu barədə Ermənistan Ədliyyə Nazirliyinin Cinayət Cəzalarının İcrası Departamentinin mətbuat katibi Nonna Navikyan məlumat verib.
2021-ci ilin iyununda Narek Sarkisyan 5 il yarım müddətinə azadlıqdan məhrum edilib. Hökm elan olunana qədər onun müəyyən müddət həbsdə olması nəzərə alınaraq, Sarkisyana verilən cəza 3 il 6 aya endirilib.
Sarkisyana qarşı cinayət işi hələ 2018-ci ildə başlanıb, o axtarışa verilib. Keçmiş prezidentin qardaşı oğlu qanunsuz silah saxlamaqda, narkotik vasitələrin qanunsuz dövriyyəsində və adam oğurluğunda ittiham olunurdu. 2018-ci ilin dekabrında İnterpol onu Praqada Franklin Qonzales adına pasportla gizləndiyi yerdə tapıb. Praqa məhkəməsi və Çexiya Ədliyyə Nazirliyi onun Ermənistana ekstradisiyasına razılaşıb və 2019-cu ilin dekabrında təhvil verib.
Baxış sayı:135
Bu xəbər 04 Noyabr 2024 22:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















