Icma.az
close
up
RU
Menu

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

"28 Mall"un qarşısında ölüm

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

Çin üçtəkərli avtomobil buraxdı

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

Xorvatiyada “Turan”a məğlubiyyəti şərh etdilər: “Evdə daha yaxşı oynayacağıq”

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

Sarkisyanın seçki ilə “beşdaş” oyunu

Sarkisyanın seçki ilə “beşdaş” oyunu

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Köhnə prezident özünə yeni tərəfdaş axtarır

Ermənistanda 2026-cı il iyunun 7-nə təyin edilmiş parlament seçkiləri yaxınlaşdıqca müxalifət siyasi qüvvələri arasında konsolidasiya meyilləri artır. Müxtəlif ideoloji xəttə malik partiyalar hakimiyyətə qarşı birgə mövqedən çıxış etməyin vacibliyini daha çox vurğulamağa başlayıblar. Xüsusilə də keçmiş hakimiyyət elitasına yaxın qüvvələr cəmiyyətin narazı təbəqələrini öz ətrafında toplamağa çalışır. Onların əsas arqumenti Paşinyan hökumətinin həm daxili idarəetmədə, həm də xarici siyasətdə uğursuzluqlara yol verməsi ilə bağlıdır. Bu səbəbdən, seçkilərə qədər müəyyən ittifaqların formalaşacağı və vahid namizədlərlə çıxış ediləcəyi istisna edilmir.

Ölkənin ikinci prezidenti, Azərbaycana qarşı separatizm hərəkatının və qanlı işğalçılıq müharibəsinin bilavasitə iştirakçısı, Xocalı cəlladı Serj Sarkisyan da, necə deyərlər, boş oturmayıb. İndi Ermənistan Respublika Partiyasının lideri olan S.Sarkisyan rəhbərlik etdiyi partiyanın “Taşir” şirkətlər qrupunun rəhbəri Samvel Karapetyanın siyasi qüvvəsi ilə əməkdaşlığa hazır olduğunu bildirib. Bu barədə jurnalistlərə məlumat verən S.Sarkisyan bildirib ki, Respublika Partiyası istənilən müxalifət qüvvəsi ilə əməkdaşlıq imkanlarını görür: “Əgər bu əməkdaşlığın forma və metodları bizin üçün məqbul olarsa, biz istənilən müxalif qüvvələrlə qarşılıqlı fəaliyyət üçün ümumi əsas görürük”.

S.Sarkisyan hakimiyyətdə olduğu dövrdə S.Karapetyanla əlaqələri barədə də danışıb: “Samvel Karapetyana gəldikdə, açıq deməliyəm: “Ermənistan Elektrik Şəbəkəsi” Qapalı Səhmdar Cəmiyyəti bərbad vəziyyətdə olduğu üçün şirkəti digər rus kompaniyasından almasını ondan şəxsən mən xahiş etmişəm. Bizə şirkətlə məşğul olacaq, uzun müddət mənfəət gözləməyə yox, investisiya qoymağa hazır olan adam lazım idi. Samvel Karapetyan bunu, ən azı, 2018-ci ilə qədər etdi. Bilmirəm, 2018-ci ildən sonra belə davam etdimi, düşünürəm ki, etdi... Odur ki, biz əməkdaşlığa hazırıq”.

O, şirkət ətrafında yaranmış vəziyyətdən danışaraq, Ermənistan hakimiyyətinin addımlarını, xüsusilə elektrik şəbəkəsinin milliləşdirilməsinə dair yeni qanunun qəbulunu, müvəqqəti idarəçi təyin edilməsini tənqid edib: “Mənim münasibətim pisdir, amma görəcəyik. Arbitraj qərarı var, məhkəmə prosesləri olacaq...”.

Sarkisyan onu da deyib ki, “Ermənistan Elektrik Şəbəkələri” QSC-nin milliləşdirilməsi cəhdlərinin hakimiyyətin 2026-cı il parlament seçkilərinə hazırlığı ilə bağlı ola bilər. O izah edib ki, bu addım seçkilər üçün böyük əhəmiyyət kəsb edir, çünki şirkət böyük kollektivə və resurslara malikdir.

Qeyd edək ki, bir müddət əvvəl “İrəvan-Kentron” istintaq təcridxanasında saxlanılan S.Karapetyan siyasi qüvvəsinin əsasına çevriləcək “Öz yolumuzla” hərəkatının yaradıldığını bəyan edib. Öz növbəsində biznesmenin qardaşı oğlu Narek Karapetyan jurnalistlərə bildirib ki, Karapetyanın yaratdığı siyasi qüvvə ikinci və üçüncü prezidentlərlə əməkdaşlıq etməyəcək. Onun sözlərinə görə, S.Karapetyan şəxsi yanaşmaları və proqramları ilə çıxış edəcək. Eyni zamanda, Karapetyan və komandası müvafiq peşəkar keyfiyyətlərə malik insanları hərəkata cəlb etmək niyyətindədir.

***

Beləliklə, Ermənistanda gələnilki parlament seçkiləri öncəsi siyasi mühitin getdikcə qızışdığı göz önündədir. Hakimiyyətin zəif tərəflərini qabardan müxalif qüvvələr seçkilərə birgə blok və ya ittifaq şəklində qatılmaq ehtimalını gündəmə gətirirlər. Bu prosesin mərkəzində isə Ermənistanın keçmiş prezidentləri, xüsusilə S.Sarkisyan dayanır. O, siyasi səhnədən tam çəkilmədiyini açıq göstərir və öz partiyasını yeni resurslarla gücləndirmək üçün müxtəlif dairələrlə danışıqlar aparır. Bu günə qədər müxalif düşərgədə parçalanma, fərqli iddialar və şəxsi maraqlar müşahidə edilsə də, seçkilərin həlledici əhəmiyyət kəsb etməsi onları əməkdaşlığa vadar edir. Sarkisyanın S.Karapetyanla əməkdaşlıq imkanlarını dilə gətirməsi də məhz bu kontekstdə diqqət çəkir. Çünki Karapetyan təkcə böyük biznes strukturlarının sahibi deyil, həm də siyasi iddialarını açıq ortaya qoymağa başlayan fiqurdur. Onun maliyyə və inzibati resursları, müxtəlif sosial təbəqələr arasındakı nüfuzu gələcək seçkilərdə mühüm rol oynaya bilər. Sarkisyanın “Ermənistan Elektrik Şəbəkələri” məsələsini yada salaraq Karapetyanla şəxsi münasibətlərini qabartması isə təsadüfə bənzəmir. O, bu yolla həm keçmişdəki yaxınlığını nümayiş etdirir, həm də onunla tərəfdaşlığın, belə deyək, tarixi əsaslarını vurğulayır. Əslində, bu, Sarkisyanın siyasi arenaya qayıtmaq üçün güclü dayaqlara ehtiyac duyduğunu göstərir.

Digər tərəfdən, S.Karapetyan son dövrlər siyasi fəaliyyətini daha da aktivləşdirib. İstintaq təcridxanasına salındıqdan sonra belə, yeni hərəkatının yaradıldığını elan etməsi onun geri çəkilmək fikrində olmadığını göstərir. “Öz yolumuzla” adlanan hərəkat müstəqil və peşəkar kadrların cəlb olunmasına yönəldiyini iddia edir. Hərəkatın təmsilçiləri ikinci və üçüncü prezidentlərlə əməkdaşlıq etməyəcəklərini bildirsələr də, real siyasi proseslərdə bunun nə dərəcədə davamlı olacağı hələ məlum deyil. Çünki Ermənistan siyasi mühitində şəxsi ambisiyalar tez-tez dəyişir və mövcud maraqlara uyğun yeni konfiqurasiyalar formalaşa bilir.

Maraqlı məqam ondan ibarətdir ki, Sarkisyanın bu mövqeyi Ermənistan müxalifətinin gələcəkdə hansı istiqamətdə hərəkət edəcəyinə dair müəyyən ipucları verir. Görünür, yalnız ideoloji mübarizə aparmaqla nəticə əldə etməyin mümkün olmadığını onlar da anlayırlar. İqtisadi gücə, media imkanlarına, geniş sosial şəbəkəyə sahib olan qüvvələrlə əməkdaşlıq isə müxalifətin şanslarını artırır. Buna mənada Karapetyanın qardaşı oğlunun Koçaryan və Sarkisyanla əməkdaşlıq olmayacağına dair açıqlamaları hələlik real güc mübarizəsində taktiki mövqelər kimi görünür. Ermənistanda son illərin təcrübəsi göstərir ki, seçkilərə az qalmış belə bəyanatlar çox vaxt dəyişir və qarşılıqlı maraqlar ön plana keçir.

Politoloq Ramiyə Məmmədova XQ-yə açıqlamasında bildirdi ki, S.Karapetyanla S.Sarkisyanın münasibətləri sonuncunun Ermənistana rəhbərlik etdiyi dövrdən başlayıb. Onun sözlərinə görə, bu münasibətlərin nəticəsi olaraq S.Sarkisyan Karapetyana yaxşı şərait yaratmışdı. Ölkənin elektrik şəbəkəsi kimi strateji sahəyə idarəçiliyi Karapetyana həvalə etmişdi: “Karapetyan bu sahəyə investisiya yatırmışdı. Ancaq bu prosesin arxasında başqa məqamlar dayanırdı. Yəni, Serj Sarkisyan kimi korrupsioner böyük vəsaitə malik Karapetyanla hansısa sövdələşməyə gedirdisə, deməli, burada iqtisadi məsələlərlə yanaşı, siyasi məqamlar da var idi. İndiki sövdələşmənin nəticəsində isə onların seçkidə birgə iştirakı nəzərdə tutulur”.

Politoloq qeyd etdi ki, regionda qarışıqlıq yaratmaqda maraqlı olan qüvvələrin S.Karapetyan amilindən istifadə etmək niyyətində olduqları ehtimalı böyükdür: “O, erməni əsilli rusiyalı sahibkardır. Rusiya vətəndaşıdır və təbii ki, bu ölkə qarşısında hüquqi öhdəlikləri var. Müəyyən güclər və strukturlar onun arxasında dayanırlar. Zənnimcə, Karapetyanın Ermənistana gəlib siyasi bəyanatlarla çıxış etməsi, iddia ortaya qoyması onun öz təşəbbüsü ilə baş verən iş deyildi. Paşinyanın əleyhinə son vaxtlarda atılan addımların, o cümlədən Erməni Apostol Kilsəsinin fəaliyyətinin maddi tərəfdən dəstəklənməsi Karapetyan tərəfindən həyata keçirilib. Bu dəstək boş yerə verilməyib. Karapetyan öz hərəkətləri ilə ant-Paşinyan aksiyalarını dəstəklədiyini etiraf etmiş oldu. O, kilsənin yanında dayanaraq revanşistlərin ideoloji düşmənçilik yönündə addımlarını, xülyalarını daha da qızışdırmaqla məşğul oldu”.

R.Məmmədova onu da bildirdi ki, Karapetyan açıq dövlət çevrilişi etməyə hazırlaşırdı: “Onlar baş nazir Nikol Paşinyanın devrilməsi üçün zəmin yaratmağa çalışırdılar. Bütün bunlar regionda baş verən hadisələrə də təsirsiz ötüşmür. Təbii ki, bizim üçün önəmli olan məsələlərin Azərbaycanla sülh prosesinə necə təsir edəcəyidir. Revanşist ideyalar sülh sazişinin imzalanması məsələsində, eləcə də Ermənistan vətəndaşlarının, necə deyərlər, beyinlərinin yuyulmasında vacib rol oynayır. Sarkisyan və Karapetyan arasındakı sövdələşmə Ermənistanın Rusiya yönümlü olmasına, Qərbdən uzaqlaşmasına da gətirib çıxara bilər. Bu gün Karapetyanın həbsdə olması və özünün yeni siyasi hərəkatını yaratması bundan irəli gələn bir məsələdir. Bir daha qeyd etmək istərdim ki, Karapetyanı dəstəkləyən qüvvələr var. Biz onun kimlər tərəfindən dəstəkləndiyini bilirik. Həmin qüvvələr hazırda Ermənistan daxilində və regionda çaxnaşma yaratmağa, yalançı vədlərlə adamları öz çevrələrinə daxil etməyə, onlardan yararlanmağa çalışırlar. Bu gün müxalifətdə olan keçmiş iqtidar nümayəndələri bir masa arxasında əyləşərək həm daxildə qarşıdurma yaratmaq, həm də Ermənistanı yenidən Azərbaycana qarşı müharibəyə sürükləmək niyyətindədirlər. Bu baxımdan düşünürəm ki, Sarkisyanla Karapetyanın sövdələşməsi sıradan bir hadisə deyil. Bu, yaxşı olmayan siyasi nəticələr doğura biləcək hadisədir”.

Səxavət HƏMİD
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:127
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 29 Avqust 2025 11:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see371

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see369

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see330

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see320

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see319

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see303

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see302

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see296

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see263

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see245

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see238

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see234

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see225

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see198

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see197

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see196

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see182

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see181

Xorvatiyada “Turan”a məğlubiyyəti şərh etdilər: “Evdə daha yaxşı oynayacağıq”

21 Oktyabr 2026 21:19see178

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri